Parisdə azərbaycanlı ailənin 2 uşağı əllərindən alındı
Dünya 09 Avq 2025 13:48:00 63 0
Azərbaycanlı ailə iki azyaşlı övladının Fransada əllərindən alındığını deyir. Hadisə 3 gün əvvəl Paris hava limanında baş verib.
Bu xəbəri də oxu: Britaniya XİN başçısı Azərbaycan və Ermənistanı təbrik edib
"Qafqazinfo" məsələ ilə bağlı azyaşlıların valideynləri Məhəmməd Quliyev və Gültac Abdullayeva ilə əlaqə saxlayıb.
Valideynlər saytımıza bildirib ki, onlar bir neçə il Almaniyanın Dortmund şəhərində yaşayıblar. Almaniya tərəfindən övladlarının Avropadan çıxışına qadağa qoyulub. Uşaqlarının birinin 2 yaşı var, digəri 6 aylıqdır. Avqustun 6-da ailə birdəfəlik Azərbaycana qayıtmaq üçün yola çıxıbmış. Ailə üzvlərinin sözlərinə görə, Paris Hava Limanında polis əməkdaşları onlara yaxınlaşaraq uşaqları əllərindən alıblar.
Almaniyanın uşaqların Avropadan çıxışına qadağa qoymasının səbəbinə gəlincə, valideynlər bunu əsassız iddia ilə əlaqələndirirlər. Həmin iddia da ondan ibarətdir ki, ana bir neçə ay əvvəl xəstəxanada övladına əzab verib: "İkinci uşağımız doğulandan dərhal sonra əməliyyat olundu. Təxminən 1 ay uşaq xəstəxanada qaldı. Hər şey də orada başladı. Xəstəxananın həkimləri və tibb bacıları heç bir əsas olmadan şikayət ediblər ki, mən uşağıma işgəncə vermişəm. Guya 3 aylıq körpənin başını daşa çırpmışam, ağzına dəsmal bağlamışam, hətta buzlu su verərək öldürmək istəmişəm.
Hamısı yalandır. Bu necə ola bilər? Biz uşaqlarımıza çox yaxşı baxırıq. Onlara niyə əzab verək? Nə isə bu şikayətlərdən sonra "Jugendamt" (Almaniyada ailəiçi zorakılıq, uşaq hüquqlarının təmin olunması və digər sosial müdafiə hallarına müdaxilə edən təşkilat-red.) işə qarışdı. Əvvəlcə məni xəstəxanadan çıxmağa belə qoymurdular. Sonradan uşağa nəzarət üçün evimizə türk müəllim yolladılar. Həmin qadın da bizimlə yola getmədi. Hər dəfə bir bəhanə gətirirdi ki, uşağa belə baxın, elə baxın. Nəhayət uşaqları götürüb, birdəfəlik vətənə qayıtmağa qərar verdik. Parisə çatanda da başımıza bu iş gəldi".
"Gürcüstan Azərbaycan və Ermənistan, eləcə də region və bütün d�

Ermənistan və Azərbaycan arasında imzalanan saziş illərlə davam edən hə

"Elit star" Cəmilə şəxsi həyatından danışıb.

Los-Ancelesdə 29 yaşlı Şon Nayt Nikolson ağır məişət zorakılığı itt

Niderland Krallığının xarici işlər naziri Kaspar Veldkamp Vaşinqtonda Az�

Sürət həddinin seçilməsi zamanı hava şəraiti, yol örtüyünün vəziyy�

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə ABŞ-ın Alya

Avqustun 10-da gözlənilən hava şəraiti açıqlanıb.

Sevilən Müğənni Şəbnəm Tovuzlunun sürdüyü avtomobillər sosial şəb�

ABŞ prezidenti Donald Trampın dəvəti ilə Azərbaycan Prezidenti İlham Əli

Sosial şəbəkədə yayılan video marağa səbəb olub.

Rusiyanın 6 aeroportunda təyyarələrin enişi və qalxışına məhdudiyyətl
