Bakıda ikinci "Babək prospekti" yaranır Yük artır, iki zolaqlı yol tab gətirmir


Digərləri 23 Dek 2025 11:20:00 71 0

Bakıda ikinci "Babək prospekti" yaranır  Yük artır, iki zolaqlı yol tab gətirmir

Bakıda ikinci "Babək prospekti" yaranır.

Son.az xəbər verir ki, Binəqədi şossesi Bakının Babək prospektinə çevrilir. 

İllər əvvəl yaşayış olmayan ərazilərdə xeyli canlanma var. Artıq Binəqədi şosesi şəhərin avtomobil satış mərkəzlərindən biri kimi tanınır. Bu bənzətmə əsasən yolboyu sıx yerləşən avtosalonlar və avtomobil təmiri sexləri ilə bağlıdır.

Binəqədi şosesində avtomobil satışı, servis və təmir xidmətləri göstərən obyektlərin çoxluğu, sürücülər üçün geniş seçim imkanı yaradır. Yolboyu hər iki tərəfdə xeyli avtosalonlar və texniki xidmət məntəqələri yerləşir. Burada həm yeni avtomobillərin satışı, həm də ikinci əl avtomobillərin alınması və satışı üçün geniş imkanlar mövcuddur.

Usta sexlərinin çoxluğu isə sürücülər üçün əlavə üstünlük təmin edir. Bu sexlərdə avtomobillərin müxtəlif təmir işləri görülür, yağ dəyişimi, əyləc sistemlərinin yoxlanışı, karoser və boya işləri kimi xidmətlər təklif olunur. Bu xüsusiyyət Binəqədi şosesini yalnız alış-veriş üçün deyil, həm də avtomobil xidmətləri baxımından regionun mərkəzlərindən birinə çevirir.

Şəraitin belə sıx olması həm sürücülərə seçim imkanı yaradır, həm də ərazinin biznes potensialını artırır. Avtosalonların və usta sexlərinin sıx yerləşməsi səbəbindən sürücülər ehtiyaclarını eyni ərazidə, vaxt itirmədən ödəyə bilir. Bu da Binəqədi şosesini şəhərin digər avtomobil mərkəzləri ilə müqayisədə xüsusi fərqləndirir.

Binəqədi şosesi yalnız şəhərin ikinci nəqliyyat arteriyası olmaqla kifayətlənmir, eyni zamanda avtomobil sektoru üçün mühüm iqtisadi və xidmət mərkəzi kimi də diqqət çəkir. Bu xüsusiyyət onu Babək prospekti ilə oxşarlaşdırmağa imkan verir.

Buna baxmayaraq, Binəqədi şosesinin mənfi tərəfi də var. Xüsusilə pik saatlarda, səhər saatlarında 2 zolaqdan ibarət yol ciddi dərəcədə yüklənir. Şəhər mərkəzi ilə 7 mühüm ərazi arasında ( Binəqədi, Mehdiabad, Digah, Fatmayi, Goradil, Pirşağı, Novxanı, Sumqayıt ) əlaqəni təmin edən əsas nəqliyyat arteriyası olması səbəbindən burada tıxaclar tez-tez müşahidə olunur. Bu isə sürücülərin hərəkətini çətinləşdirir və müəyyən gecikmələrə səbəb olur.

Nəzərə almaq lazımdır ki, hələ təzə yol adlanan ərazidə tikilən yaşayış kompleksi istifadəyə verilməyib. O binalarda da yaşayış olsa, Binəqədi yolu, Baksol və Biləcəri yolayrıcısı bu qədər yükə ümumiyyətlə tab gətirməyə bilər.

İsmayıl Son.az

Milli Məclis Prezidentə doğum günü münasibətilə təbrik məktubu ünvanlayıb like
  • 23 Dek 11:12  
Siyasət Milli Məclis Prezidentə doğum günü münasibətilə təbrik məktubu ünvanlayıb

Milli Məclis Prezident İlham Əliyevə doğum günü münasibətilə təbrik m

arrow Ətraflı
Azərbaycanın məşhur alimi vəfat etdi like
  • 23 Dek 11:06  
Digərləri Azərbaycanın məşhur alimi vəfat etdi

