Zelenski Trampla telefon danışığının təfərrüatlarını açıqladı
Dünya 06 Ağu 2025 23:14:00 73 0
Ukrayna prezidenti Volodmir Zelenski ABŞ lideri Donald Trampla telefon danışığında Avropa liderlərinin iştirak etdiyini bildirib.
Bu haberi de oku: ABŞdə hərbi bazada atışma oldu Yaralılar var
Son.az report-a istinadən xəbər verir ki, onun sözlərinə görə, söhbət zamanı Moskvada ABŞ-ın xüsusi nümayəndəsi Stiven Uitkoffun Rusiya prezidenti Vladimir Putinlə görüşündə elan edilənləri müzakirə ediblər.
"Bizim tərəfdaşlarımızla ümumi mövqeyimiz tamamilə aydındır: müharibə başa çatmalıdır və bu, vicdanlı son olmalıdır".
Zelenski vurğulayıb ki, Ukrayna mütləq öz müstəqilliyini qoruyacaq: "Ölkəmiz uzunmüddətli və davamlı sülh istəyir. Rusiya başladığı müharibəyə son qoymalıdır. Ukraynanı dəstəkləyən hər kəsə təşəkkür edirəm".