Malın mənşə ölkəsini təsdiq edən


Digərləri 28 Avq 2025 10:03:00 94 0

Malın mənşə ölkəsini təsdiq edən

Malın mənşə ölkəsini təsdiq edən sertifikat ixracatçı ölkənin səlahiyyətli orqanı tərəfindən verilən və mənşə ölkəsini təsdiq edən sənəddir. Malın mənşə ölkəsi Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan mallar üzərində tarif və qeyri-tarif göstəricilərinin həyata keçirilməsini təmin etmək məqsədilə müəyyən olunur. Mənşə sertifikatının alınması malların ixracı zamanı sahibkarlara idxalçı ölkədə preferensiya əldə etməyə, yəni güzəştli şərtlərlə idxal gömrük rüsumlarını ödəməyə şərait yaradır.

Azərbaycanda mənşə sertifikatlarının 5 növü mövcuddur:

CT-1 formalı sertifikat - Malların mənşəyi Azərbaycan və ya digər MDB ölkəsi olduğu halda, MDB ölkələrinə ixrac edilən mallar üçün tərtib edilir. Ümumi formalı sertifikat - Malın Azərbaycan Respublikasının azad ticarət və preferensial ticarət rejimi barədə ikitərəfli və çoxtərəfli razılaşmaları olmayan ölkələrə ixracı zamanı verilir. A formalı sertifikat - Avropa ölkələri, həmçinin ABŞ, Kanada və Yeni Zelandiya ölkələri üçün tərtib edilir. AZ-TR formalı sertifikat - "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında imzalanmış Preferensial Ticarət Sazişi"ndə nəzərdə tutulmuş müvafiq malların müəyyən edilmiş miqdarda Türkiyə Respublikasına ixracı zamanı verilir. AZ-PK formalı sertifikat - "Azərbaycan Respublikası Hökuməti ilə Pakistan Respublikası Hökuməti arasında imzalanmış Preferensial Ticarət Sazişi"ndə nəzərdə tutulmuş müvafiq mallarınPakistan Respublikasına ixracı zamanı verilir.

"Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi Qaydaları" Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 2012-ci il 25 aprel tarixli 02 saylı qərarı ilə təsdiq edilmişdir. Sözügedən Qaydaya əsasən, mənşə sertifikatı hüquqi və fiziki şəxslərin (sifarişçi) Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinəmüraciəti əsasında verilir. Ərizəyə aşağıdakı sənədlər əlavə edilməlidir:

sifarişçi hüquqi şəxs olduqda dövlət qeydiyyatı haqqında şəhadətnamənin və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti; sifarişçi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamənin surəti; sifarişçi ilə alıcı arasında bağlanmış müqavilənin surəti (olduğu halda); qaimə-fakturanın (invoysun) surəti; ixrac olunan məhsulun ilkin xammalının, yarımfabrikatın, yaxud məhsulların hazırlanmasında iştirak edən digər materialların alınmasını təsdiq edən müqavilə və ya başqa təsdiqedici sənədlərin surəti; ixrac olunan məhsulun ilkin xammalı, yarımfabrikatı, yaxud məhsulların hazırlanmasında iştirak edən digər materialları xarici ölkə mənşəli olduğu təqdirdə, emal nəticəsində malın xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturası (XİF ƏN) üzrə mövqeyində ilk dörd rəqəmdən ən azı birinin səviyyəsində dəyişmənin olması və ya advalor pay qaydası tətbiq olunduğu hallarda istifadə olunmuş materialların dəyərinin göndərilən malın qiymətinin faizlə müəyyən edilmiş həddə çatması ilə əlaqədar sənəd (kalkulyasiya).

Agentlikdə sorğuya və ona əlavə olunmuş sənədlərə baxılır, təqdim olunmuş sənədlərdə həqiqətə uyğun olmayan və ya təhrif olunmuş məlumatlar olduqda sorğunun yerinə yetirilməsindən imtina olunur. Mənşə sertifikatının verilməsindən imtina edildikdə bu barədə istifadəçiyə əsaslandırılmış yazılı məlumat verilir. İmtina üçün əsaslar olmadıqda mənşə sertifikatının verilməsi barədə qərar qəbul edilir.

