Xəbərlərin siyahısı

38 yaşlı müəllim faciəvi şəkildə öldü

2025-03-03 21:11:00

Mingəçevirdə gənc müəllim bədbəxt hadisə nəticəsində ölüb.

Rəsmi Vaşinqtondan Zelenskiyə ŞƏRT

2025-03-03 21:07:00

"Ukrayna Prezidenti Volodimir Zelenski mövqeyini dəyişərsə, təbii ehtiyatlarla bağlı ABŞ-Ukrayna danışıqları bərpa olunacaq".

"Qızımın ərinə QURBAN OLARAM" VİDEO

2025-03-03 20:57:00

Xalq artisti Fidan Qasımova quda olan əməkdar artist Nahidə Orucova qızı Bilqeysdən və onun yoldaşı Fəriddən danışıb.

Bakıda maşından meyit tapıldı: O da SPİRTDƏN ÖLÜB

2025-03-03 20:51:00

Bakıda avtomobildən meyit tapılıb.

Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilir

2025-03-03 20:48:00

Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə məhkəmə prosesinin baxış iclası martın 3-də davam etdirilib.

Zelenski: Trampla həmin qalmaqalı...

2025-03-03 20:47:00

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp və vitse-prezidenti Ceyms Devid Vens ilə bağlı insidentin səbəblərini başa düşdüyünü, lakin baş verənləri müzakirə etmək niyyətində olmadığını bildirib.

Bu həftə 4 BÜRCƏ pul "sel" kimi gələcək

2025-03-03 20:42:00

Bu həftə bürcün bəzi əlamətləri üçün əsl maliyyə sıçrayışı olacaq! 

47 yaşlı qadın karusellə EVLƏNDİ FOTOlar

2025-03-03 20:37:00

Fransada obyektofiliyadan əziyyət çəkən 47 yaşlı Qael Engel üç dəfə müxtəlif attraksionlara ərə gedib.

2 yaşlı uşaq faciəvi şəkildə öldü

2025-03-03 20:36:00

Tovuzda azyaşlı bədbəxt hadisənin qurbanı olub. 

Bahar Lətifqızı tanımaz halda FOTOlar

2025-03-03 20:27:00

Müğənni Bahar Lətifqızı xarici görünüşü ilə diqqət çəkib. 

"Mən gözlərinə niyə ox olub batıram bilmirəm" VİDEO

2025-03-03 19:57:00

Son zamanlar adı qalmaqallarda hallanan Ülviyyə Namazova atmacası ilə diqqət çəkib.

İcra başçısı əri tərəfindən döyülən qadını ziyarət etdi FOTO

2025-03-03 19:53:00

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bir neçə gün əvvəl xəsarət almış A.H. adlı şəhər sakinini xəstəxanada ziyarət edib.

Hamamda meyiti tapılan gəncin FOTOsu

2025-03-03 19:28:00

Xəbər verdiyimiz kimi, İsmayıllıda 18 yaşlı gənc hamamda ölü tapılıb.

DYPdən sürücülərə

2025-03-03 18:52:00

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib.

Ayrıldığı 2ci ərindən danışdı: "Başımdan bir tük əskik olsa..."

2025-03-03 18:47:00

"Elə sənətçilər var ki, rahat şəkildə ailə tablosunu nümayiş edə bilir. Uşaqları və əri ilə foto və videolar çəkib və paylaşır. Amma məndə bu alınmadı".

Təbiətə 3 milyonluq ziyan vurdular

2025-03-03 18:41:00

Sabirabad və Tərtər rayonları ərazisində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırmalar aparılıb.

Ana azyaşlı qızını döyüb, küncə qoydu: bədənində salamat yer yoxdur FOTO

2025-03-03 18:37:00

Sosial şəbəkələrdə azyaşlı qıza anası tərəfindən şiddət göstərilməsini əks etdirən görüntü yayılıb.

Hava Limanı ərazisində ƏMƏLİYYAT Tutulanlar var FOTO

2025-03-03 18:29:00

Hava limanı ərazisində qanunsuz taksi fəaliyyəti göstərən şəxslər aşkarlanaraq barələrində tədbirlər görülüb.

