Bakının bu ərazilərində evlər sökülür: Əmlak qiymətləri yenidən artacaq
Digərləri 23 Avq 2025 19:41:00 63 0
Söküntülər əmlak bazarına təsirsiz ötüşmür. Belə ki, hər söküntü zamanı qiymətlər artır. Ekspertlər bildirirlər ki, bu məsələdə əsas amil bazarda alıcıların sayının çoxalmasıdır.
Bu xəbəri də oxu: Milli Qəhrəman Şükür Həmidovun oğlu bu universitetə qəbul oldu
Söküntülər hansı ərazilərdə olacaq? Ərazilərin sökülməsi mənzil bazarına da təsir edəcəkmi?
"Bakı Baş planda nəzərdə tutulan formada olacaq"
Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, söküntülər həm dövlət ehtiyacı, həm də yeni yaşayış binalarının tikilməsi üçün aparılır: "2021-ci ildə Bakının baş planı təsdiq olundu. 2040-cı ilə qədər Bakı şəhəri Baş planda nəzərdə tutulan formada olacaq. Bu il Baş planın icrası ilə bağlı işlər daha sürətli gedir. Artıq paytaxtda çox sayda istismar müddətini bitirmiş binalar, yaşayış evləri sökülüb. Proses davam etdirilir. Onların yerində parklar, yollar, inzibati binalar inşa olunacaq. Sökülməli ərazilərlə bağlı monitorinqlər, planlamalar aparılır. Qiymətləndirmələrdən sonra qərar verilir. Dövlət ehtiyacı üçün sökülən ərazilərdə vətəndaşlara kompensasiya olaraq pul verilir. Bu işlər mərhələli şəkildə görülür. Yeni yolların çəkilməsi ilə də bağlı müəyyən ərazilərdə söküntü işləri aparılır. Yeni çəkiləcək yolların üzərində olan yaşayış evləri qiymətləndirilərək sökülür və vətəndaşlara kompensasiya məbləği ödənilir".
"Tarixi binalar maksimum qorunur"
E.Fərzəliyev hazırda söküntü işləri həyata keçirilən yaşayış massivlərindən bəhs etdi: "Hazırda Yasamal ərazisində keçmiş "sovetski" adlanan ərazidə söküntü işləri həyata keçirilir. Oradakı bütün binalar sökülmür. Çünki xeyli tarixi abidə mövcuddur. Məscidlər, hamamlar, kitabxanalar və digər qədim abidə hesab olunan yaşayış binaları da var. Tarixi binalar müəyyən edildikdən sonra onlara söküntü zamanı zərər gəlməməsi üçün maksimum qorunur. Ərazi söküldükdən sonra həmin ərazidə park salınacaq. İkinci İçərişəhər tipli 16-19-cu əsrə aid milli qoruq kimi qorunub saxlanılacaq. Nəsimi rayonunda da kiçik həcmli söküntülər gedir. Yəqin ki, yaxın gələcəkdə söküntülərin miqyası daha da böyüyəcək. O zaman hansı ərazilərin konkret olaraq nə zaman söküləcəyi bəlli olacaq".
Ucuz, amma təhlükəli
Ekspertin fikrincə, söküntülərin həm müsbət, həm də mənfi tərəfləri mövcuddur: "Burada bir məsələni də qeyd etməliyik. Hansı ki, köhnə evlərin istər kirayə, istərsə də satış qiyməti yenilərə nisbətən dəfələrlə ucuz idi. Lakin söküldükləri üçün həmin mənzillər əmlak bazarından çıxmış olur. Bu da onu deməyə əsas verir ki, yaxın gələcəkdə paytaxtda kirayə mənzillərin qiymətləri indiki qiymətlərdən dəfələrlə baha olacaq. Çünki yeni binalar daha baha təqdim edilir. Amma hər bir halda Bakı köhnə yaşayış binalarından qurtulmuş olur. Çünki həmin mənzillər təhlükə mənbəyidir. Hər hansı zəlzələ, subasma, sürüşmə nəticəsində həmin ərazilərdə böyük dağıntılar yarana bilər".
Dövlət İmtahan Mərkəzi 2025/2026-ci tədris ili üçün ali təhsil müəss

Xalq artisti Mələkxanım Eyyubovanın kürəkəni, müğənni Mərdan Kazıml�

ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinə qarşı sə

Samux rayonunun Əhmədbəyli kənd sakini, Mirzəyeva Fidan İlqar qızı qəbu

"Efirə çağırırlar, amma getmirəm. Deyirlər Samir Cəfərov, Mübariz

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən dün

Bu il ali təhsil müəssisələrinə qəbul olunan tələbələrin ixtisas seç

Sabah Abşeron çimərliklərində mülayim cənub-şərq küləyi əsəcək.

Bakıda valideyn himayəsindən məhrum edilən azyaşlını zorla diləndirən

Günümüzdə hər kəs gündəlik istifadə üçün daha sərfəli və iqtisadi

İşğaldan azad olunmuş Ağdərə rayonu Talış kənd tam orta məktəbinin m

Bakı Dövlət Universitetinin (BDU) rektorunun müşaviri Şəbnəm Səfərova

"Oskar" mükafatlı britaniyalı aktrisa Keyt Vinslet, "Titanik&q