Azərbaycanın məşhur alimi, fizika-riyaziyyat elmləri doktoru, professor Fik

arrow Ətraflı
Məqsədimiz 15 milyard dollarlıq ticarət hədəfinə çatmaqdır  Cevdet Yılmaz like
  • 23 Dek 11:02  
Digərləri Məqsədimiz 15 milyard dollarlıq ticarət hədəfinə çatmaqdır Cevdet Yılmaz

İkitərəfli ticarət dövriyyəmizə baxdıqda, ötən il Azərbaycanla ticar�

arrow Ətraflı
Xatun illər ərzində dəyişib BELƏ OLDU  görənlər mat qaldı like
  • 23 Dek 11:00  
Şou-biznes Xatun illər ərzində dəyişib BELƏ OLDU görənlər mat qaldı

Sosial şəbəkələrdə müğənni Xatun Əliyevanın arxiv fotoları yayılıb

arrow Ətraflı
Qızılın qiyməti tarixi maksimumu yenilədi like
  • 23 Dek 10:50  
Digərləri Qızılın qiyməti tarixi maksimumu yenilədi

"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2026-ci

arrow Ətraflı
200 manatlıq sosial yardım kim, necə ala bilər?  AÇIQLAMA like
  • 23 Dek 10:45  
Digərləri 200 manatlıq sosial yardım kim, necə ala bilər? AÇIQLAMA

Prezident İlham Əliyevin "Aztəminatlı ailələrə birdəfəlik maddi ya

arrow Ətraflı
Türkiyəli aktrisanın əri də saxlanıldı like
  • 23 Dek 10:44  
Şou-biznes Türkiyəli aktrisanın əri də saxlanıldı

Məşhur simaları hədəf alan narkotik istintaqı çərçivəsində aparılan

arrow Ətraflı
AZAL təyyarəsinin vurulması ilə bağlı yekun hesabat hələ təqdim edilməyib  İlham Əmirov like
  • 23 Dek 10:24  
Digərləri AZAL təyyarəsinin vurulması ilə bağlı yekun hesabat hələ təqdim edilməyib İlham Əmirov

Qazaxıstanda komissiya yaradılıb və istintaq hələ də davam edir. Hadisə

arrow Ətraflı
Əli Əsədov qərar imzaladı like
  • 23 Dek 10:22  
Digərləri Əli Əsədov qərar imzaladı

Yerli icra hakimiyyəti başçılarının tabeliyində olan mənzil-kommunal tə

arrow Ətraflı
Ərəbistan səhrasında 30 il sonra ilk dəfə like
  • 23 Dek 10:20  
Dünya Ərəbistan səhrasında 30 il sonra ilk dəfə

Səudiyyə Ərəbistanında son 30 ildə ilk dəfə qar yağıb.

arrow Ətraflı
Qəzada həlak olan hakim tanınmış prokurorun xanımı imiş like
  • 23 Dek 10:14  
Digərləri Qəzada həlak olan hakim tanınmış prokurorun xanımı imiş

Dünən axşam saatlarında Novxanı-Pirşağı yolunda baş verən ağır qəza

arrow Ətraflı
ABŞni könüllü tərk edən miqrantlara 3 min dollar veriləcək like
  • 23 Dek 09:58  
Dünya ABŞni könüllü tərk edən miqrantlara 3 min dollar veriləcək

ABŞ administrasiyası ölkəni könüllü tərk edən qanunsuz immiqrantlar ü�

arrow Ətraflı
Bakıda II Azərbaycan –Türkiyə İnvestisiya Forumu keçirilir like
  • 23 Dek 09:56  
Digərləri Bakıda II Azərbaycan –Türkiyə İnvestisiya Forumu keçirilir

Bakıda II Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçirilir.

arrow Ətraflı
Bakının 3 rayonunda qaz olmayacaq like
  • 23 Dek 09:54  
Digərləri Bakının 3 rayonunda qaz olmayacaq

Bu gün Bakının Xətai, Suraxanı və Binəqədi rayonlarında bəzi ərazilə

arrow Ətraflı
Bir vaxtlar ulduz idi, indi küçədə yatır like
  • 23 Dek 09:50  
Şou-biznes Bir vaxtlar ulduz idi, indi küçədə yatır

 "Ned's Declassified School Survival Guide" serialında Martin Q

arrow Ətraflı