Uşaqlarda diqqət əskikliyi və hiperaktiv pozğunluğu necə düzəltmək olar?


Digərləri 26 Avq 2025 08:48:00 82 0

Uşaqlarda diqqət əskikliyi və hiperaktiv pozğunluğu necə düzəltmək olar?

"Tədqiqatlar göstərir ki, Diqqət əskikliyi və hiperaktiv pozğunluğu (DEHB) olan uşaqlarda bəzi beyin bölgələri digər uşaqlara nisbətən ya daha kiçik, ya da fərqli işləyir".

Bu xəbəri də oxu: Milyonçular və liderlər

Bu barədə uşaq nevroloqu, həkim Vüsalə Nuriyeva baku.ws-ə bildirib.

Onun sözlərinə görə, Prefrontal korteks (Diqqət, planlama, qərarvermə və özünüidarə funksiyasına cavabdehdir) DEHB-də bu bölgənin fəaliyyəti zəifləyir.

"Bazal qanglionlar - Hərəkətlərin və emosiyaların idarə olunmasında rol oynayır. DEHB-li uşaqlarda buradakı fəaliyyət qeyri-sabit ola bilər.

Beyincik (serebellum) - Diqqətin sürətli dəyişməsi və hərəkətlərin koordinasiyası ilə bağlıdır. Tədqiqatlarda bəzi fərqlər müşahidə olunub", - deyə həkim bildirib.

Neyrotransmitterlərdə (beyin kimyasında) dəyişiklik

Həkim deyir ki, Bbeyin hüceyrələri bir-biri ilə neyrotransmitterlər vasitəsilə əlaqə saxlayır:

"DEHB zamanı xüsusilə iki kimyəvi maddənin balansı pozulur:

Dopamin - Motivasiya, mükafat gözləntisi və diqqət üçün əsasdır. DEHB-də dopamin səviyyəsi aşağı olur, bu da uşağın tez sıxılmasına və diqqətini davam etdirməkdə çətinlik çəkməsinə səbəb olur.

Noradrenalin - Oyanıqlıq və diqqəti fokuslamaq üçün vacibdir. Onun fəaliyyəti də zəif ola bilər".

Həkim deyir ki, buna görə də DEHB müalicəsində istifadə edilən bəzi dərmanlar (məsələn, metilfenidat) dopamin və noradrenalinin beyindəki fəaliyyətini artıraraq diqqəti və özünüidarəni yaxşılaşdırır.

Beyin fəaliyyətində yavaşlama və ya qeyri-sabitlik

EEQ (elektroensefaloqrafiya) tədqiqatlarında DEHB-li uşaqlarda tez-tez belə nəticələr müşahidə olunur:

"Unutmaq olmaz ki, "Theta" dalğalarının artması - Beyin "yorğun" və "diqqəti dağınıq" kimi işləyir.

"Beta" dalğalarının azalması - Konsentrasiya və aktiv diqqət çətinləşir.

Bu, uşağın dərsdə oturub, uzun müddət diqqətini saxlamasını çətinləşdirir".

İmpuls nəzarətində çətinlik

Həkimin sözlərinə görə, normalda beyində "fren" rolunu oynayan ön alın payı (prefrontal korteks) hərəkət etmədən əvvəl düşünməyə kömək edir:

"DEHB-li uşaqlarda bu "fren sistemi" zəif işlədiyi üçün onlar tez-tez düşünmədən danışır, hərəkət edir və ya qaydaları pozurlar".  