Aygündən Namiqə: "Eşqməhəbbət nədir..." VİDEO

2025-03-03 17:47:00

Xalq artisti Aygün Kazımova və duet ortağı meyxanaçı Namiq Qaraçuxurlu toy məclislərindən birində iştirak edib.

Almaniyada DƏHŞƏT:

2025-03-03 17:44:00

Almaniyanın cənub-qərbində yerləşən Manhaym şəhərində naməlum şəxs avtomobilini insanların üzərinə sürüb.

Putinlə Tramp arasında yeni telefon danışığı olub?

2025-03-03 17:37:00

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında danışıq olmayıb.

“Bu içkilərindən istifadə edənlərin uşaqları olmur”

2025-03-03 17:35:00

"Ölkəmizə qarşı aparılan səssiz müharibə kateqoriyalarından biri də enerji içkiləri ilə bağlıdır. Burada da hesabat hazırlanmalıdır".

Elzanın dabansız hündür ayaqqabıları GÜNDƏM OLDU FOTO

2025-03-03 17:25:00

Əməkdar artist Elza Seyidcahan ayaqqabısı ilə diqqət çəkib. 

Qazaxıstanın Baş naziri Heydər Əliyev Mərkəzində olub FOTO

2025-03-03 17:24:00

Azərbaycanda səfərdə olan Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov martın 3-də Heydər Əliyev Mərkəzində olub.

DİM imtahanına abituriyent görün nə keçirtmək istədi

2025-03-03 17:00:00

Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

Prezidentin yüksək vəzifəyə təyin etdiyi Şahin Babayev kimdir?

2025-03-03 16:53:00

Xəbər verdiyimiz kimi, Şahin Tofiq oğlu Babayev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru təyin edilib.

600 manatlıq hədiyyəni bəyənmədiyi deyilən məktəb direktoru ilə bağlı ARAŞDIRMA

2025-03-03 16:47:00

"Bakı şəhəri 231 nömrəli tam orta məktəb direktorunun müəllimlərə qarşı davranışı və səs yazısı ilə bağlı araşdırma aparılır".

“Qardaşım ömür boyu məni DÖYÜB”

2025-03-03 16:40:00

"Qardaşımla ömür boyu yola getməmişik. Ömür boyu o məni döyüb. Mən sözə qulaq asmırdım. Qapını bağlayırdılar mən pencərədən qaçırdım. Pencərəni bağlayırdılar qapıdan qaçırdım. Yəni mən o qədər aktiv uşaq olmuşam. Ailəm istəyirdi ki, evdə oturum, dərs oxuyum, evdə yemək bişirim. Amma mən elə olmamışam. Xəyal qurdum ki, qardaşım getsin başqa şəhərdə yaşasın. Elə də oldu. O hazırda Amsterdamda yaşayır. Bir ara bir-birimizdən küsmüşdük. Görürsən ki, o, yenə də qarışır işlərimə".

“Əngəlsiz musiqi” adlı konsert keçirilib FOTO

2025-03-03 16:39:00

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalının səhnəsində autizm sindromu fərqindəliyinə həsr olunmuş "Əngəlsiz musiqi" adlı konsert keçirilib.

Zelenski Ukraynada atəşkəs üçün şərtləri AÇIQLADI

2025-03-03 16:27:00

Ukrayna xalqının əmin olacağı etibarlı təhlükəsizlik zəmanətləri alınmadan (Ukraynada) atəşkəs mümkün deyil.

Nihat Hatipoğluna qeyriadi sual verildi İlahiyyatçı duruxub qaldı

2025-03-03 16:16:00

Hər il Ramazan ayında ATV ekranlarında iftar və səhər proqramları aparan Prof. Dr. Nihat Hatipoğlu izləyicilərdən gələn sualları cavablandırmağa davam edir.

Prezident Şahin Babayevə vəzifə verdi

2025-03-03 16:10:00

Şahin Tofiq oğlu Babayev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru təyin edilib.

