İlham Əliyev və Mehriban Əliyeva Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladılar


Siyasət 04 Avq 2025 14:14:00 57 0

İlham Əliyev və Mehriban Əliyeva Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladılar

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, nekroloqun mətnində deyilir:

"Azərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, tanınmış dramaturq, tənqidçi və ədəbiyyatşünas, ictimai-siyasi xadim, filologiya elmləri doktoru, professor Elçin İlyas oğlu Əfəndiyev 2025-ci il avqustun 3-də ömrünün 83-cü ilində vəfat etmişdir.

Elçin Əfəndiyev 1943-cü il mayın 13-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1960-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil almış, 1965-1969-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasında oxumuşdur.

Əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda elmi əməkdaş kimi başlayan Elçin Əfəndiyev 1969-1975-ci illərdə orada işləmişdir. O, 1975-1987-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin katibi, 1987-1993-cü illərdə isə Xaricdə yaşayan həmvətənlərlə Mədəni Əlaqələr Cəmiyyəti - "Vətən" Cəmiyyəti rəyasət heyətinin sədri olmuşdur. Elçin Əfəndiyev 1993-2018-ci illərdə Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsində çalışmışdır.

Müasir Azərbaycan ədəbiyyatının parlaq simalarından olan yazıçı Elçin Əfəndiyev bütün fəaliyyəti ərzində 60-cı illər nəslinin ənənələrinə sadiqlik nümayiş etdirmiş və milli bədii fikrin zənginləşməsində mühüm rol oynamışdır. O, hələ ədəbi yaradıcılığa başladığı ilk vaxtlardan mənəvi axtarışlarla dolu əsərlərinin poetik gücü ilə geniş oxucu kütləsinin dərin rəğbətini qazanmışdır. Realist psixoloji təhlilin dərinliyi və bədii-estetik ifadə vasitələrinin rəngarəngliyi ilə seçilən bu əsərlər Azərbaycan nəsrinin qiymətli nümunələridir.

Ədəbiyyatımızın yeni mərhələsinin formalaşmasının fəal iştirakçısı olan sənətkar uzaq və yaxın tarixi keçmişimizlə bağlı roman, povest, hekayə və pyeslərində xalqımızın mənəvi-əxlaqi dəyərlərinin təbliğini diqqət mərkəzində saxlamışdır. Elçinin ssenariləri əsasında çəkilən filmlər uğurlu ekran həyatı yaşayaraq Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxil olmuşdur.

Elçin Əfəndiyev tənqidçi-ədəbiyyatşünas kimi klassik irsə və müasir ədəbi prosesə dair aktual mövzularda dəyərli elmi-nəzəri yazıları, portret-oçerkləri ilə ədəbi mühitin inkişafına sanballı töhfələr vermişdir.

Yazıçının əsərləri bir çox xarici dillərə tərcümə olunmuş, müxtəlif teatr səhnələrində tamaşaya qoyularaq müəllifinə şöhrət qazandırmışdır. Onun mötəbər beynəlxalq konfranslarda çıxışları elmi və ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.

Elçin Əfəndiyev ölkəmizin ictimai-siyasi və mədəni həyatında daim yaxından iştirak etmişdir. Xaricdə yaşayan soydaşlarımızın tarixi Vətənlə əlaqələrinin dərinləşməsində xidmətləri onun azərbaycançılıq məfkurəsinə sədaqətinin bariz ifadəsidir. Elçin Əfəndiyev uzun illər Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində təqdirəlayiq fəaliyyət göstərmişdir.

Elçin Əfəndiyevin xidmətləri həmişə yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Respublikasının ali dövlət mükafatları - "İstiqlal" (2003), "Şərəf" (2013), "Şöhrət" (2018) ordenləri və "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" (2023) ilə təltif edilmişdir.

