Dayanmadan qar yağacaq: hava kəskin soyuyur – TARİX
Digərləri 21 Dek 2025 17:59:00 74 0
Regionda ilin sonuna qədər havalar soyuq keçəcək.
Bu xəbəri də oxu: Alimlər uzunömürlülüyün sirrini AÇIQLADILAR
Son.az xəbər verir ki, bu barədə "Phobos" hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets məlumat yayıb.
O bildirib ki, 21 dekabrda Moskva bölgəsində yenidən qar yağmağa başlayıb və bu vəziyyətin ilin sonuna qədər davam edəcəyi gözlənilir.
"Qar ilin sonuna qədər əriməyəcək, əksi olacaq. Qarşıdakı həftə ərzində Moskvada qarın qalınlığı 5-7 sm-ə, Yeni ilə qədər isə 11-13 sm-ə qədər artacaq", - deyə sinoptik bildirib.
Paralel olaraq, Türkiyədə də oxşar proqnozlar verilib. Belə ki, Kandilli Rəsədxanası Meteorologiya Laboratoriyasının meteoroloqu Adil Tek İstanbulda qar yağma ehtimalına diqqət çəkib.
Qlobal proqnoz modellərinə görə, şimaldan gələn soyuq hava dalğası dekabrın 28-dən etibarən İstanbul və Mərmərə bölgəsində temperaturu aşağı salacaq: "29 və 30 dekabrda yağıntıların qar şəklində ola biləcəyi və bunun təxminən 4-5 gün davam edəcəyi gözlənilir".
Qeyd edək ki, Azərbaycanda da Yeni il bayramı günlərində hava durumunun necə olacağı maraq obyektindədir. Bundan əvvəl isə Bakıda qarlı havalarla bağlı hazırlıqlar barədə məlumat yayılmışdı.
Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlara uyğun olaraq şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir. Məqsəd rayon xidmətlərinin soyuq qışa, xüsusilə güclü qar yağmasına hazırlığın vəziyyətinin araşdırılması, bu zaman görülməsi zəruri olan işlər müzakirəsidir. (Globalinfo.az)
Xorvatiyada iki ildir ailəsi ilə birlikdə yaşayan Nepaldan olan bir şəxsd�
Rəqəmsal dövrə qədəm qoyduqca təhsil və texnologiyanın kəsişməsi ço
Son günlər Türkiyə hava məkanında pilotsuz uçuş aparatları ilə bağlı
Dövlət İmtahan Mərkəzi (DİM) İqtisadiyyat Nazirliyi yanında Dövlət Ver
18 dekabr tarixində Səudiyyə Ərəbistanının şimal-qərb və mərkəzi bö
Meyxanaçı Namiq Qaraçuxurlu bir neçə gün əvvəl dünyasını dəyişən h
Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində ölümlə nəticələnən yol-nəq
Xırdalan şəhərində yaşayış binasında yanğın hadisəsi qeydə alınıb
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 21 dekabr 2025-ci il tarixində
Amerikalı tanınmış rejissor Rob Reyner və həyat yoldaşı Mişel Singerin
Amerikalı iş adamı İlon Mask tarixdə 700 milyard dollardan artıq sərvət�
Hacıqabulda 1972-ci il təvəllüdlü Şakir Valehov arvadı Həlimə Valehova
