Elnarə Abdullayeva: “Cavan olmamışam, oğlan sevməmişəm” VİDEO


Şou-biznes 01 İyn 2023 00:30:00 216 0

Elnarə Abdullayeva: “Cavan olmamışam, oğlan sevməmişəm”  VİDEO

"Özüm özümə o qədər qadağalar qoymuşam ki... Heç bir kişi ağla gəlməyən o qadağanı qoya bilməz. Hərdən deyirəm ki, ölüb gedəndə mən nə cavab verəcəyəm bu qıza (özünü nəzərdə tutur - red.). Bu qızı qoymamışam yaşamağa". 

Son.az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva qonaq olduğu "13 sual" verilişində deyib. 

Sənətçi adından yayılan "Ər arvadını döyməlidir" fikirlərinin ona aid olmadığını bildirib: 

"Elnarə heç zaman deməz ki, qadını əri döysün. Elnarə dəlidir, başı xarabdır, elə söz desin? Bu sözləri mən deməmişəm. Bunu bütün qadınlar, eləcə də kişilər bilsin. Onu xəbər portalları deyib, Elnarə yox". 

Elnarə bildirib ki, muğam özü mərsiyədir: 

"İndi-indi "jeton" başa düşüb. Şəhidlər, müharibə var. Amma Elnarə 1990-cı ildən bu günə kimi o xidmətdədir (mərsiyə oxumağı nəzərdə tutur - red.). Mən o anaları, övladları, şəhidləri ağlayırdım. Şəhid haqqında oxuyan, gülə-gülə oxuyur? Bu söhbətləri bəzi müğənnilər özləri çıxartmışdırlar. Camaat onu deməz. Elnarənin yolunu vurmaq üçün deyilirdi ki, Elnarə mərsiyə oxuyur, toy aparmır. Əslində əsl mərsiyə muğamdır. Mərsiyə bilməkdən ötrü, 25 il bir insan Kərbala düzlərində gedib o dərsi almalısan. Hacıbala Hüseynova Allah rəhmət eləsin. O deyirdi ki, elə bilirsiniz ki, mərsiyə oxumaq asandır? Buna görə insanlar 25 il dərs alıb. Ay qanmayan, savadsız, gərəksiz insan, axı sən nə biləsən mərsiyə və muğam nədir. Muğam özü mərsiyədir. Muğamı bu "düşük" vəziyyətə qoyan sizsiz. Ona görə də artıq muğama qulaq asan yoxdur. Nə qədər boğazı əsdirib muğam oxumaq olar? Elə muğam oxuyurlar? Özləri muğam oxuya bilmirlər. Müəllimim Ağaxan Abdullayevdir. Allah ona rəhmət eləsin. Böyük və dahi sənətkar idi.

Ağaxan Abdullayev, Arif Babayev, Canəli Əkbərov, Yaqub Məmmədov yetişdirən, keçmiş bir nəsil vardı oradan bir hava gəlirdi, bir-birinə bu sənəti ötürənlər vardı. Həmin o sənəti ötürənlərdən gecə-gündüz dərs aldım. Belə çıxır ki, bunlar muğam oxumayıb? Sizə gətirib o muğamı kim çatdırdı? Onlar. İndi siz onları bəyənmirsiniz? Firudin Şuşinski haqqımda dedi ki, bu insan keçmiş muğam oxuyanlar kimi ifa edir. Mənə sataşan insanlar evlərində, ailələrində, övladlarında, nəslində, sənətində xeyr tapmır. Bunu etmək olmaz. Biz bu gün varıq, bir saniyədən sonra yoxuq. Mən muğamı sevirəm. Hamını çox istəyirəm. Arxamca danışanları da sevirəm". 

Xanəndə həmçinin əlavə edib ki, hisslərlə qurulan ailərin 90 faizi dağılır: 

"Ərə gedəndə böyük qız, məsləhətə gedəndə isə kiçik qız olursunuz. Şiddət başqa, tərbiyə başqa şeydir. Hamı Elnarə Abdullayeva deyil.  Mən səhv edən insan deyiləm. Anadan gəlmə beləyəm. Cavan olmamışam, oğlan sevməmişəm, heç kimlə danışmamışam. Xasiyyətim budur. Məntiq, ağıl, inam, vicdanla ailə qurarlar. Hisslərlə ailə qurmazlar. Hisslərlə ailə quranların 90 faizi boşanır. Heç kim övladlara kənardan ailə qurmaqla bağlı məsləhətlər verməsin (telekanallarda yayımlanan ictimai-sosial verilişlərin aparıcılarını nəzərdə tutur - red.). Xeyr, sənin onlarla işin olmasın. Mən özüm bilirəm ailədə necə tərbiyə vermək lazımdır. Nöqtə!". 

