Azərbaycanda ov mövsümü açılır
Digərləri 19 Dek 2025 17:53:00 92 0
Ekologiya və Təbii Sərvətlər Nazirliyində "Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın növbəti iclası keçirilib.
Bu xəbəri də oxu: Yeni İl şam ağacları xəstəlik yayır?
Bu barədə Son.az-a Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən məlumat verilib.
İclasda aparılan ekoloji monitorinqlərin nəticələri və mövcud elmi göstəricilər əsasında 20 dekabr 2025-ci il tarixindən 01 fevral 2026-cı il tarixinədək ov mövsümünün açıq elan edilməsi barədə qərar qəbul olunub.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, su-bataqlıq ərazilərində müşahidə olunan ekosistem dəyişiklikləri, eləcə də fauna üzrə aparılan ilkin monitorinqlərin nəticələri nəzərə alınaraq ov mövsümünün fəaliyyəti əvvəlcədən planlaşdırılmış müddətdən daha erkən dayandırılıb: "Sonrakı mərhələdə həyata keçirilən təkrar ekoloji müşahidələr, heyvan populyasiyalarının sayımı və qışlama şəraitinin qiymətləndirilməsi nəticəsində müəyyən olunub ki, bəzi növlər üzrə populyasiya göstəriciləri sabitləşib, quşların qışlama dövrünün ekoloji baxımdan ən həssas mərhələsi başa çatıb".
Xidmət rəsmisinin sözlərinə görə, mövcud elmi əsaslar, monitorinqlərin nəticələri və ekoloji tarazlığın qorunması prinsipləri nəzərə alınaraq ov mövsümünün 20 dekabr - 01 fevral tarixləri arasında açılması məqsədəuyğun hesab edilib:
"Ov mövsümü müddətində vətəndaşları mövcud qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etməyə, ov qaydalarını pozmamağa və qanunsuz ov hallarına yol verməməyə çağırırıq".
İstintaq aparılarkən, bu işin arxasında kimlərin dayandığı barədə mə
Türkiyənin Kocaeli vilayətinin İzmit şəhərinə pilotsuz uçuş aparatı d
Müğənni Luna şəxsi həyatı ilə bağlı sarsıdıcı etiraflar edib.
İstanbulda narkotik istintaqı çərçivəsində keçirilən üçüncü əməli
Meyxanaçı Balaəli Maştağalı maraqlı açıqlama verib.
10 gündür itkin düşən balıqçı Ağadədə Həsənovun meyitinin ailəsi
Xəbər verdiyimiz kimi, Beyləqanda azyaşlı bədbəxt hadisənin qurbanı olu
Rusiya və Ukrayna İstanbul razılaşmaları çərçivəsində döyüşlərdə
"Biz artıq il yarımdır ki, həkimlərin fəaliyyətinin monitorinqini ap
Müğənni Vüsal Hacıyev canlı yayımda həmkarı Nəfəs barədə sərt aç�
Uelsdə 49 yaşlı kuryer Riçard Devis və 43 yaşlı həyat yoldaşı Fey Stev
Özünü təhsil eksperti adlandıranların çoxu təhsil sahəsində ödənişl
Beyləqanda 2 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.
