Təslim olan 9 ukraynalı əsgər güllələnib?
Dünya 13 Okt 2024 19:55:00 149 0
"Rusiya Silahlı Qüvvələrinin hərbçiləri oktyabrın 10-da Kursk vilayətinin Suca rayonunun Zeylyonı Şlyax kəndi ərazisində təslim olan doqquz ukraynalı əsgəri güllələyib".
Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinə yaxın OSINT-layihə olan "DeepState" teleqram kanalı mənbəyə istinadən bildirib.
Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələrinin dron operatorları arxa cəbhədə olduqlarına inanaraq mövqe tutsalar da, rus qırıcıları ilə döyüşə getməyə məcbur olublar. Ukraynalıların döyüş sursatı tükəndikdə təslim olublar və sonra güllələniblər. Bunun ardınca Ukrayna əsgərlərinin cəsədlərini əks etdirdiyi iddia edilən aeroşəkillər dərc edilib.
Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili Dmitri Lubinets Ukrayna Silahlı Qüvvələri tərəfindən hərbi əsirlərin mümkün edamını "Hərbi əsirlərlə rəftar haqqında Cenevrə Konvensiyası"nın kobud şəkildə pozulması adlandırıb. Bildirib ki, hadisə ilə bağlı BMT və Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məktublar göndərilib.
"Bu hərəkətlər cəzasız qalmamalıdır və düşmən bütün məsuliyyəti öz üzərinə götürməlidir", - Ukrayna ombudsmanı teleqram kanalında yazıb.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Astrologiyada bəzi bürclər xüsusilə sevgi və münasibətlərdə çox şans
Serbiya BRİKS-ə qoşulmağı Avropa Birliyini (AB) üzvlüyünə alternativ he
Moskva və Pxenyanın belə bir qərarı bu müharibəni dünya müharibəsinə
Rusiyanın böyük şəhərlərində səfərbərlik Putin rejimi üçün problem
Uzun illərdir Türkiyədə yaşayan Xalq artisti Röya Ayxanın qardaşı İsma
İnsanların ölüm yatağında və ya dəfn mərasimində eşitmək istədiklə
Neyrotexnologiya sahəsində fəaliyyət göstərən REMspace startapı, elmi
Rusiya Silahlı Qüvvələrinin hərbçiləri oktyabrın 10-da Kursk vilayətini
Bakıda çəkilən görüntülər müzakirələrə yol açıb.
Hollivud ulduzu Jan Klod Van Dammın oğlu Kristoferlə ailə quran Suada Hacız
"Hazırda anklavların (Sədərəyin Kərki kəndi və Qazaxın Sofulu, Bə
Qəhvəyi mərmər bağacığı adlı böcəklər ölkəmizin bir çox yerlərin
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən təşkil edilən
İspan alimləri Xristofor Kolumbun ölümündən beş əsrdən çox vaxt keçm