Televiziyaya baxmadığını söyləyən Elnarə Abdullayeva plastik əməliyyat keçirən həmkarlarını ağ yuyub, qara sərib: 

"Şəxsən mən televiziyaya baxa bilmirəm. Gücüm yoxdur və çatmır televiziyaya baxmağa. Bir növ bədənşəkilləndirmə, üz dəyişmə, piy çıxartma azarlığına tutulublar. Yeyirlər, kökəlirlər, sonra da gedib qarınlarının piylərini çıxarırlar. Piyləri bir yerdən çıxarıb, başqa yerə qoyurlar. Bir-birinə əməliyyatlarını nümayiş etdirirlər. Belə edərək yetimin balasını başdan çıxarır. Heç kimə də onlar lazım deyillər. 70 ildir sən belə oxumusan, indi güya əməliyyat edib qarnını kiçildəndən sonra nə olacaq? Qatarın gedib sənin. Yaş da gedib, baş da gedib. Səsi olmayanları səsi olanların başına çıxartmayın. Oxuyanlar yazıqdır". 

BakıŞamaxıYevlax avtomobil yolunda hərəkət bərpa edilib like
  • 01 İyn 00:16  
Digərləri BakıŞamaxıYevlax avtomobil yolunda hərəkət bərpa edilib

Bu gün Göyçaya yağan güclü yağışdan sonra baş verən fəsadlar aradan

arrow Ətraflı
Günün qoroskopu: Maraqlı tanışlıqlar istisna deyil like
  • 01 İyn 00:01  
Digərləri Günün qoroskopu: Maraqlı tanışlıqlar istisna deyil

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
İtaliyanın qədim şəhərində illər əvvəl yanmış insanların qalıqları aşkarlandı  FOTO like
  • 31 May 23:52  
Dünya İtaliyanın qədim şəhərində illər əvvəl yanmış insanların qalıqları aşkarlandı FOTO

İtaliyanın qədim Pompey şəhərində aparılan qazıntılar zamanı 3 nəfə

arrow Ətraflı
Kişi uşağını, arvadını və qayınanasını öldürmək üçün evini partlatdı like
  • 31 May 23:30  
Digərləri Kişi uşağını, arvadını və qayınanasını öldürmək üçün evini partlatdı

Rusiyada kişi uşağı, arvadı və qayınanasını öldürmək üçün evini p

arrow Ətraflı
Türkiyədə YENİ SİNDROM  Zəlzələdən sonra bir çox insanda... like
  • 31 May 23:18  
Digərləri Türkiyədə YENİ SİNDROM Zəlzələdən sonra bir çox insanda...

Türkiyənin Kahramanmaraş vilayətində bütün ölkəni dərindən sarsıdan

arrow Ətraflı
İyun ayında bu bürclər “qara siyahı”da olacaq like
  • 31 May 23:07  
Digərləri İyun ayında bu bürclər “qara siyahı”da olacaq

Astroloq Vlad Ross iyun ayında "qara siyahı"da olacaq 3 bürcü aç�

arrow Ətraflı
Melike Şahin ərə getdi  FOTO like
  • 31 May 22:56  
Şou-biznes Melike Şahin ərə getdi FOTO

Türkiyəli müğənni Melike Şahin ailə qurub.

arrow Ətraflı
Süni intellekt “Titanik”dəki sirli adamı axtaracaq  FOTO like
  • 31 May 22:45  
Digərləri Süni intellekt “Titanik”dəki sirli adamı axtaracaq FOTO

Dərin dəniz xəritələri hazırlayan "Magellan" şirkətinin tədqi

arrow Ətraflı
Bu əraziləri su basdı  VİDEO like
  • 31 May 22:39  
Digərləri Bu əraziləri su basdı VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə intens

arrow Ətraflı
Lahıc qəsəbəsinin İsmayıllı rayonu ilə əlaqəsi kəsildi like
  • 31 May 22:26  
Digərləri Lahıc qəsəbəsinin İsmayıllı rayonu ilə əlaqəsi kəsildi

Bu gün axşam saatlarında başlayan külək və yağış İsmayıllı rayonund

arrow Ətraflı
Dəmirdaş üzr istədi və siyasətdən getdi like
  • 31 May 22:23  
Digərləri Dəmirdaş üzr istədi və siyasətdən getdi

Xalqların Demokratik Partiyasının həbsdə olan həmsədri Səlahəddin Dəmi

arrow Ətraflı
AEBA: İranın uran ehtiyatları limitdən 23 dəfə artıqdır like
  • 31 May 22:14  
Dünya AEBA: İranın uran ehtiyatları limitdən 23 dəfə artıqdır

Atom Enerji Agentliyi üzrə Beynəlxalq Agentlik İranın uran ehtiyatlarının

arrow Ətraflı
Göyçay qaranlığa qərq oldu like
  • 31 May 22:08  
Digərləri Göyçay qaranlığa qərq oldu

Mayın 31-də günün ikinci yarısında Göyçay rayonunda başlayan güclü k�

arrow Ətraflı