Finlandiyada öldürülən azərbaycanlı qadın hamilə olub...
Kriminal 02 Sen 2025 17:20:00 73 0
Məlum olduğu kimi, bir neçə gün əvvəl Finlandiyanın Espoo şəhərində azərbaycanlı qadın keçmiş əri tərəfindən amansızlıqla qətlə yetirilib. Adı açıqlanmayan 30 yaşlı qadın iki uşaq anası olub.
Bu xəbəri də oxu: Ermənistandan Azərbaycana keçmək istədi
Son.az xəbər verir ki, Finlandiyanın "Ilta-Sanomat" qəzeti həmin hadisənin təfərrüatı haqda yazıb.
Məlumatda hadisə iştirakçılarının adı və milliyyəti açıqlanmasa da, qadının 44 yaşlı keçmiş əri tərəfindən güllələndiyi qeyd olunub.
Bildirilib ki, həmin şəxs keçmiş həyat yoldaşına yaşadığı binanın girişində şüşənin arxasından tapança ilə atəş açıb. Cinayət aləti polis tərəfindən götürülüb.
Ölkənin yerli polisinin məlumatına görə, qadın qətlə yetirilərkən hadisə yerində onun iki övladı da olub.
Qəzet həmçinin yazır ki, ailə əvvəllər Varkaus bölgəsində yaşayıb. Cütlük 2024-cü ilin yazında boşanmaq üçün məhkəməyə müraciət edib. Onların elə həmin vaxtdan ayrıldığı, qadının yeni münasibətə başladığı və hamilə olduğu bildirilir.
"Hadisədən təqribən iki həftə əvvəl qadın keçmiş əri ilə bağlı məhdudlaşdırıcı tədbirlər üçün məhkəməyə müraciət edib. Məsələ ilə bağlı məhkəmə iclası isə hələ baş tutmayıb. Qətli törədən şəxsin Finlandiyada ciddi məhkumluğu olmayıb. O, təqribən 10 il əvvəl bir neçə xırda xuliqanlıqda təqsirləndirilsə də, zorakılıq cinayətinə görə məhkumluğu yoxdur", - deyə qəzet yazıb.
Bununla yanaşı, polisin məlumatına görə, qətli törədən şəxs əməlini etiraf edib və istintaqla əməkdaşlıq etməyə razılaşıb. Digər detallar isə açıqlanmayıb. /Qafqazinfo
"Rusiya və Ukrayna prezidentləri Vladimir Putinlə Volodimir Zelenski mü

Azərbaycanın dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və

Bir zamanlar Rəsul Abbasov ilə oxuduğu duetlərlə böyük izləyici kütləs

"ARB 24" TV Trend İnformasiya Agentliyinin yaranmasının 30 illiyi m

Müğənni Nurinin məşhur "Gözləyirəm" mahnısı oğurlanıb.

"TikTok"da saxta qadın profilləri yaradaraq vətəndaşların qeyri-

Müğənni Ayan Babakişiyeva aktyor Kamran Ağabalayevin aparıcılıq etdiyi &

Türkiyədə keçirilən toy sosial mediada müzakirələrə səbəb olub.

Pirallahı Tibb Mərkəzinin Poliklinika şöbəsinin həkim-oftalmoloqu Gülnar

Silk Way West Airlines şirkətinin üçüncü Boeing 777 yük təyyarəsi Bakı

Xəbər verdiyimiz kimi, Xankəndidə uzun illər separatçı rejimin qondarma &

20 yaşlı gözəllik kraliçası yol qəzasında ölüb.

ABŞ prezidenti Donald Tramp ikinci prezidentlik müddəti ərzində günlərini