Sorğuda və ona əlavə edilən sənədlərdə aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə bu barədə ərizəçiyə 1 gündən gec olmayaraq yazılı məlumat verilir. Onlar aradan qaldırıldıqdan sonra istifadəçi təkrar sorğu ilə müraciət edə bilər.

Sorğu və ona əlavə edilən sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizanın keçirilməsi üçün sənədlər 1 gündən gec olmayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC-yə təqdim olunur. Sənədlər təqdim olunduğu tarixdən 1 gündən gec olmayaraq sorğuya əlavə olunmuş sənədlər və istifadəçi ilə bağlanan müqavilə əsasında "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC-nin eksperti tərəfindən malın mənşə ölkəsinin müəyyən edilməsi qaydasına uyğun olaraq malın mənşə ölkəsi müəyyən edilir.

Ekspertizanın keçirilməsi zamanı həm də ixrac edilən mal partiyasının mövcudluğu, malın texnoloji prosesinin mərhələlər üzrə istehsal olunub-olunmadığı, istehsal üçün avadanlıqların və şəraitin olub-olmadığı araşdırılır. Ekspertiza nəticəsində tərtib olunan aktın bir nüsxəsi "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC-də qalır, bir nüsxəsi istifadəçiyə verilir, digər nüsxəsi isəAntiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə təqdim olunur. Ekspertizaların nəticələrinə əsasən, Agentlik tərəfindən istifadəçinin sorğusuna dair müvafiq qərar qəbul edilir. İmtina üçün əsas olmadıqda, malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi haqqında qərar qəbul edilir. Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi haqqında qərar qəbul edildikdən sonra istifadəçi dövlət rüsumunu ödəyir.

Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsinə görə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 30-1-ci maddəsinə əsasən, 30 AZN məbləğdə dövlət rüsumu nəzərdə tutulur.Mənşə sertifikatı Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Bakı şəhəri şöbəsində və2 saylı, 3 saylı, 6 saylı, 11 saylı,12 saylı və 13 saylı regional bölmələrində sahibkarlara təqdim olunur.

Mənşə sertifikatının etibarlılıq müddəti verildiyi tarixdən etibarən 1 ildir.

Malın mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsi prosesinin tam elektronlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyitərəfindən "Mənşə sertifikatı" alt modulu hazırlanıb və Agentliyin Keyfiyyət informasiya sistemində (https://e-keyfiyyet.gov.az) istifadəyə verilib.

Keyfiyyət informasiya sistemi vasitəsilə müraciətlərin qəbulu ixracatçılar üçün aşağıdakı imkanları təqdim edir:

elektron imza və ya asan imzadan istifadə etməklə şəxsi kabinetin yaradılması; real rejimdə müraciətlərin icra statusları barədə dəqiq məlumatların əldə edilməsi; malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizanın keçirilməsi məqsədilə müqavilənin bağlanması və keçirilən ekspertiza üçün xidmət haqqının ödənilməsinin elektron qaydada həyata keçirilməsi; dövlət rüsumlarının elektron qaydada ödənilməsi; müəyyən dövr aralığında əldə edilmiş mənşə sertifikatları barədə statistik məlumatların əldə olunması; ixracatçıların təqdim etdiyi məlumatlar əsasında mənşə sertifikatlarının elektron qaydada formalaşdırılması; mənşə sertifikatlarının çevik və operativ əldə edilməsi vəs.

Hazırda malın mənşə ölkəsini təsdiq edən sertifikatların əldə edilməsi üçün müraciətlər hibrid formada olmaqla həm Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsi üzərindən, həm də Keyfiyyət informasiya sistemi üzərindən qəbul edilir.

Məlumat üçün bildiririk ki, Agentliyin Bakı şəhəri və regional bölmələri tərəfindən sahibkarlıq subyektlərinə 2025-ci ilin I yarımilində ümumilikdə 46119 mənşə sertifikatı təqdim olunub.Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 21,5% artım deməkdir.