Görkəmli yazıçı və alim, tanınmış ictimai-siyasi xadim, səmimi və təvazökar insan Elçin İlyas oğlu Əfəndiyevin əziz xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Adil Kərimli

Polad Bülbüloğlu

İsa Həbibbəyli

Anar Rzayev

Nəriman Həsənzadə

Kamal Abdullayev

Çingiz Abdullayev

Hacı İsmayılov".

Ölkədə yoluxucu xəstəliklərlə bağlı vəziyyət necədir?  RƏSMİ like
  • 04 Avq 14:10  
Digərləri Ölkədə yoluxucu xəstəliklərlə bağlı vəziyyət necədir? RƏSMİ

Hazırda yoluxucu xəstəliklərin kütləvi yayılma halları müşahidə edilm

arrow Ətraflı
Vida mərasiminə Əli Əsədov da qatıldı like
  • 04 Avq 14:03  
Digərləri Vida mərasiminə Əli Əsədov da qatıldı

Baş nazir Əli Əsədov Xalq yazıçısı Elçin Əfəndiyevin vida mərasimind

arrow Ətraflı
“Gülüşün hələ də qulağımdadır”  FOTO like
  • 04 Avq 13:48  
Şou-biznes “Gülüşün hələ də qulağımdadır” FOTO

Teleaparıcı Afaq Gəncəli mərhum oğlu Qədirxanla bağlı paylaşım edib.

arrow Ətraflı
Robert Köçəryan və revanş illüziyası: Ermənistanda keçmişə yer qalmayıb like
  • 04 Avq 13:24  
Siyasət Robert Köçəryan və revanş illüziyası: Ermənistanda keçmişə yer qalmayıb

Siyasi səhnəyə yenidən qayıdan Ermənistanın sabiq prezidenti Robert Köç

arrow Ətraflı
Bakıda çimərlikdə tülkü görüntüləndi like
  • 04 Avq 12:55  
Digərləri Bakıda çimərlikdə tülkü görüntüləndi

Bakıda çimərliklərin birində qeydə alınan görüntü diqqət çəkib.

arrow Ətraflı
Baş prokuror onu rəis təyin etdi like
  • 04 Avq 12:54  
Digərləri Baş prokuror onu rəis təyin etdi

Ədliyyə müşaviri Rüstəm Qurban oğlu Ələsgərov Hərbi Prokurorluğun D�

arrow Ətraflı
Mədinə Bağırova təqaüdə göndərildi like
  • 04 Avq 12:48  
Digərləri Mədinə Bağırova təqaüdə göndərildi

Səbail Rayon Məhkəməsinin hakimi Mədinə Bağırova təqaüdə göndərilib

arrow Ətraflı
Sahibkarlar vahid məkanda – KOB evlərində xidmət almağa üstünlük verirlər like
  • 04 Avq 12:47  
Digərləri Sahibkarlar vahid məkanda – KOB evlərində xidmət almağa üstünlük verirlər

Cari ilin I yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə KOB evl�

arrow Ətraflı
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq like
  • 04 Avq 12:41  
Digərləri Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq

"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində

arrow Ətraflı
Sabah çox isti olacaq like
  • 04 Avq 12:33  
Digərləri Sabah çox isti olacaq

Azərbaycanda avqustun 5-də 41 dərəcəyədək isti gözlənilir.

arrow Ətraflı
Trampı kim dayandıracaq? like
  • 04 Avq 12:28  
Dünya Trampı kim dayandıracaq?

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

arrow Ətraflı
Baş nazir qərar imzaladı like
  • 04 Avq 12:27  
Digərləri Baş nazir qərar imzaladı

Azərbaycan Respublikasında avtomagistraldan ödənişli yol kimi istifadə Qay

arrow Ətraflı
İran dövlət televiziyasının canlı yayımında DAVA like
  • 04 Avq 12:14  
Dünya İran dövlət televiziyasının canlı yayımında DAVA

İranın dövlət televiziyasında Taleqan su təchizatı layihəsinə həsr olu

arrow Ətraflı