Boşanan kişinin avtomobilinə yazdığı sözlər gündəm oldu – sürücülərdən bunu istədi like
  • 26 Avq 08:12  
Digərləri Boşanan kişinin avtomobilinə yazdığı sözlər gündəm oldu – sürücülərdən bunu istədi

Türkiyənin İzmir şəhərinin küçələrində qeyri-adi bir hadisə yaşanı

arrow Ətraflı
Gəlin toydan sonra ərini qarət edib QAÇDI like
  • 26 Avq 08:08  
Digərləri Gəlin toydan sonra ərini qarət edib QAÇDI

Hindistanın Uttar-Pradeş ştatında qadın toydan sonra ərinin qızılını,

arrow Ətraflı
Mağaza sahibindən maraqlı addım  həmin müştərilərə bir çörəyi pulsuz verəcək like
  • 26 Avq 07:37  
Digərləri Mağaza sahibindən maraqlı addım həmin müştərilərə bir çörəyi pulsuz verəcək

Türkiyənin Eskişehir vilayətində xırda pul çatışmazlığı yaşayan bir

arrow Ətraflı
Nadir QAZ12 ZİM sedanı satışa çıxarıldı like
  • 26 Avq 07:07  
Digərləri Nadir QAZ12 ZİM sedanı satışa çıxarıldı

Moskvada 1956-cı il istehsalı olan nadir QAZ-12 ZİM sedanı satışa çıxar�

arrow Ətraflı
Telefon danışıqlarını uzaqdan dinləmənin like
  • 26 Avq 06:36  
Digərləri Telefon danışıqlarını uzaqdan dinləmənin

Pensilvaniya Universitetinin əməkdaşları telefon danışıqlarını uzaqdan

arrow Ətraflı
Milyonçular və liderlər like
  • 26 Avq 06:06  
Digərləri Milyonçular və liderlər

Bir çox insan doğum tarixinin insanın xarakterinə və maliyyə uğurlarına

arrow Ətraflı
Gündə bir dəfə bunu etsəniz like
  • 26 Avq 04:04  
Digərləri Gündə bir dəfə bunu etsəniz

Artıq çəki atmaq üçün həftələrlə, aylarla pəhriz saxlam kifayət deyi

arrow Ətraflı
Türkiyəli aktrisanın özündən gözəl qızı SEVGİLİSİ İLƏ like
  • 26 Avq 03:03  
Şou-biznes Türkiyəli aktrisanın özündən gözəl qızı SEVGİLİSİ İLƏ

Türkiyəli aktrisa Defne Samyelinin qızı Derin Talu şəxsi həyatı ilə g�

arrow Ətraflı
Pomidorları belə marinad edəndə qabığı like
  • 26 Avq 02:02  
Digərləri Pomidorları belə marinad edəndə qabığı

Marinad zamanı pomidor qabığının çatlaması onların həm dadını, həm d

arrow Ətraflı
Leyla Əliyeva Mehriban Əliyevanın doğum günü münasibətilə VIDEO paylaşıb like
  • 26 Avq 01:24  
Siyasət Leyla Əliyeva Mehriban Əliyevanın doğum günü münasibətilə VIDEO paylaşıb

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva özünün sosial media

arrow Ətraflı
Türkiyəli məşhur müğənni arıqlayıb TANINMAZ HALA düşdü like
  • 26 Avq 01:01  
Şou-biznes Türkiyəli məşhur müğənni arıqlayıb TANINMAZ HALA düşdü

Tanınmış müğənni Zara (Neşə Zara Yılmaz) son vaxtlar verdiyi kilolarla

arrow Ətraflı
Keçmiş məcburi köçkün mənzildən çıxmaq üçün ev sahibindən pul istəyir  Video like
  • 26 Avq 00:49  
Digərləri Keçmiş məcburi köçkün mənzildən çıxmaq üçün ev sahibindən pul istəyir Video

Keçmiş məcburi köçkünün məskunlaşdığı evdən çıxması üçün mən

arrow Ətraflı
Suriya 58 ildən sonra ilki yaşadı like
  • 26 Avq 00:24  
Dünya Suriya 58 ildən sonra ilki yaşadı

Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa sentyabrda Birləşmiş

arrow Ətraflı
Rəis müavini təyin edəcəyəm deyib 40 min manatını aldı like
  • 26 Avq 00:19  
Kriminal Rəis müavini təyin edəcəyəm deyib 40 min manatını aldı

Bakıda dələduzluqlar edən şəxsə hökm oxunub.

arrow Ətraflı