Mənşə sertifikatlarıtəqdim olunmuş ixracatçıların ixrac etdikləri mallar arasında meyvə-tərəvəz, tikinti materialları, neft və neft məhsulları üstünlük təşkil edir.İxrac olunan ölkələr arasında isə üstünlük Rusiya Federasiyası, Ukrayna, Gürcüstan, Türkiyə, Özbəkistan və Qazaxıstana məxsusdur.

Tanınmış qadın həkim vəfat etdi  FOTO like
  • 28 Avq 09:58  
Digərləri Tanınmış qadın həkim vəfat etdi FOTO

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının Ginekologiya və doğum şöbəsini

arrow Ətraflı
Avqustun son həftəsi bu BÜRCLƏRƏ like
  • 28 Avq 09:50  
Digərləri Avqustun son həftəsi bu BÜRCLƏRƏ

Avqust ayı yekunlaşarkən bir çox insan həyatında yeni başlanğıclar və

arrow Ətraflı
Bakıda PARTLAYIŞ like
  • 28 Avq 09:06  
Digərləri Bakıda PARTLAYIŞ

Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsində beşmərtəbəli ya�

arrow Ətraflı
Qızıl dolu çantasını tapan uşağa görün nə hədiyyə etdi like
  • 28 Avq 08:48  
Digərləri Qızıl dolu çantasını tapan uşağa görün nə hədiyyə etdi

Türkiyənin Batman şəhərində 14 yaşlı Ömər Çobanın nümunəvi davran�

arrow Ətraflı
Sonaxanım özünə dəbdəbəli yubiley gecəsi keçirtdi – like
  • 28 Avq 08:08  
Şou-biznes Sonaxanım özünə dəbdəbəli yubiley gecəsi keçirtdi –

Aktrisa Sonaxanım Əliyeva 50 illik yubileyini qeyd edib.

arrow Ətraflı
Müxtəlif ölkələrdə uşaqlara verilməsi qadağan edilən 40 ad like
  • 28 Avq 07:35  
Digərləri Müxtəlif ölkələrdə uşaqlara verilməsi qadağan edilən 40 ad

Uşağa ad seçmək təkcə ailə məsələsi deyil, çox vaxt qanuni məsələd

arrow Ətraflı
Astronomlar yeni planet kəşf etdilər  430 işıq ili uzaqlıqda... like
  • 28 Avq 07:07  
Dünya Astronomlar yeni planet kəşf etdilər 430 işıq ili uzaqlıqda...

Beynəlxalq astronomlar qrupu Yerdən təxminən 430 işıq ili uzaqlıqda, gən

arrow Ətraflı
4 BÜRC üçün avqustun son günlərində hər şey dəyişəcək like
  • 28 Avq 06:35  
Digərləri 4 BÜRC üçün avqustun son günlərində hər şey dəyişəcək

Avqustun son günləri bəzi bürclərin həyatına dramatik dəyişikliklər g�

arrow Ətraflı
Xalq artisti dənizdə çimərkən GÖRÜNTÜLƏNDİ like
  • 28 Avq 06:06  
Şou-biznes Xalq artisti dənizdə çimərkən GÖRÜNTÜLƏNDİ

Xalq artisti Brilliant Dadaşova istirahətini dəniz kənarında keçirib.

arrow Ətraflı
Azərbaycanda pulla qulaq SINDIRMAQ niyə trend oldu? like
  • 28 Avq 05:05  
Digərləri Azərbaycanda pulla qulaq SINDIRMAQ niyə trend oldu?

Son günlər Azərbaycanda maraqlı, eyni zamanda narahatedici bir meyl yayılı

arrow Ətraflı
Maşındakı bu düymə ilə benzin sərfiyyatını AZALDIN like
  • 28 Avq 04:04  
Digərləri Maşındakı bu düymə ilə benzin sərfiyyatını AZALDIN

Bir çox sürücülər yalnız indi paneldəki "A" işarəli düyməni

arrow Ətraflı
Ağcaqanad dişləmələri ölüm riski daşıyırmış... like
  • 28 Avq 02:02  
Digərləri Ağcaqanad dişləmələri ölüm riski daşıyırmış...

Ağcaqanad dişləmələri təkcə qaşınma yaratmır, müxtəlif xəstəliklə

arrow Ətraflı