Özbaşına fərdi ev tikənlər


Digərləri 30 May 2023 22:42:00 147 0

Özbaşına fərdi ev tikənlər

Özbaşına tikinti işlərinin aparılmasına görə cərimələr artırılır.

Son.az-ın APA-ya istinadən xəbərinə görə, bu, bu gün Milli Məclisin iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Hazırda qüvvədə olan qanuna görə, müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmimin manatdan iyirmi beş min manatadək məbləğdə cərimə ediləcək.

İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 395.1-2-ci maddəyə əsasən, barəsində məlumatlandırma icraatı tətbiq edilən, lakin tikinti işlərinin başlanmasına Şəhərsalma və Tikinti Məcəlləsinin məlumatlandırma icraatı olmadan tikinti obyektlərinin tikintisinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar 300 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər 15 min manatdan 25 min manatadək məbləğdə cərimə ediləcək. Nəzərdə tutulmuş inzibati xətaya görə inzibati məsuliyyət bu maddə qüvvəyə mindikdən sonra tikintisinə başlanmış tikinti obyektlərinə münasibətdə yaranacaq.

Qeyd edək ki, məlumatlandırma icraatı tələb olunan tikinti obyektləri sırasına Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü "0" səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evləri də daxildir.

İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, dövlət şəhərsalma nəzarəti çərçivəsində şəhərsalma fəaliyyəti ilə bağlı yol verilmiş pozuntuların aradan qaldırılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş yazılı göstərişin icra edilməməsinə görə də cərimə müəyyənləşir.

Layihəyə əsasən, dövlət şəhərsalma nəzarəti çərçivəsində şəhərsalma fəaliyyəti ilə bağlı yol verilmiş pozuntuların aradan qaldırılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş yazılı göstərişin icra edilməməsinə görə fiziki şəxslər 300 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək, hüquqi şəxslər 15 manatdan 25 min manatadək cərimə ediləcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

“Nəhayət oğluna qovuşdu” like
  • 30 May 22:33  
Şou-biznes “Nəhayət oğluna qovuşdu”

Əməkdar artist Aybəniz Haşımova bu gün vəfat edən kinorejissor, aktyor E

arrow Ətraflı
Bu şəxsləri işə götürənlərin NƏZƏRİNƏ: Qanunla qadağan olanlar nədir?  AÇIQLAMA like
  • 30 May 22:25  
Digərləri Bu şəxsləri işə götürənlərin NƏZƏRİNƏ: Qanunla qadağan olanlar nədir? AÇIQLAMA

"Əmək qanunvericiliyinə əsasən, 15-18 yaş aralığında işçilər ü

arrow Ətraflı
Azərbaycan 1970ci il Konvensiyasının Yardımçı Komitəsinə üzv seçilib  FOTO like
  • 30 May 22:17  
Siyasət Azərbaycan 1970ci il Konvensiyasının Yardımçı Komitəsinə üzv seçilib FOTO

30 may tarixində UNESCO-nun mənzil-qərargahında "Mədəni dəyərlərin

arrow Ətraflı
Bu bürcün nümayəndələrinin nəzərinə  Çətin günlər gəlir... like
  • 30 May 22:01  
Digərləri Bu bürcün nümayəndələrinin nəzərinə Çətin günlər gəlir...

Narahatlıq və neqativlik uzun müddət toplana bilər, amma sonda qaçılmaz o

arrow Ətraflı
“Soruşdu ki, sponsorun var?”  Gülay like
  • 30 May 21:52  
Şou-biznes “Soruşdu ki, sponsorun var?” Gülay

Müğənni Gülay Zeynallı uşaqlıqda başına gələn hadisə haqda danışı

arrow Ətraflı
Azərbaycanla İsrail arasında uçuşların sayı tezliklə artırılacaq  Səfir like
  • 30 May 21:44  
Siyasət Azərbaycanla İsrail arasında uçuşların sayı tezliklə artırılacaq Səfir

Azərbaycanla İsrail arasında uçuşların sayı tezliklə artırılacaq.

arrow Ətraflı
Xocalıda ağır qəza, ölən və xəsarət alanlar var like
  • 30 May 21:36  
Digərləri Xocalıda ağır qəza, ölən və xəsarət alanlar var

Xocalıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

arrow Ətraflı
Rusların hərbi bazası vuruldu like
  • 30 May 21:25  
Dünya Rusların hərbi bazası vuruldu

Ukraynanın Zaporojye vilayətinin Rusiya ordusunun işğalında olan Melitopol

arrow Ətraflı
Niyə qaraçıların öz ölkəsi yoxdur?  FOTO like
  • 30 May 21:11  
Digərləri Niyə qaraçıların öz ölkəsi yoxdur? FOTO

Qaraçıların taleyi əslində həsəd aparılası deyil. İkinci Dünya Mühar

arrow Ətraflı
Hotel xidməti ucuzlaşa bilər  VİDEO like
  • 30 May 20:53  
Digərləri Hotel xidməti ucuzlaşa bilər VİDEO

Dövlət Turizm Agentliyi tərəfindən "Mehmanxanaların ulduz kateqoriyal

arrow Ətraflı
Elnarə Abdullayeva: "Həmin insanlar məni görməzdən gəldilər" like
  • 30 May 20:31  
Şou-biznes Elnarə Abdullayeva: "Həmin insanlar məni görməzdən gəldilər"

Əməkdar artist Elnarə Abdullayeva "Günün sədası" verilişində

arrow Ətraflı
Ukraynaya verilən “Leopard”ların sayı açıqlandı like
  • 30 May 20:20  
Dünya Ukraynaya verilən “Leopard”ların sayı açıqlandı

Ukrayna Silahlı Qüvvələri Qərbdən Almaniya istehsalı olan 60-a yaxın &qu

arrow Ətraflı