İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidentini təbrik edib
Siyasət 01 Ağu 2025 11:01:00 70 0
Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Karin Keller-Sutterə təbrik məktubu ünvanlayıb.
Bu haberi de oku: Ermənilərin məhkəməsində zərərçəkmişlər ifadə verdi: “Nəvəm hələ də müalicə olunur”
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Hörmətli xanım Prezident,
Ölkənizin milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan-İsveçrə münasibətlərinin dostluq məcrasında inkişafı və səmərəli əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, İsveçrə Konfederasiyasına daim rifah və firavanlıq arzulayıram".