Gecə su içmək faydalıdır, yoxsa zərərli?
Digərləri 11 Avq 2025 06:06:00 86 0
Su sağlam həyatın ayrılmaz hissəsidir. Lakin mütəxəssislər yalnız nə qədər su içdiyimizin deyil, nə zaman su içdiyimizin də sağlamlığımız üçün önəmli olduğunu bildirirlər.
Bu xəbəri də oxu: Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib
Xüsusilə yatmazdan əvvəl su qəbulunun həm faydaları, həm də mümkün riskləri var.
Gecə su içməyin faydaları
İspaniyalı həkim Julio Maset qeyd edir ki, yatmazdan əvvəl az miqdarda su içmək bədənin su balansını qorumağa, susuzluğa bağlı baş ağrısı, halsızlıq və yorğunluğun qarşısını almağa kömək edir. Bundan əlavə, bu vərdiş vazopressin hormonunun səviyyəsini tənzimləyərək gecə sidik ifrazının normallaşmasına şərait yarada bilər.
Amma ehtiyatlı olmaq da vacibdir
Bununla belə, mütəxəssislər yatmazdan əvvəl çoxlu su içməyin yuxu keyfiyyətinə mənfi təsir göstərə biləcəyini bildirirlər. Gecə tez-tez oyanmaq və tualetə getmək yuxunun bölünməsinə səbəb olur. Bu isə bədənin tam dincəlməsinin qarşısını alır.
Həkimlər tövsiyə edir ki, son su qəbulunu yatmazdan təxminən 1-2 saat əvvəl etmək daha uyğundur. Eyni zamanda, gün ərzində kifayət qədər su içmək yuxudan əvvəl həddindən artıq susuzluğun da qarşısını alır.
Hamam kranından su içməyin - təhlükəli ola bilər
İngiltərədə fəaliyyət göstərən Victorian Plumbing şirkətinin mütəxəssisləri xəbərdarlıq edirlər ki, hamam kranlarından su içmək sanitar baxımından təhlükəli ola bilər. Bu, əsasən boruların istehsal olunduğu material və suyun həmin borularda nə qədər müddət qalmasından asılıdır. Bu hallar suyun keyfiyyətinə mənfi təsir edə bilər.
Bu səbəbdən yalnız mətbəx kranından ya da qablaşdırılmış sudan istifadə tövsiyə olunur.
Suyu necə və nə zaman içməli?
Mütəxəssislərin tövsiyə etdiyi bəzi əsas qaydalar:
Gün ərzində nizamlı olaraq su için. Hər 1-2 saatdan bir bir stəkan. Axşam saatlarında su qəbulunu tədricən azaldın. Yatmazdan təxminən 1 saat əvvəl son dəfə su için. Ən önəmlisi isə, içdiyiniz suyun təmiz və etibarlı mənbədən olduğuna əmin olun.
Kənan Son.az
Yay mövsümündə artan istilərlə birlikdə bədəndə baş verən dəyişikl

Yeni bir Norveç araşdırmasına görə, gündəlik sadə və yavaş tempdə ye

Havaların soyuması ilə birlikdə dırnaq ətrafında bir sıra problemlər ya

Uğurlu insanların ortaq xüsusiyyətlərindən biri də günə erkən və ener

Kişilərin bir çoxu artıq çəkidən xilas olmaq istəyir, lakin pəhriz saxl

İran Azərbaycan və Ermənistan arasında istənilən sülhü müsbət qarşı

Rusiya aviasiyası Zaporojye şəhərinə bomba hücumu həyata keçirib.

İsmayıllıda avtomobil körpüdən aşaraq yanıb.

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Derma rollinq (mikroiynələmə) proseduru həm dermatoloqlar, həm də evdə d�

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı

Qızarmış kartof 2-ci tip diabet riskini 20 faiz artırır - elmi araşdırma

Uzun müddətdir gündəmdən uzaq qalan aktrisa Pərvin Abıyeva tətilə çıx

Tıxaclar günümüzün ən böyük problemlərindən biridir və həyatımızda