Baş Prokurorluğa yeni səlahiyyət verildi

2025-03-03 16:07:00

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu təsdiqlənib.

Martın 3nün ən xoşbəxt BÜRCÜ: gün bitməmiş PUL GƏLƏCƏK

2025-03-03 16:02:00

Ulduzlar qətiyyətlə hərəkət etməyə hazır olanlar üçün yeni imkanlar açır!

Bakıda aktyor əməliyyatdan sonra İFLİC OLDU

2025-03-03 15:58:00

Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyev iflic olub.

"Kürəkənim elçiliyə tək gəlmişdi"

2025-03-03 15:55:00

Əməkdar artist Fərqanə Qasımova kürəkəni Fəriddən danışıb.

Bir ailənin 4 üzvü zəhərləndi 90 yaşlı kişi ÖLDÜ

2025-03-03 15:51:00

Ordubadda dəm qazından zəhərlənmə olub.

8 Martla bağlı məktəblərə tapşırıq verildi

2025-03-03 15:48:00

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə valideyn və şagirdlərin müəllimləri təbrik etməsi prosesinin idarə edilməsi ilə bağlı yerli təhsil idarəetmə bölmələrinə və tabeli müəssiələrə təlimat göndərib, müvafiq tapşırıqlar verib. 

Gələn ildən bu lampalara

2025-03-03 15:47:00

Azərbaycanda gələn ildən közərmə lampalarına qadağa qoyulmasının səbəbi açıqlanıb.

Birbank Biznesdən Beynəlxalq Qadınlar Gününə özəl “Hər İşdə Birinci Qadınlar” yarmarkası

2025-03-03 15:41:00

Birbank Biznes 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində qadın sahibkarları dəstəkləmək məqsədilə xüsusi təşəbbüs həyata keçirir. 6-7 mart 2025-ci il tarixlərində, saat 11:00-19:00 aralığında Passage-1901 ünvanında baş tutacaq "Hər İşdə Birinci Qadınlar" yarmarkası qadın sahibkarların öz məhsul və xidmətlərini geniş auditoriyaya təqdim etməsi, satış imkanlarını artırması, eləcə də yeni müştəri və tərəfdaşlarla əlaqə qurması üçün unikal platforma rolunu oynayacaq.

Tanınmış alimin oğlu vəfat etdi FOTO

2025-03-03 15:38:00

Tanınmış neftçi-alim Aydın Kələntərlinin oğlu Azər Kələntərli vəfat edib.

Əhaliyə martın 4ü və 5i bağlı XƏBƏRDARLIQ

2025-03-03 15:30:00

Martın 4-ü və 5-i geomaqnit qasırğası gözlənilir.

Bakıda məktəbli qəbiristanlıqda niyə öldürülüb?

2025-03-03 15:26:00

Bakının Sabunçu rayonunda həmyaşıdını qətlə yetirməkdə ittiham olunan 2008-ci il təvəllüdlü Yasin Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

6 nəfərin tortdan zəhərlənməsi ehtimalı ilə bağlı araşdırma aparılır

2025-03-03 15:25:00

Altı nəfərin tortdan zəhərlənməsi ehtimalı ilə bağlı araşdırma aparılır.

34 yaşlı kişinin evdən meyiti tapıldı

2025-03-03 15:23:00

Ağdam evdən kişi meyiti tapılıb.

Vens tətilə getdi, “Milli rüsvayçılıq”la qarşılandı

2025-03-03 15:19:00

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens ukraynayönlü fəalların etirazına görə Vermontdakı xizək kurortunda tətilini dayandırmaq məcburiyyətində qalıb.

