Hər gün yeyirik, ancaq ömrü 10 il qısaldır
Digərləri 02 İyl 2025 21:00:00 95 0
Gündəlik yeməklərimizdə çox vaxt fərqinə varmadan istifadə etdiyimiz duz, əslində bədənimiz üçün gizli və ciddi bir təhlükə ola bilər.
Bu xəbəri də oxu: Günel Hacıya "Bakı Metropoliteni"ndə vəzifə verildi
Son.az xəbər verir ki, duz dad qatmaq üçün çox istifadə edilir, amma onun çox miqdarda qəbulu böyrəklərə ağır yük düşür.
Böyrəklərimiz artıq duzu süzərək bədəndən xaric etməyə çalışır, amma davamlı yüksək duz qəbulunda böyrəklər yorulur və nəticədə böyrək çatışmazlığı riski artır. Bu vəziyyət xəstələr üçün dializ müalicəsinə ehtiyac yarada bilər.
Eyni zamanda, çox duz yemək qan təzyiqinin yüksəlməsinə səbəb olur. Duz bədəndə suyun tutulmasına gətirib çıxarır, bu da qan dövranında təzyiqi artırır. Yüksək qan təzyiqi isə ürək, beyin və digər orqanlarda ciddi problemlərə yol aça bilər. Ürək xəstəlikləri, insult və ürək çatışmazlığı kimi xəstəliklərin riskini artırır.
Duzun zərəri yalnız böyrək və ürəkdə bitmir. O, sümüklərimizə də mənfi təsir edir. Çox duz qəbul etdikdə, bədənimiz kalsiumu daha çox itirir ki, bu da sümüklərin zəifləməsinə, xüsusilə qadınlarda osteoporoz xəstəliyinin inkişafına səbəb ola bilər. Beləliklə, sümüklər daha asan sınır və sağlamlıq riskləri artır.
Mədə-bağırsaq sistemi də duzdan təsirlənir. Yüksək miqdarda duz mədə divarını zədələyərək, mədə iltihabı və mədə xərçəngi riskini artırır. Xüsusilə Helicobacter pylori bakteriyası ilə birlikdə yüksək duz istehlakı mədə xərçənginin yaranmasını sürətləndirə bilər.
Duzun çoxluğu bədənimizdə su tutulmasına, ödem yaranmasına səbəb olur. Bu, əllərdə, ayaqlarda və üz nahiyəsində şişkinlik kimi özünü göstərir. Uzun müddətdə bu vəziyyət ürək və böyrəklərə əlavə yük gətirir, sağlamlığa mənfi təsir edir.
"Rus bölmələri artıq nə strateji, nə pedaqoji, nə də texnoloji bax�

Türkiyəli iş adamı Acun Ilıcalı TV8 və "Exxen" platformasında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respubl

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibinin və Rusiyan

Bakı şəhərində torpaq sahələrinin qiymətində artım tendensiyası davam

Xalq artisti Nazpəri Dostəliyeva açıqlaması ilə diqqət çəkib.

Rüşvət almaqda təqsirləndirilən Kənd Təsərrüfatı Nazirliyinin sabiq v

Uqanda ordusunun yaydığı rəsmi məlumata görə, Somalinin paytaxtı Moqadi�

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın bərpasına göstərdiyi köm�

Xaçmaz rayonunun Qadaşoba kəndində 15 yaşlı yeniyetmənin anasını qətl

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, tarzən Firuz Əliyevin 75 illik

Xalq artisti Firuz Əliyev "Qonaqcanlı" verilişinə oğulları Əli

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə

Müğənni Gülbən Ərgən Türkiyədəki qiymətlərdən gileylənib.

Əksər insanlar yumurtanı qaynadıqdan sonra suyunu heç düşünmədən kanal
