Elektron siqaret xərçəng yarada bilər Professor


Digərləri 18 Dek 2025 18:12:00 74 0

Elektron siqaret xərçəng yarada bilər  Professor

Xəbər verdiyimiz kimi, Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsi qadağan ediləcək. Bu məsələ Milli Məclisə təqdim olunan qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, eləcə də istifadəsi qadağan olunacaq. Həmçinin nikotin tərkibli elektron siqaretlər tütün məmulatı hesab ediləcək.

Mövzu ilə bağlı Son.az-a açıqlama verən tibb elmlər doktoru, professor Adil Qeybulla bildirib ki, elektron siqaret ideyasi keçən əsrin 70-ci illərində siqaretə alternativ kimi çıxıb:

"Siqaretdə asılılıq nikotinə bağlıdır. Bununla yanaşı bəzi maddələr ona qatıldıqda burda qətrana bənzər maddələr yaranır. Elektron siqaretlərin tərkibi əsasən 4 komponentdən tütündən əldə edilən nikotin, propilen qlikol və ya qliserol, bitki qliserini və dadlandırıcılardan ibarətdir. Nikotin tütündə təbii olaraq mövcud olan və yüksək dərəcədə asılılıq yaradan bir stimullaşdırıcıdır. Bununla yanaşı bir çox daxili orqanlara mənfi təsirləri məlumdur (ürək, reproduktiv sistem, ağciyər, böyrək və s.). Bir çox tədqiqatlarda onun kanserogen potensialı olduğu qeyd edilmişdir. Nikotin həlledicilərinin (propilen qlikol və bitki qliserini) digər məqsədlər üçün icazə istifadəsinə verilsə də, inhalyasiya riskləri yaxşı öyrənilməmişdir. Propilen qlikol buxar yaratmaq üçün istifadə olunan, qatı olmayan, rəngsiz mayedir, bir çox qida və fərdi qulluq vasitələrinin istehsalında, əczaçılıqda həlledici və antifriz kimi istifadə olunur. Bitki qliserini bir çox hallarda tərəvəzlərdən alınan qatı, şirin mayedir, elektron siqaretlərdə qatı, sıx buxar yaratması və şirin dadına görə istifadə olunur. Bitki qliserini qida və kimya sənayesində zərərsiz bir əlavə kimi geniş istifadə olunur, lakin yüksək temperaturda zəhərli akrolein əmələ gətirdiyi üçün elektron siqaretlərdə istifadə edildikdə risk yarada bilər. Dadlandırıcılar elektron siqaretə xüsusi dad və ətir vermək üçün istifadə olunur. Elektron siqaret istehsalında həm süni, həm də təbii mənbələrdən əldə edilən dadlandırıcılərdən istifadə edilir.

Əlavə olaraq, bəzi nümunələrdə elektron siqaretlərdə və onların aerozollarında müxtəlif miqdarlarda tütünə məxsus nitrozaminlər, uçucu üzvi birləşmələr, polisiklik aromatik karbohidrogenlər, metallar, karbonillər, qlikollar və aldehidlər kimi müxtəlif çirkləndiricilər olduğu müəyyən edilib. Qətrana bənzər maddələr isə nəfəs borusuna düşüb xərçəng yaradır. Müəyyən edilib ki, elektron siqaretin tərkibində olan maddələrin yanmasından bu cür kanserogenlər əmələ gəlir. İstər elektron siqaretlər, istər qəlyanlar bura aiddir. Tütün məlumatlarının elektron variantları, istər təbii versiyası eyni dərəcə orqanizm üçün zərərlidir".

Həkim qeyd edib ki, yeniyetmələr arasında elektron siqaret istifadəsi yetkinlərə nisbətən təxminən 9 dəfə yüksəkdir:

"Elektron siqaretlər, ənənəvi siqaretlərə alternativ olaraq təqdim edilsə də, xüsusilə gənclər və qadınlar arasında geniş yayılıb. Əsas hədəf auditoriyası ilkin mərhələdə siqareti tərgitmək istəyən şəxslər olsa da, son illərin statistikaları göstərir ki, elektron siqaret istifadəsi əvvəllər siqaret çəkməyən yeniyetmələr və gənclər arasında sürətlə yayılmaqdadır. Elektron siqaretlərin ürək-damar sistemi üçün də təhlükə yaratdığını vurğulayırlar. Həmçinin, onlar ürək döyüntüsünü sürətləndirir, qan təzyiqini yüksəldir və uzunmüddətli perspektivdə infarkt və insult riskini artırır".

Qeyd edək ki, məhz bu sağlamlıq risklərinə görə bir çox ölkələr elektron siqaretlərin satışını və istifadəsini qadağan edib və ya ciddi məhdudiyyətlər tətbiq edib. Mütəxəssislər xəbərdarlıq edirlər ki, elektron siqaretlər siqareti tərgitməyin təhlükəsiz yolu hesab olunmamalıdır.

