Atalara müjdə: Uşaq doğulanda məzuniyyət artıq ödənişli ola bilər
Digərləri 17 Dek 2025 17:50:00 78 0
"Milli qanunvericilikdə uşağın dünyaya gəlməsi ilə bağlı atalara 14 təqvim günü müddətinə ödənişsiz məzuniyyət hüququ verilirdi. Lakin biz görürük ki, təcrübədə heç bir ata bu hüquqdan istifadə etmir. Çünki ödənişsiz məzuniyyət ailə büdcəsinə əlavə təzyiq yaradır".
Bu xəbəri də oxu: Beldəki səpkilərin yaranma səbəbi açıqlandı
Son.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında komitə sədri, deputat Hicran Hüseynova bildirib.
"Təqdim olunan layihədə isə bu məzuniyyət ödənişli olacaq. Burada məqsəd nədən ibarətdir?! Məlumdur ki, qadınlar uşaq dünyaya gətirdikdən sonra bir sıra sosial-psixoloji çətinliklər yaşayırlar. Bir çox ailələrə digər ailə üzvləri, məsələn ana, qayınana və ya digər qohum kömək edə bilmir. O zaman yeni ana olmuş qadına və körpə uşağa yardım edən, onların qayğısına qalan kişi olur. Kişinin bir həyat yoldaşı və ata olaraq ailəyə dəstək olması, onların qayğısına qalması çox vacibdir. Bu, kişini hörmətdən salmır, əksinə ona olan etibarı, hörməti daha da artırır. Bizə ailə münaqişələri, boşanmalarla bağlı müraciətlər olur. Səbəbləri təhlil edərkən, görürük ki, bir çox problemlər həmin dövrə təsadüf edir. Eləcə araşdırmalar da göstərir ki, belə bir məzuniyyətin tətbiqi və ataların uşağın qayğısında, təlim-tərbiyəsində iştirakı həm ailədaxili münasibətlərə, həm də uşağın şəxsiyyət kimi formalaşmasına müsbət təsir göstərir".
Çernobıl Atom Elektrik Stansiyası (AES) hadisələri ilə əlaqədar əlilliy
Müğənni Rəqsanə İsmayılova həyat yoldaşı Fazillə bağlı səsləndird
Sabah Culfa şəhərində elektrik enerjisinin verilişində üç saatlıq fasil
Əməkdar artist Dilarə Əliyeva mərhum həyat yoldaşı Oktay Əliyevi xatı
Gəncədə məktəbli qayçı ilə şagird yoldaşına xəsarət yetirib.
Tanınmış qiraətçi Nadir Hüseynovun öldüyü qəza ilə bağlı yeni detal
Yeni il gecəsində alkoqolun yağlı yeməklərlə birlikdə qəbulu qaraciyər
Bakı şəhərində, Crescent Mall ticarət mərkəzində, Ambassadors Cultural
Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi üzrə Tədbirl�
Azərbaycan mədəniyyət tarixində mühüm hadisə kimi dəyərləndirilən &q
ABŞ-də tanınmış televiziya müxbiri Kristina Çambers və onun həyat yolda
"WhatsApp" 1 yanvar tarixindən etibarən qüvvəyə minəcək genişm
Sabirabad rayonunda qadınlar arasında xoşagəlməz hadisə baş verib.
"Səhəri gün dedilər ki, sən OĞRUSAN"
