Bu şəxsləri işə götürənlərin NƏZƏRİNƏ: Qanunla qadağan olanlar nədir? AÇIQLAMA


Digərləri 30 May 2023 22:25:00 166 0

Bu şəxsləri işə götürənlərin NƏZƏRİNƏ: Qanunla qadağan olanlar nədir?  AÇIQLAMA

"Əmək qanunvericiliyinə əsasən, 15-18 yaş aralığında işçilər üçün nəzərdə tutulan bir sıra təminatlar var və bu, ayrı-seçkilik deyil".

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu fikirləri Dövlət Əmək Müfəttişliyi Xidmətinin Hüquq şöbəsinin məsləhətçisi Günel Baxşıyeva xidmətin "Facebook" sosial şəbəkəsi üzərindən yayımlanan "Sosial saat"ın efirində deyib.

O bildirib ki, Əmək Məcəlləsinin 16-cı maddəsi (Maddə 16. Əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi) bu mənada həmin məqamı istisna edir və ayrı-seçkilik hesab etmir:

"İşəgötürən 15-18 yaş aralığında işə götürdüyü şəxsə öz ixtisasını artırması üçün də müəyyən şərait yaratmalıdır. Hətta bu, onun işəgötürən üçün çalışdığı iş vaxtının tərkibinə daxil edilməlidir.

Uşaqlar üçün qısaldılmış iş vaxtı tətbiq edilir. Amma bu hər yaş üçün eyni deyil. 16 yaşına çatmayan uşaqlara iş saatı həftə ərzində 24 saata qədər təyin edilir. 16-18 yaş arasında isə iş saatı həftə ərzində 36 saatdan çox olmamalıdır. Bəzən işəgötürənlər tam və qısaldılmış iş vaxtına aid əməkhaqlarını qarışdırırlar, haqsızlığa yol verə bilirlər. Lakin buna yol vermək olmaz. Əmək Məcəlləsinə əsasən, o uşaqlar da tam iş vaxtında çalışan digər əməkdaşlarla, eyni vəzifədə çalışanlarla bərabər əməkhaqqı almalıdırlar".

Bəs 15 yaşlı uşaq işə təcrübəçi kimi götürülürmü? İşəgötürənlərin müvafiq staj (təcrübə) tələbi bu məqamda necə tənzimlənir?

G.Baxşıyeva suala cavab olaraq qeyd edib ki, bu, Əmək Məcəlləsi ilə tənzimlənir:

"Əmək Məcəlləsində bir sıra hüquqlar var ki, bu, uşaqlara şamil edilmir. Biri elə işə götürülən zaman sınaq müddətidir. Uşaq iş üçün müraciət edirsə, ondan sınaq müddəti tələb edilə bilməz. Onunla birbaşa müqavilə bağlanılmalıdır. Üstəlik, məhz bu səbəbdən 15-18 yaş aralığında şəxslərin müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndi (Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları) ilə xitam vermək olmaz. Sınaq müddəti müəyyən edilmədiyinə görə, onun peşəkarlığı mübahisələndirilə bilməz.

Qeyd edim ki, 15-18 yaş aralığındakı uşaqların qeyri-iş günləri, gecə işlərinə cəlb edilməsi qanunla qadağandır. Eləcə də uşaqların ağır əmək fəaliyyətinə cəlb olunması, eləcə də onun əxlaqi kamilliyinə zərər verəcək gecə klublarında çalışması qadağandır. Buna görə İnzibati Xətalar Məcəlləsinin (İXM) müvafiq maddələri ilə hüquqi və fiziki şəxslər məsuliyyətə cəlb edilə bilərlər".

Azərbaycan 1970ci il Konvensiyasının Yardımçı Komitəsinə üzv seçilib  FOTO like
  • 30 May 22:17  
Siyasət Azərbaycan 1970ci il Konvensiyasının Yardımçı Komitəsinə üzv seçilib FOTO

30 may tarixində UNESCO-nun mənzil-qərargahında "Mədəni dəyərlərin

arrow Ətraflı
Bu bürcün nümayəndələrinin nəzərinə  Çətin günlər gəlir... like
  • 30 May 22:01  
Digərləri Bu bürcün nümayəndələrinin nəzərinə Çətin günlər gəlir...

Narahatlıq və neqativlik uzun müddət toplana bilər, amma sonda qaçılmaz o

arrow Ətraflı
“Soruşdu ki, sponsorun var?”  Gülay like
  • 30 May 21:52  
Şou-biznes “Soruşdu ki, sponsorun var?” Gülay

Müğənni Gülay Zeynallı uşaqlıqda başına gələn hadisə haqda danışı

arrow Ətraflı
Azərbaycanla İsrail arasında uçuşların sayı tezliklə artırılacaq  Səfir like
  • 30 May 21:44  
Siyasət Azərbaycanla İsrail arasında uçuşların sayı tezliklə artırılacaq Səfir

Azərbaycanla İsrail arasında uçuşların sayı tezliklə artırılacaq.

arrow Ətraflı
Xocalıda ağır qəza, ölən və xəsarət alanlar var like
  • 30 May 21:36  
Digərləri Xocalıda ağır qəza, ölən və xəsarət alanlar var

Xocalıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

arrow Ətraflı
Rusların hərbi bazası vuruldu like
  • 30 May 21:25  
Dünya Rusların hərbi bazası vuruldu

Ukraynanın Zaporojye vilayətinin Rusiya ordusunun işğalında olan Melitopol

arrow Ətraflı
Niyə qaraçıların öz ölkəsi yoxdur?  FOTO like
  • 30 May 21:11  
Digərləri Niyə qaraçıların öz ölkəsi yoxdur? FOTO

Qaraçıların taleyi əslində həsəd aparılası deyil. İkinci Dünya Mühar

arrow Ətraflı
Hotel xidməti ucuzlaşa bilər  VİDEO like
  • 30 May 20:53  
Digərləri Hotel xidməti ucuzlaşa bilər VİDEO

Dövlət Turizm Agentliyi tərəfindən "Mehmanxanaların ulduz kateqoriyal

arrow Ətraflı
Elnarə Abdullayeva: "Həmin insanlar məni görməzdən gəldilər" like
  • 30 May 20:31  
Şou-biznes Elnarə Abdullayeva: "Həmin insanlar məni görməzdən gəldilər"

Əməkdar artist Elnarə Abdullayeva "Günün sədası" verilişində

arrow Ətraflı
Ukraynaya verilən “Leopard”ların sayı açıqlandı like
  • 30 May 20:20  
Dünya Ukraynaya verilən “Leopard”ların sayı açıqlandı

Ukrayna Silahlı Qüvvələri Qərbdən Almaniya istehsalı olan 60-a yaxın &qu

arrow Ətraflı
Avtomobilini satmaq istəyənlərin nəzərinə: Sığorta tarixçənizi like
  • 30 May 20:00  
Digərləri Avtomobilini satmaq istəyənlərin nəzərinə: Sığorta tarixçənizi

Avtomobil satarkən maşının icbari sığorta müqaviləsinə xitam vermək t�

arrow Ətraflı
Sılanın Bakıda kiçik pərəstişkarı ilə söhbəti maraqla qarşılandı  VİDEO like
  • 30 May 19:48  
Şou-biznes Sılanın Bakıda kiçik pərəstişkarı ilə söhbəti maraqla qarşılandı VİDEO

Məşhur türkiyəli müğənni Sıla Gençoğlu Bakıda solo konsert proqramı

arrow Ətraflı