Qohumu ilə evlənmək istəyənlərin DİQQƏTİNƏ Nazirlik açıqladı
Digərləri 30 İyn 2025 15:06:00 60 0
Ədliyyə Nazirliyi qohum nikahların qarşısının necə alınacağına aydınlıq gətirib.
Bu xəbəri də oxu: Baksol yolundakı faciəli ölümlə bağlı RƏSMİ AÇIQLAMA
Son.az xəbər verir ki, nazirlik bununla bağlı məlumat yayıb.
Məlumatda deyilir:
"Azərbaycanda gələcək nəsillərin sağlamlığının qorunması və anadangəlmə xəstəliklərin qarşısının alınması məqsədilə iyulun 1-dən etibarən aralarında nikah bağlanmasına yol verilməyən qohumların dairəsi genişləndirilir.
Ailə Məcəlləsinin 12-ci maddəsinə edilən dəyişikliyə əsasən, ümumi bioloji babası və ya nənəsi olan əmioğlu ilə əmiqızı, xalaoğlu ilə xalaqızı, bibioğlu ilə dayıqızı, bibiqızı ilə dayıoğlu, həmçinin əmi ilə onun qardaşı qızı, dayı ilə onun bacısı qızı, bibi ilə onun qardaşı oğlu və xala ilə onun bacısı oğlu arasında nikahın bağlanmasına icazə verilməyəcək.
Nikaha daxil olmaq istəyən şəxslər arasında qohumluq münasibətlərinin olub-olmaması Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən yoxlanılacaq.
Əgər bu məlumatların sistem vasitəsilə əldə edilməsi mümkün olmazsa, nikaha daxil olmaq istəyən şəxslər və onların valideynlərinin doğum haqqında şəhadətnamələrinin surəti nikah ərizəsinə əlavə edilməlidir. Həmin sənədlərin əldə edilməsi mümkün olmadıqda qohumluq əlaqələrinin olub-olmadığının müəyyənləşdirilməsi üçün əlavə sənədlər tələb oluna bilər.
Yoxlama nəticəsində yuxarıda qeyd olunan qohumluq əlaqəsi müəyyən edilərsə, qeydiyyat orqanı tərəfindən həmin şəxslərin nikahı qeydə alınmayacaq".
Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) tərəfindən vətəndaşla

"QayMaq Premium Qida" şirkətinin istehsal etdiyi kərə yağından s

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülh saziş

Rusiyanın Yekaterinburq şəhərində vəhşicəsinə döyülərək öldürül�

ABŞ-ın keçmiş prezidenti Con F. Kennedinin şəxsi həyatı ilə bağlı yen

Rəqqasə Rəna Ağamuradova açıqlaması ilə diqqət çəkib.

Türkiyənin İstanbul və digər iki vilayətində qasırğanın yaxınlaşmas�

İyunun 30-da Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesin

Uşağa ad seçmək valideynlərin ən vacib qərarlarından biridir.

Fikrət Fərrux oğlu Məmmədov "Şərəf" ordeni ilə təltif edilib

2025-ci ilin yay ayları bəzi bürclər üçün gözlənilməz sınaqlar və ç

Türkiyədə bir neçə gündür davam edən güclü meşə yanğınları bir ç

Yaxın Şərqdə son günlərdə baş verən hadisələr yalnız siyasi deyil, i

Müğənni Tacir Şahmalıoğlu qalmaqallı açıqlamalar verib. Son.az xəb�
