Kondisioner filtrləri təhlükə saçır – Ölümcül bakteriya yayılıb
Digərləri 08 Avq 2025 01:01:00 84 0
ABŞ-ın Nyu-York şəhərində "Legioner xəstəliyi" kimi tanınan legionellozdan üçüncü ölüm halı qeydə alınıb.
Bu xəbəri də oxu: Dünyada yeganə olan avtomobil satışa çıxarılacaq
Son.az xəbər verir ki, bu barədə şəhərin Səhiyyə Departamenti məlumat yayıb. Bildirilib ki, infeksiya ilk dəfə iyulun 25-də aşkarlanıb və qısa müddət ərzində yayılaraq epidemiya halını alıb. Hazırda 67 nəfərə bu diaqnoz qoyulub.
Şəhər rəhbərliyi qripə bənzər əlamətlər - öskürək, boğaz ağrısı, burun axıntısı, sinə ağrısı və nəfəs darlığı hiss edən sakinlərə dərhal həkimə müraciət etməyi tövsiyə edir.
Legionelloz - "Legionella pneumophila" bakteriyasının səbəb olduğu ciddi ağciyər infeksiyasıdır. Bakteriya əsasən durğun sularda və baxımsız kondisionerlərin nəm filtrlərində çoxalır. Kondisionerin yaratdığı hava axını ilə ətrafa yayılaraq nəfəs yolu ilə insan orqanizminə daxil olur.
Risk qrupuna kondisionerli, qapalı və sıx məkanlarda çalışan şəxslər, havalandırma sistemlərinin təmizliyinə nəzarət edilməyən müəssisələrin əməkdaşları, həmçinin yaşlılar, immun sistemi zəif olanlar və siqaret istifadəçiləri daxildir.
Xəstəlik əlamətləri adətən soyuqdəymə və qriplə qarışdırılır. Diaqnozun gec qoyulması isə ağır fəsadlara və bəzi hallarda ölümə səbəb ola bilər. Mütəxəssislər legionellozun qan analizi ilə vaxtında aşkarlanmasının və dərhal müalicəyə başlanmasının vacibliyini vurğulayırlar.
Vaşinqtonda qəbul ediləcəyi gözlənilən digər qərar isə İrəvanın Az�

Azərbaycan və Ermənistan liderlərinin imzalayacağı Birgə Bəyannamədə M

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Avqustun 7-də Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əli

Son.az Trend-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti D.Trampın şahidl

Rusiyalı komediya aktyoru və teleaparıcı Maksim Qalkin (Rusiya Ədliyyə Naz

ABŞ-nin İllinoys ştatının İst-Olton şəhəri yaxınlığında helikopteri

Rusiyada Moskva-Penza reysini yerinə yetirən sərnişin təyyarəsi təcili en

ABŞ prezidenti dəfələrlə Azərbaycan və Ermənistan arasında yaxın zaman

Amerikanın OpenAI şirkətinin məşhur ChatGPT çatbotu üçün hazırladığ�

Keniyanın paytaxtında yüngül mühərrikli təyyarə yaşayış binalarına �

Bir neçə gün bundan öncə Tovuz rayonunun kəndlərindən birində 11 yaşl�

Alimlər böyük bir kəşf ediblər. Onlar eyni anda iki mühüm problemi həll

"Volkswagen" (VW) 2026-cı ildə özünün prestijli "Touareg&quo

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və
