Kərbəlaya gedən zəvvarları aldadıb yarıyolda qoyan şəxs tutuldu
Digərləri 22 Avq 2025 17:24:00 66 0
Bakı şəhəri ərazisində, eləcə də bölgələrdə çoxsaylı vətəndaşları İraq Respublikasında yerləşən ziyarətgahlara aparmaq adı ilə aldadaraq pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu xəbəri də oxu: Azərbaycanlı "Tiktoker"ə ağır İTKİ məzarı başında ürək dağladı
DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, 43 yaşlı Masallı rayon sakini Rasim Şahbazov "Instagram" sosial şəbəkəsində "Risalət Travel" adlı səhifə yaradaraq insanları ziyarətə aparmaq üçün turlar təşkil etdiyi barədə elanlar yerləşdirib. Bu yolla o, səhifəyə müraciət edən xeyli sayda zərərçəkənin müxtəlif məbləğlərdə pullarını ələ keçirib. R.Şahbazov aldatdığı şəxslərə verdiyi vədi sonradan yerinə yetirməyib və zərərçəkənləri sosial şəbəkələrdə "bloklayaraq" onlarla olan əlaqələrini dayandırıb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb. R.Şahbazov təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunub.
Onun barəsində məhkəmənin qərarı ilə 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.
Hazırda zərər çəkmiş digər şəxslərin də dairəsinin müəyyən edilməsi məqsədilə əlavə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bu şəxsin qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, polis orqanlarına, DİN "102" Xidməti Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.
Paytaxtın Sabunçu rayonu və Mingəçevir şəhərində keçirilən əməliyya

Ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul

Vaşinqtonda Azərbaycanla Ermənistan arasında Birgə Bəyannamənin imzalanma

Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkm�

Əməkdar artist Bəyimxanım Vəliyeva həyat yoldaşı ilə bağlı paylaşım

Bir neçə dəqiqə öncə Əməkdar artist, qarmon ifaçısı Gülbahar Şükü

Avqustun 25-də Sumqayıt şəhərinin 6-cı mikrorayon ərazisində mövcud qaz

Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi Prez

Bizim bölgəmizdə yeni, çox perspektivli və sülhə yönəlmiş əməkdaşl�

Ermənistan-Azərbaycan sərhədində zəlzələ olub.

Azərbaycanlı "Tiktoker"ə ağır itki üz verib.

Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Kamçatka bö

Bakıda liposaksiya prosesinin qeyri-etik görüntüləri ilə gündəmə gələ
