DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarının əl işləri beynəlxalq sərgidə nümayiş olunur
Digərləri 18 İyn 2025 22:30:00 84 0
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarının rəsm əsərləri Cənubi Koreyanın Pyonqtek şəhərində keçirilən 2025-Beynəlxalq Uşaq İncəsənət Mübadiləsi Sərgisində nümayiş etdirilir.
Bu xəbəri də oxu: Avtomobil almağa tələsməyin: Məlumat bazası yaradılır
"Pyeongtaek" Beynəlxalq Mübadilə Fondunun təşkil etdiyi sərgi bu il "Dünyamız üçün sülh" mövzusuna həsr olunub.
Sərgidə Mərkəzin benefisiarları Davud İsmayılzadə, Süleyman Hüseynzadə, Behbud İsmayılzadə, Məryəm Əliyeva, Gülər İsmayılzadə və Elmira Əlimanlının həmin mövzuda çəkdikləri rəsm əsərləri sənətsevərlər tərəfindən maraqla qarşılanır.
Sərginin açılış tədbirində Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfirliyinin nümayəndələri də iştirak edib. Pyonqtek şəhərinin meri Jung Jang Seon və digər çıxış edənlər mədəniyyətlərarası dialoqa töhfələrinə görə iştirakçı ölkələrə təşəkkürlərini bildiriblər.
Əl işlərində həssas qruplardan olan uşaq və yeniyetmələrin insanlar arasında harmoniya və qarşılıqlı anlaşma, sülh, cəmiyyətdə bərabərlik haqqında bağlı düşüncələri əks olunub.
Dünyanın 30-dan çox ölkəsindən 300-ə yaxın əl işinin təqdim edildiyi sərgi iyulun 11-dək davam edəcək.
Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Armen Abazyan və

Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları (o cümlədən III

Bakı Ekspo Mərkəzində 6-cı "Yerli şirkətlərin tanıtım sərgisi&qu

Xəbər verdiyimiz kimi, bloger cütlük Fərid və Nagehan Abdullayevalar ayrı

Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində y

Sabah Bakının Xəzər və Suraxanı rayonlarının bəzi ərazilərinin qaz t�

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxışı zamanı b

İranın bütün ərazisində internet demək olar ki, tamamilə kəsilib.

Narkotik ittihamı ilə mühakimə edilən şair-tiktoker İlhamə Elşadqızın

Prokurorluq orqanlarında çalışan şəxslərin pensiyaya çıxma yaşı 65-ə

"Avroviziya 2024" təmsilçilərimizdən olan Fahree imicində dəyiş

Honda ABŞ-da 259 min avtomobili geri çağırır – təhlükəli əyləc qüsu