Aysel Əkbər ​Son.az

“Xəstələndiyini hospitalda öyrəndik, ağır vəziyyətdə idi”  Əsgər atası like
  • 18 Dek 18:08  
Digərləri “Xəstələndiyini hospitalda öyrəndik, ağır vəziyyətdə idi” Əsgər atası

"Bizə oğlumun xəstə olduğu barədə məlumat veriləndən sonra hospit

arrow Ətraflı
Sədərəkdə arvadını bıçaqlayan 68 yaşlı kişi tutuldu like
  • 18 Dek 17:58  
Digərləri Sədərəkdə arvadını bıçaqlayan 68 yaşlı kişi tutuldu

Sədərək rayonunda bıçaqlanma hadisəsi baş verib.

arrow Ətraflı
Aysundan Rəqsanəyə İRAD: "Səhv deyirsən" like
  • 18 Dek 17:50  
Şou-biznes Aysundan Rəqsanəyə İRAD: "Səhv deyirsən"

Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılova bir neçə gün əvv�

arrow Ətraflı
"Telegram" 128 min manat cərimələndi like
  • 18 Dek 17:40  
Digərləri "Telegram" 128 min manat cərimələndi

Moskva məhkəməsi "Telegram"ı 6 milyon rubl ( təxminən 128 min ma

arrow Ətraflı
Elektron siqaretlər niyə qadağan olunur?  Deputat açıqladı like
  • 18 Dek 17:35  
Digərləri Elektron siqaretlər niyə qadağan olunur? Deputat açıqladı

"Elektron siqaretlərin Azərbaycanda idxalı, istehsalı, satışı və is

arrow Ətraflı
“Uşaqların səsi” adlı konsert proqramı təqdim olunub  FOTO like
  • 18 Dek 17:34  
Kriminal “Uşaqların səsi” adlı konsert proqramı təqdim olunub FOTO

Yunan filosofu Platon musiqini yalnız sənət deyil, həm də təhsil və əxla

arrow Ətraflı
6 il axtarışda olan Azərbaycan vətəndaşı Almaniyada saxlanıldı like
  • 18 Dek 17:32  
Digərləri 6 il axtarışda olan Azərbaycan vətəndaşı Almaniyada saxlanıldı

Almaniyada saxlanılan Azərbaycan vətəndaşı Ukraynaya deportasiya olunub. 

arrow Ətraflı
Səhər saxlanılan məşhurlardan birinin evindən üyüdücü çıxdı  FOTO like
  • 18 Dek 17:30  
Şou-biznes Səhər saxlanılan məşhurlardan birinin evindən üyüdücü çıxdı FOTO

Türkiyədə səhər saatlarında məşhurlara qarşı keçirilən əməliyyatı

arrow Ətraflı
Damarları daraldır, infarkt riskini artırır  Azərbaycanda da like
  • 18 Dek 17:10  
Digərləri Damarları daraldır, infarkt riskini artırır Azərbaycanda da

Tədqiqatlar göstərir ki, elektron siqaretlər və "vaping" cihazlar

arrow Ətraflı
Müğənni ilə psixoloq arasında GƏRGİNLİK: MTVyə bu kadrlara görə like
  • 18 Dek 17:00  
Şou-biznes Müğənni ilə psixoloq arasında GƏRGİNLİK: MTVyə bu kadrlara görə

MTV kanalında efirə gedən "Xoş Sabah" proqramında canlı yayım z

arrow Ətraflı
Hindistanda dəhşət: Fillər kəndlərə hücum etdi, ölənlər var like
  • 18 Dek 16:56  
Digərləri Hindistanda dəhşət: Fillər kəndlərə hücum etdi, ölənlər var

Hindistanda vəhşi fillərin ardıcıl hücumları yerli sakinlər arasında pa

arrow Ətraflı
Beybutovun 4 milyonu kimdədir?  Cavid Hüseynli azadlığa buraxıldı like
  • 18 Dek 16:45  
Digərləri Beybutovun 4 milyonu kimdədir? Cavid Hüseynli azadlığa buraxıldı

İş adamı Quvat Beybutovun 4 milyon manatını dələduzluq yolu ilə ələ k

arrow Ətraflı
Rus kürüsü Trampa necə çatdı? like
  • 18 Dek 16:41  
Digərləri Rus kürüsü Trampa necə çatdı?

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiyanın X

arrow Ətraflı
Aİnin Cənubi Qafqazda "alov" axtarışı  Külə dönən nüfuz... like
  • 18 Dek 16:30  
Siyasət Aİnin Cənubi Qafqazda "alov" axtarışı Külə dönən nüfuz...

Son günlər Avropa Parlamentinin gündəmində yenidən Azərbaycan mövzusu &q

arrow Ətraflı
"Putin və Ərdoğan həmin məsələni müzakirə etməyib"  Peskov like
  • 18 Dek 16:20  
Dünya "Putin və Ərdoğan həmin məsələni müzakirə etməyib" Peskov

Putin və Ərdoğan Aşqabadda S-400 məsələsini müzakirə etməyiblər.

arrow Ətraflı