36 zəli tutdular, 3000 cərimə ödəyəcəklər


Digərləri 01 Ağu 2025 17:57:00 100 0

36 zəli tutdular, 3000 cərimə ödəyəcəklər

Kürdəmir rayonunda 36 ədəd zəlini ovlayanlara hökm oxunub. 

Son.az qaynarinfo.az-a istinadən xəbər verir ki, həmin şəxslər Kürdəmir rayonu, Prili kəndi ərazisində Çala deyilən ərazidə və Qarasaqqal kəndində saxlanılıblar. 

Saxlanılan rayon sakinləri 1966-cı il S.B., 1981-ci ild E.D., 1984-cü il F.G. barələrində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə ayrı-ayrılıqda baxılıb. 

Məlum olub ki, saxlanılanların hər biri qadağan olunmuş ərazidən 12 ədəd zəli tutublar.  

Məhkəmənin hökmü ilə saxlananların hər biri İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 1000 manat cərimə olunublar. Ümumilikdə 36 zəliyə görə 3000 min manat cərimə kəsilib.