Milli Məclisin Komissiyası Azərbaycana qarşı dezinformasiya kampaniyası ilə bağlı açıqlama yayıb


Siyasət 01 İyl 2025 21:55:00 95 0

Milli Məclisin Komissiyası Azərbaycana qarşı dezinformasiya kampaniyası ilə bağlı açıqlama yayıb

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyasına dair açıqlama yayıb.

Son.az açıqlamanı təqdim edir:

"Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası 2025-ci il 18 iyun tarixli açıqlamasının davamı olaraq bildirir ki, İran İslam Respublikası ilə İsrail Dövləti arasında baş verən 12 günlük qarşıdurma zamanı və ondan sonrakı dövrdə Azərbaycan Respublikası qonşu dövlətlərin ərazisində fəaliyyət göstərən məkrli qüvvələr tərəfindən qəsdən hədəf seçilərək əlaqələndirilmiş dezinformasiya kampaniyasına məruz qalmışdır.

Azərbaycan tərəfinin bütün səviyyələrdə verdiyi açıqlamalara baxmayaraq, Komissiyanın apardığı monitorinqlər zamanı qonşu və dost İran İslam Respublikasının ərazisində və ondan kənarda fəaliyyət göstərən qruplar tərəfindən "Telegram", "TikTok", "Facebook", "X" və "YouTube" kimi platformalarda "münaqişədə Azərbaycanın rolu" ilə bağlı saxta xəbərlər və məlumatlar paylaşılaraq dövlətimizin təhlükəsizliyi və milli maraqları əleyhinə genişmiqyaslı dezinformasiya kampaniyalarının davam etdiyi müəyyən edilmişdir.

Kampaniya zamanı İran cəmiyyətinin də hədəf auditoriyası olduğu təsbit edilmiş, ölkə daxilində anti-Azərbaycan sentimentin formalaşdırılması istiqamətində fəaliyyətin aparıldığı müşahidə edilmişdir.

İran İslam Respublikasının Ermənistan Respublikasındakı səfirinin səsləndirdiyi təxribat xarakterli iddialardan sonra isə İrandakı ermənipərəst dairələrin və şəxslərin, o cümlədən Ermənistana bağlı şəbəkələrin anti-Azərbaycan və qızışdırıcı ritorikasının daha da artdığı diqqətimizi cəlb etmişdir.

Eyni zamanda, İranda məskunlaşaraq Azərbaycan əleyhinə fəaliyyət göstərən Azərbaycan əsilli qruplaşma üzvlərinin sosial media platformaları vasitəsilə din pərdəsi altında manipulyativ fikirlərdən istifadə etməklə Azərbaycan vətəndaşlarını müxtəlif təxribatlar törətmələri üçün çağırışlar etdikləri aşkar edilmişdir.

Komissiyanın hesablamalarına görə, anti-Azərbaycan kampaniyası İrandan qaynaqlanan 270-dən çox profillə, əsasən, Azərbaycan, rus, fars, qismən də ingilis, türk və ərəb dillərində 600-ə yaxın hesabdan aparılır. Bundan əlavə, həmin qrupların yalnız "TikTok" platformasında 215-dən çox aktiv hesabı fəaliyyət göstərir.

Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya aidiyyəti dövlət qurumları ilə birgə dövlətimizə qarşı aparılan bu fəaliyyətləri diqqətlə izləyir və müvafiq cavab tədbirləri görür".  

Əhməd Hacıyev də saxlanıldı like
  • 01 İyl 21:45  
Digərləri Əhməd Hacıyev də saxlanıldı

"Lukoyl"​ şirkətlər qrupunun Uraldakı istehsalat birliyinin rəh

arrow Ətraflı
“Evdə uşağımı zəhərləyən düşmənim ola bilər” like
  • 01 İyl 21:40  
Şou-biznes “Evdə uşağımı zəhərləyən düşmənim ola bilər”

Müğənni Zamiq Hüseynov açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
Voronejdə azərbaycanlı iş adamı belə həbs edildi  Video like
  • 01 İyl 21:28  
Digərləri Voronejdə azərbaycanlı iş adamı belə həbs edildi Video

Voronejdə azərbaycanlı sahibkar Yusif Xəlilov həbs edilib.

arrow Ətraflı
BƏƏyə uçan təyyarə Bakıya təcili eniş etdi like
  • 01 İyl 21:25  
Digərləri BƏƏyə uçan təyyarə Bakıya təcili eniş etdi

Birləşmiş Ərəb Əmirlikləri istiqamətində hərəkət edən iki reys, İr

arrow Ətraflı
Bakıda ağır qəza  Anbaan like
  • 01 İyl 21:21  
Digərləri Bakıda ağır qəza Anbaan

Qobu yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Rusiya təhlükəsizlik qüvvələrinin Şahin Şıxlinskiyə amansız hücumu anı like
  • 01 İyl 21:11  
Digərləri Rusiya təhlükəsizlik qüvvələrinin Şahin Şıxlinskiyə amansız hücumu anı

Xəbər verildiyi kimi, Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski Yek

arrow Ətraflı
Bu ölkədə qadınlar məcburi hərbi xidmətə cəlb olunacaq like
  • 01 İyl 21:04  
Dünya Bu ölkədə qadınlar məcburi hərbi xidmətə cəlb olunacaq

Danimarka parlamentinin iyunun 11-də qəbul etdiyi qanuna əsasən, bu gündən

arrow Ətraflı
Tanınmış xanəndə ana olacaq  FOTO like
  • 01 İyl 20:43  
Şou-biznes Tanınmış xanəndə ana olacaq FOTO

Tanınmış xanəndə Kamilə Nəbiyeva ana olmağa hazırlaşır.

arrow Ətraflı
Bu şəxslər avokadodan uzaq dursun! like
  • 01 İyl 20:30  
Digərləri Bu şəxslər avokadodan uzaq dursun!

Super qidalar arasında yer alan və sağlamlığa olan saysız faydaları ilə

arrow Ətraflı
Cümşüdün toyu olacaqmış  Nişanlışından ürəkparçalayan məktub  FOTO like
  • 01 İyl 20:17  
Digərləri Cümşüdün toyu olacaqmış Nişanlışından ürəkparçalayan məktub FOTO

Bir neçə gün əvvəl Bakıda faciəvi şəkildə həlak olan Cümşüd Cümş

arrow Ətraflı
Aysun əsəbiləşdi: “Yazıblar ki, "qızınız kimə lazımdır?!”"  VİDEO like
  • 01 İyl 20:12  
Şou-biznes Aysun əsəbiləşdi: “Yazıblar ki, "qızınız kimə lazımdır?!”" VİDEO

Müğənni Aysun İsmayılova qızı Sevgiyə görə qəzəblənib.

arrow Ətraflı