İran Azərbaycan və Ermənistan arasında sülh razılaşmasını dəstəkləyir – Pezeşkian


Siyasət 01 Sen 2025 21:35:00 107 0

İran Azərbaycan və Ermənistan arasında sülh razılaşmasını dəstəkləyir – Pezeşkian

İran regionda sülh və sabitliyin möhkəmlənməsi istiqamətində Azərbaycan və Ermənistan arasındakı razılaşmanı dəstəkləyir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian bu gün Çində Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşü çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə deyib.

Onun sözlərinə görə, İran, eyni zamanda, Cənubi Qafqazda regiondan kənar qüvvələrin istənilən iştirakına qarşıdır.

Pezeşkian bildirib ki, bu əsasda İran qonşu ölkələrlə münasibətlərin inkişaf etdirilməsi və möhkəmləndirilməsinə çalışır.

"İran və Türkiyə arasında ticarət dövriyyəsinin artması üçün iki ölkənin bank və gömrük əməkdaşlığının sadələşdirilməsinə ehtiyac var. İran iki ölkə münasibətlərinin yüksəldilməsi və əməkdaşlığın inkişafı qarşısındakı ehtimal olunan maneələrin aradan qaldırlması prosesinin sürətləndirilməsində əməkdaşlıq etməyə hazırdır", - deyə o qeyd edib.

İran prezidenti deyib ki, İran ölkənin nüvə hüququnun rəsmən tanınması əsasında və qarşılıqlı uduş-uduş çərçivəsində ABŞ ilə danışıqlar aparmağa hazırdır. Avropa üçlüyünün öz öhdəliklərini yerinə yetirmədiyinə görə, BMT Təhlükəsizlik Şurasının İran əleyhinə sanksiyalarını bərpa etməyi nəzərdə tutan "snapback" mexanizmini tətbiq etmək hüququ yoxdur. Bu mexanizm tətbiq olunduğu halda ikitərəfli danışıqlar və qarşılıqlı əlaqələrə zərbə dəyəcək.

Görüşdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, İranın dinc məqsədli nüvə fəaliyyətləri sahəsində qanuni haqqı var. "Snapback" mexanizminin aktivləşməsinin heç bir xeyri yoxdur.

"İki ölkənin birgə əməkdaşlıq ali komissiyasının iclasının tez bir zamanda keçirilməsi əhəmiyyət kəsb edir. Bu məqsədlə İrana səfər edəcəyəm", - deyə o, qeyd edib. Son.az

Məhkəmədə elan olunan ifadələrlə Ermənistanın işğalçılıq siyasəti bir daha təsdiqlənib like
  • 01 Sen 19:48  
Siyasət Məhkəmədə elan olunan ifadələrlə Ermənistanın işğalçılıq siyasəti bir daha təsdiqlənib

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

arrow Ətraflı
Trampın tərifi sonrası Mertsin kosmetik xərcləri açıqlandı like
  • 01 Sen 18:18  
Dünya Trampın tərifi sonrası Mertsin kosmetik xərcləri açıqlandı

Almaniya kansleri Fridrix Mertsin ofisi açıqlayıb ki, siyasətçi son üç ay

arrow Ətraflı
Gürcüstan Prezidenti Trampa məktub yazdı: like
  • 01 Sen 18:06  
Dünya Gürcüstan Prezidenti Trampa məktub yazdı:

Gürcüstan Prezidenti Mixail Kavelaşvili açıq məktubla ABŞ lideri Donald T

arrow Ətraflı
Bəhruz Quliyev “Trend” BİAnı təbrik etdi like
  • 01 Sen 17:58  
Digərləri Bəhruz Quliyev “Trend” BİAnı təbrik etdi

"SƏS" Media Qrupun rəhbəri, əməkdar jurnalist Bəhruz Quliyev &qu

arrow Ətraflı
Yeganə Ramazanovaya yeni vəzifə verildi like
  • 01 Sen 17:42  
Digərləri Yeganə Ramazanovaya yeni vəzifə verildi

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şö

arrow Ətraflı
Teymur Musayev işdən çıxdı like
  • 01 Sen 16:30  
Digərləri Teymur Musayev işdən çıxdı

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin (AEM) Tibbi nəzarət şöb

arrow Ətraflı
5 milyonluq üzüyünü "gözə soxmaq" üçün "dəridənqabıqdan" çıxdı like
  • 01 Sen 16:15  
Digərləri 5 milyonluq üzüyünü "gözə soxmaq" üçün "dəridənqabıqdan" çıxdı

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun portuqaliyalı hücu

arrow Ətraflı
Musiqinin yaddaşa təsiri elmi cəhətdən isbatlandı like
  • 01 Sen 15:55  
Digərləri Musiqinin yaddaşa təsiri elmi cəhətdən isbatlandı

Musiqinin yaddaşa təsiri elmi cəhətdən sübut olunub.

arrow Ətraflı
Vüsalə Əlizadə Türkiyədə xəstəxanaya yerləşdirildi like
  • 01 Sen 15:44  
Şou-biznes Vüsalə Əlizadə Türkiyədə xəstəxanaya yerləşdirildi

Aparıcı Vüsalə Əlizadə Türkiyədə xəstəxanaya yerləşdirilib.

arrow Ətraflı
Tatlısesin qızı həmin barda rəqs edib?  VİDEO like
  • 01 Sen 15:28  
Şou-biznes Tatlısesin qızı həmin barda rəqs edib? VİDEO

Türkiyə sosial mediasında yayılan görüntülər diqqət çəkib.

arrow Ətraflı
Lotereyada iştirak et, Evini “OBA” ilə doldur! like
  • 01 Sen 15:25  
Digərləri Lotereyada iştirak et, Evini “OBA” ilə doldur!

Lotereyada iştirak et, Evini "OBA" ilə doldur!

arrow Ətraflı
Pakistan Ermənistanla diplomatik münasibətlər qurmağa başlayıb  Bakı ilə razılaşıb like
  • 01 Sen 15:24  
Siyasət Pakistan Ermənistanla diplomatik münasibətlər qurmağa başlayıb Bakı ilə razılaşıb

Pakistan Ermənistanla diplomatik münasibətlər qurmağa Azərbaycanla məslə

arrow Ətraflı
İlham Əliyev: Yaxın gələcəkdə Zəngəzur dəhlizi Orta Dəhlizin daha bir mühüm seqmenti olacaq like
  • 01 Sen 15:23  
Siyasət İlham Əliyev: Yaxın gələcəkdə Zəngəzur dəhlizi Orta Dəhlizin daha bir mühüm seqmenti olacaq

Yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal-C�

arrow Ətraflı
İlham Əliyev: Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır like
  • 01 Sen 15:20  
Siyasət İlham Əliyev: Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır

Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır.

arrow Ətraflı