BƏƏ dünyanın ilk fasiləsiz bərpaolunan enerji istehsalı obyektini təqdim etdi
Digərləri 14 Yan 2025 12:20:00 120 0
Əbu-Dabidə Dayanıqlılıq Həftəsinin (ADSW) açılış mərasimində BƏƏ energetika naziri Süheyl Məhəmməd əl Mazrui bərpa oluna bilən enerji mənbələri sahəsində maraqlı innovasiya təqdim edib.
Bu xəbəri də oxu: Ən qısqanc və həsəd aparan
Trend xəbər verir ki, nazir iri miqyaslarda fasiləsiz və ekoloji təmiz su təchizatını təmin etməyə qadir olan bərpa olunan enerji mənbələrinin istehsalı üzrə dünyanın ilk obyektinin istifadəyə verildiyini elan edib.
Bu, bərpa oluna bilən enerji mənbələrinin qlobal energetika sistemindəki rolunu yeni tərzdə müəyyənləşdirən vacib bir dönüş nöqtəsidir.
"Mən insanları fasiləsiz olaraq bərpa oluna bilən enerji ilə təchiz edən bərpa oluna bilən enerji istehsalı üzrə dünyanın ilk müəssisəsinin işə salındığını sevinc hissi ilə elan edir", - deyə Əl Məzrui bildirib.
O, bu inqilabi layihənin yaradılmasında Əmirliyin su və elektrik təchizatı şirkəti və "Masdar"la tərəfdaşlığına xüsusi diqqət çəkib.
"Masdar 1 qiqavatt fasiləsiz ekoloji təmiz enerjinin əldə olunması üçün 5 qiqavatt günəş enerjisi ilə 19 qiqavatt-saatı birləşdirir. Bu tarixdə ilk dəfə olaraq bərpa oluna bilən enerjini əsasa çevirir", - deyə o əlavə edib.
Nazirlik təmiz energetikaya keçiddə bu nailliyyəti həlledici bir addım kimi təqdim edib.
"Bu, nəhəng sıçrayışa səbəb ola biləcək ilk addımdır və bizim rəhbərliyin və tərəfdaşlarımızın qətiyyətli dəstəyi, inadı və iradəsi olmasaydı, bu sadəcə baş verməyəcəkdi", - deyə Əl Mazrui bildirib.
Bərba oluna bilən enerjiyə keçidin daha geniş nəticələri ilə bağlı fikirlərini bölüşən əl Mazrui bildirib ki, bəşəriyyət "transformasiyalar dövrünə" şahidlik edir. Nazir bunu "keçid dövrü" kimi dəyərləndirib.
"Biz dönüş nöqtəsini yaşamaqdayıq. Biz iki dünyanın sərhədində dayanmışıq: bizim bilib-tanıdığımız dünya və ola biləcək bir dünyanın sərhədində", - deyə o bildirib.
O, gələcəyi müəyyənləşdirən bir-birilə əlaqəli 3 faktordan söz açıb: dünya rifahının yarıdan çoxunu təmin edən inkişaf etməkdə olan bazarların artımı, yeni sənaye sahələri yaradan enerji sisteminin əsaslı transformasiyası və innovasiyaları sürətləndirən süni intellektin eksponensial inkişafı.
"Bu meyillər yalnız irəliləyişi təşviq etməklə kifayətlənməyib, əslində, onun sürətlənməsinə səbəb ola bilər", - deyə o izah edib.
BƏƏ-nin dayanıqlı inkişaf məqsədlərinə bağlılığı, təmiz enerji sektorunda innovasiyalar sahəsindəki liderliyi tədbirdə gündəm olub və onun iqlim problemlərinin həllində və enerji mənzərəsinin yenidən nəzərdən keçirilməsində qlobal öndər rolunu daha da möhkəmləndirib.
AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması nəticəsi

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə

Los-Anceles çəhrayı rəngə boyanıb. Son.az xarici mediaya istinadla x�

Milli Məclisin yaz sessiyasında ilk komitə iclasının vaxtı məlum olub.

Ötən il prokurorluq orqanlarına qəbul olunan qadınların sayı artıb.

Bakıda Çindən avtomobil sifariş edən vətəndaşlar problemlə üzləşib.�

Keçmiş amerikalı məmur Ketrin Ostin Fitts məşhur reper P.Diddy-nin (əsl a

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin Milli Təhlükəsizlik Xidm

Ucarda yük və minik avtomobillərinin iştirakı ilə zəncirvari yol qəzası

Naxçıvan Muxtar Respublikasında (MR) yanvar ayının pensiyaları ödənilib.

Bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və digər m

Xəbər verildiyi kimi, Azərbaycan Respublikası səhiyyə nazirinin müvafiq �

Bugündən etibarən Meta sosial şəbəkələrlə bağlı dəyişiklik edir.

Birbank Biznes hər zaman bizneslər üçün rahat və əlçatan funksiyalar, o
