Prezident Xocalının Ballıca kəndində ofis mebelləri və mebel aksesuarlarının istehsalı müəssisəsinin açılışında iştirak edib


Siyasət 23 Dek 2025 15:36:00 72 0

Prezident Xocalının Ballıca kəndində ofis mebelləri və mebel aksesuarlarının istehsalı müəssisəsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xocalı rayonunun Ballıca kəndində "Accurate Az" MMC-nin ofis mebelləri və mebel aksesuarlarının istehsalı müəssisəsinin açılışında iştirak edib.

Son.az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və "Accurate Az" MMC-nin təsisçisi İlkin Abuşov dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə məlumat verdilər.

Bildirildi ki, müəssisə Türkiyə, İsveçrə, Almaniya, İtaliya, Çin və Yaponiyanın qabaqcıl texnologiya və avadanlıqları ilə təchiz olunub. Burada ildə 20 çeşiddə 240 min ədəd ofis mebeli və 4 milyon ədəd mebel aksesuarı istehsal ediləcək. Məhsulların 60 faizi ixraca, 40 faizi daxili bazara yönəldiləcək. Xammaldan hazır məhsula qədər ofis mebeli istehsalının bütün mərhələləri müəssisədə həyata keçiriləcək. Layihənin ümumi dəyəri 20 milyon manat təşkil edir ki, bunun reallaşdırılması üçün İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 7 milyon manat güzəştli kredit verilib. Müəssisə, həmçinin işğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün tətbiq olunan güzəşt və stimullardan yararlanıb.

Müəssisənin fəaliyyətə başlaması Qarabağda mebel istehsalı sahəsinin formalaşmasına, yerli istehsalın genişlənməsi və ixrac potensialının artırılmasına, həmçinin işğaldan azad olunmuş ərazilərdə əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə töhfə verəcək. Hazırda burada 80 nəfər üçün daimi iş yeri yaradılıb, növbəti mərhələlərdə isə 450 daimi iş yerinin yaradılması planlaşdırılır.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə dayanıqlı məskunlaşmanın, özəl təşəbbüslərin stimullaşdırılması, investisiyaların cəlbi və əlverişli biznes mühitinin formalaşdırılması dövlətin əsas strateji hədəflərindən biri kimi müəyyənləşdirilib. Bu məqsədlə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətinə mənfəət, gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergilərdən azaddırlar. Həmçinin bu ərazilərdə rezidentlər tərəfindən iqtisadi fəaliyyət sahələri üzrə idxal olunan texnika, texnoloji avadanlıq və qurğular, xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən 10 il müddətinə ƏDV və gömrük rüsumundan azaddır. Bütün bu tədbirlər sahibkarlığın, sənaye və iqtisadiyyatın inkişafını, həmçinin əhalinin məşğulluğunun artırılmasını təmin edir.

Bir vəkil kollegiyadan xaric edilib, 3 vəkilə xəbərdarlıq olunub like
  • 23 Dek 15:34  
Digərləri Bir vəkil kollegiyadan xaric edilib, 3 vəkilə xəbərdarlıq olunub

Yol verilən intizam pozuntularına görə 1 vəkil Vəkillər Kollegiyasıında

arrow Ətraflı
İlham Əliyev “Xankəndi1” elektrik yarımstansiyasının açılışında iştirak edib like
  • 23 Dek 15:28  
Siyasət İlham Əliyev “Xankəndi1” elektrik yarımstansiyasının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankən

arrow Ətraflı
Canlı yayımda rəzillik: “Uşaq sənin deyil” like
  • 23 Dek 15:10  
Digərləri Canlı yayımda rəzillik: “Uşaq sənin deyil”

Türkiyənin reytinqli "Müge Anlı ilə Tatlı Sert" verilişində ca

arrow Ətraflı
Prezident Xankəndidə Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub like
  • 23 Dek 14:54  
Siyasət Prezident Xankəndidə Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankən

arrow Ətraflı
Özəl məktəblərin illik ödənişləri – ən ucuz 2,500, ən baha 54,900 AZN like
  • 23 Dek 14:51  
Digərləri Özəl məktəblərin illik ödənişləri – ən ucuz 2,500, ən baha 54,900 AZN

Azərbaycanda özəl məktəblərin illik təhsil haqları məlum olub.

arrow Ətraflı
Müğənnilərin yeni il qiymətləri  15 min manat  SİYAHI like
  • 23 Dek 14:47  
Şou-biznes Müğənnilərin yeni il qiymətləri 15 min manat SİYAHI

Yeni il gecəsi toy və şənliklərində ölkəmizin tanınmış müğənnilər

arrow Ətraflı
Şahbaz Şərif Prezident İlham Əliyevi təbrik edib like
  • 23 Dek 14:45  
Siyasət Şahbaz Şərif Prezident İlham Əliyevi təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərb

arrow Ətraflı
İlham Əliyev Kərkicahan qəsəbəsinə köçən sakinlərlə görüşüb like
  • 23 Dek 14:41  
Siyasət İlham Əliyev Kərkicahan qəsəbəsinə köçən sakinlərlə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankən

arrow Ətraflı
Prezident Kərkicahanda 1 nömrəli tam orta məktəbin açılışında iştirak edib like
  • 23 Dek 14:35  
Siyasət Prezident Kərkicahanda 1 nömrəli tam orta məktəbin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankən

arrow Ətraflı
Azərbaycanın KOB sektoru üzrə artım dinamikası davam edir like
  • 23 Dek 14:27  
Digərləri Azərbaycanın KOB sektoru üzrə artım dinamikası davam edir

Ölkəmizdə mikro, kiçik və orta biznes (KOB) üzrə müsbət artım dinamika

arrow Ətraflı
Medvedev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb like
  • 23 Dek 14:25  
Siyasət Medvedev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvede

arrow Ətraflı
Tanrıverdi Tanrıverdiyev həbsdə öldü like
  • 23 Dek 14:24  
Digərləri Tanrıverdi Tanrıverdiyev həbsdə öldü

Tovuz Peşə Liseyinin korrupsiyada təqsirli bilinən sabiq direktoru Tanrıver

arrow Ətraflı