Sevil Mikayılova: Prezident İlham Əliyevin Qərbi Azərbaycana qayıdış strategiyasına hər kəsin töhfə verməsi çox vacibdir

2025-03-03 15:16:00

Prezident İlham Əliyevin irəliyə sürdüyü Qərbi Azərbaycana qayıdış strategiyası ətrafında hər birimizin dərindən düşünməyimiz və bundan sonra da töhfə verməyimiz çox vacibdir. Son.az Trend-ə istinadən bildirir ki, bunu Beynəlxalq Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandan vitse-prezidenti, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Sevil Mikayılova komitənin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsi"nin müzakirəsində çıxışı zamanı deyib. Deputat bildirib ki, Ombudsmanın məruzəsi kifayət qədər hərtərəfli və mükəmməl hazırlanıb, vətəndaşların həyat fəaliyyətinin bütün sahələrini əhatə edir. Qərbi Azərbaycandan qovulmuş və qaçqın vəziyyətinə salınmış azərbaycanlıların hüquqlarının bərpa olunması ilə bağlı hissəyə toxunararq millət vəkili məsələ ilə bağlı məhkəmə-hüquq müstəvisində iş görülməsinin vacibiyini bildirib. "Ombudsmanın məruzəsində qeyd olunur ki, Ermənistan əhalinin zorla köçürülməsinin insanlıq əleyhinə cinayət kimi təsbit olunduğu Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutuna qoşulmasına baxmayaraq, o, öz üzərinə düşən məsuliyyəti yerinə yetirmir. Azərbaycan adıçəkilən sənədə qoşulmayıb, amma zərərçəkən tərəfdir. "Bu məsələ ətrafında xüsusi olaraq düşünməyimiz zəruridir, adekvat və yaxud paralel hansısa addımların atılması çox vacibdir ki, beynəlxalq məhkəmə instansiyalarında Qərbi Azərbaycandan qovulmuş şəxslərin hüquqlarını hərtərəfi şəkildə qoruya bilək". Millət vəkili çıxışında hesabatda əksini tapan təhsil hüquqları ilə bağlı hissəyə də diqqət çəkib. "Orta məktəbdə natamam orta təhsil 9 il nəzərdə tutulub və əgər 9-cu sinifi bitirən şəxslər təhsildə yüksək nəticələr göstərmirlərsə, onlar 11 illik təhsilə qədəm qoymurlar və təhsillərini dayandırmalı olurlar. Biz əgər nəzərə alsaq ki, Azərbaycanda əmək qanunvericiliyinə əsasən, əmək münasibətləri 18 yaşından sonra tənzimlənir (istisna hallarda valideynlərin icazəsi ilə 15 yaş), o zaman bu müddət ərzində bir boşluq yaranır. Yəni, ya bu şəxslər peşə təhsilinə cəlb olunmalıdırlar, necə ki, əvvəllər belə bir praktika var idi, ya da ki, onların əmək fəaliyyətinə cəlb olunması üçün qanunvericiliyimizdə müəyyən dəyişikliyin olması çox vacibdir". Milli Məclisin deputatı məruzədə yer alan gender bərabərliyinin təminatları ilə bağlı hissəyə də öz təkliflərini səsləndirib. "Xüsusi olaraq məruzədə qeyd olunur ki, Bakı Dövlət Universitetində "Genderə giriş" fənni tədris edilib və o davam edəcək. Əgər bu fənnin mütləq şəkildə bizim təhsil sistemimizə daxil olması ilə bağlı qərar vermişiksə, o zaman nəzərə almalıyıq ki, hamı ali təhsil hüququ qazanmır. Ona görə orta məktəb proqramında biz bu fənnin və yaxud bu mövzunun hər hansı bir fənn daxilində keçilməsinə, onun bu təhsil pilləsində nəzərə alınmasına nail olmalıyıq", - deyə deputat əlavə edib.

Bakıda avtomobil qaçıran şəxs saxlanıldı

2025-03-03 15:14:00

Yasamal rayonu ərazisində bir qadına məxsus "Hyundai" markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Nazir ona vəzifə verdi FOTO

2025-03-03 15:13:00

Nicat Yaqubov Naxçıvan Dövlət Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru təyin edilib.

Zelenski atəşkəslə razılaşmadı

2025-03-03 14:58:00

Volodimir Zelenski Ukraynada atəşkəslə razılaşmayıb.