Bu, Avropa coğrafiyasında yeni hərbi təhdiddir Mübariz Əhmədoğlu


Siyasət 30 May 2023 17:16:00 141 0

Bu, Avropa coğrafiyasında yeni hərbi təhdiddir  Mübariz Əhmədoğlu

Qarabağ problemi ilə hazırda Avropa və Qərbin mühüm nüfuzlu siyasətçiləri məşğul olur. Rusiyada da ayrı-ayrı qütblərin bir neçə istiqamətdə maraqları burada toqquşur. Bu baxımdan hadisələr qısa müddət ərzində çox ciddi təhlükələrə şərait yarada bilər. Qarabağdakı əhalinin kimliyini müəyyən etmək üçün əsas hesablama nöqtəsi 1988-ci ildə orada yaşamış insanlar və sonrakı nəsillər əsas götürülür. Bu dövr ərzində ermənilər tərkibinin dəyişməsindən ötrü hədsiz çox çalışıblar. Məqsəd azərbaycanlılar və ermənilərin demoqrafik artımındakı fərqi azaltmaq olub. Azərbaycanın demoqrafik üstünlüyü tam prioritetdir. 

44 günlük müharibədən sonra isə yeni təhlükə yaranıb.  Bu da RF-dən  rusların Qarabağa gətirilməsidir. Onlar daha çox hərbiyə meylli peşələrin sahibidir. Onların Qarabağda məskunlaşması üçün lazımi infrastrukturlar yaradılıb, Rus Mədəniyyət Evi maliyyə mərkəzi rolunu oynayacaq. Qarabağın "Artsaxın rus icması" strukturu xeyli aktivləşdirilib, tərkibi genişləndirilib. Yerli qurumlar dəfələrlə "Atsaxın rus icması" ilə iclaslar keçiriblər. Qarabağın rus icması uzun müddət 30 nəfərdən ibarət olub və Qarabağda separatçılıq başlayandan sonra bu icmaya ehtiyac olmayıb. Əksinə, Qarabağ ermənilərinin üzü Qərbə tərəf olub. Hazırkı siyasi məqsədləri fərqli yanaşma tələb edir. Qarabağda rusların sayı "icma" terminini ehtiva edənə qədər artırılmalıdır. Qarabağ ermənilərinin etirafına görə onlar müharibə zamanı Ermənistan ərazisinə köçmüşdülər. Sülh bəyannaməsi imzalanan kimi RF sülhməramlıları onları zorla yenidən Qarabağa qaytardılar.

Bu vaxta qədər Qarabağda erməni və azərbaycanlı icmalardan söhbət gedirdi. Bu ATƏT MQ-nin sənədlərində də belədir. İndi Qarabağda əhalin üç icmalı formata keçirirlər. Erməni, azərbaycanlı, rus icmaları. Gələcəkdə Qarabağın taleyini birgə həll etməlidirlər və burada da əhalinin sayı vacib rol oynamayacaq. Rusiyanın məqsədi Qarabağı minimum Dnestryanı bölgə səviyyəsinə qaldırmaqdır. Bəlkə də böyük hərbi baza yaratmaqdır. Bu hərbi baza çox polifunksional ola bilər. Oradan Avropaya müəyyən yollar açıla bilər. Qarabağda ermənilərə yaxşılıq etmiş rusu Qarabağ və ya Ermənistan ermənisi Avropadakı ermənilərə zəmanət verməklə ora köçməsinə şərait yaradıla bilər. Vaqnerçilik üçün yeni resurs yaradılır. 

Yaxın vaxtlarda Qarabağla əlaqəli ciddi proseslər Qərbin bəzi strukturlarının aktivləşməsindən sonra daha çox özünü göstərdi. USAID-in başçısı Samanta Pauer birdən-birə Qarabağda Qırmızı Xaç Komitəsinə göstəriş verdi. Çünki Qırmızı Xaç Komitəsinin bir sıra iri layihələri USAID-dən asılıdır. Qırmızı Xaç Komitəsi maşınını Laçın nəzarət-buraxılış mərkəzindən keçirən zaman dayandırdı və məlumat yaydı ki, beynəlxalq Qırmızı Xaç Komitəsinin xəstə daşıyan maşınını Azərbaycan sərhədçiləri buraxmır. Təxminən saatla ölçülən müddətdə həmin maşın rahat ərazidən çıxdı və hərəkətinə davam etdi. Bundan az öncə ermənilər S.Pauerin üzərinə ciddi hay-küy qaldırdılar ki, "erməni soyqırımı"ndan yazmaqla pul qazanmısan, məşhurlaşmısan. İndi dünyanın bəzi dövlətlərində sahibsiz itlərə pul ayırırsan, Qarabağ ermənilərinə baxmırsan, biz sənin cəhənnəmdəki yerini də bilirik.

Hazırda bir sıra parlamentarilər də ermənilərin çox kəskin müdafiəsindədirlər. Beynəlxalq qurumların Qarabağa girməsini tələb edirlər. Qarabağda ermənilərin içərisində təxminən 10 minə yaxın silahlı şəxs varsa, bu zaman həmin beynəlxalq quruma açılan atəşə kimin məsuliyyət daşıyacağı hələki bəlli deyil. Təbii ki, bu qədər Avropa, Qərblə əlaqəsi olan ermənilər Avropanı Azərbaycanın günahkar olduğuna inandıracaqlar. Rusiya ilə ABŞ, Avropa arasında münasibətlər yoxdur. Hətta nüvə müqavilələrinin ləğv edilməsinə göz yumulur. Amma ermənilərin hesabına ABŞ, Aİ və Avropanın digər dövlətləri10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyannaməyə az qala Bibliya kimi yanaşırlar. 

Mübariz Əhmədoğlu Siyasi İnnovasiya və Texnologiya Mərkəzi 30 may 2023

Marketlərdə Ukrayna adı ilə İran duzu satılır? like
  • 30 May 17:12  
Digərləri Marketlərdə Ukrayna adı ilə İran duzu satılır?

"Son illər Azərbaycanın istehlak bazarında saxta məhsulların satış�

arrow Ətraflı
İsxak Hersoq Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib like
  • 30 May 17:08  
Siyasət İsxak Hersoq Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycanda rəsmi səfərdə olan İsrail Dövlətinin Prezidenti İsxak Hers

arrow Ətraflı
Xankəndidə nəyin hazırlığı görülür?  Paşinyan özündən like
  • 30 May 17:06  
Siyasət Xankəndidə nəyin hazırlığı görülür? Paşinyan özündən

Hər ötən saat Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zon

arrow Ətraflı
İsrail Prezidenti: Azərbaycanın dünyada və regionda böyük təsirə malik olduğunu görürəm like
  • 30 May 17:02  
Siyasət İsrail Prezidenti: Azərbaycanın dünyada və regionda böyük təsirə malik olduğunu görürəm

Bizim ortaq baxışımız var, mən Azərbaycanın dünyada və regionda böyük

arrow Ətraflı
Azərbaycanın və İsrailin birinci xanımları Qala ArxeolojiEtnoqrafik Muzey Kompleksində olublar like
  • 30 May 16:58  
Siyasət Azərbaycanın və İsrailin birinci xanımları Qala ArxeolojiEtnoqrafik Muzey Kompleksində olublar

Mayın 30-da Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva v�

arrow Ətraflı
Tanınmış sənətçinin 50 milyonu mənimsənilibmiş  VİDEO  FOTO like
  • 30 May 16:52  
Şou-biznes Tanınmış sənətçinin 50 milyonu mənimsənilibmiş VİDEO FOTO

Keçmiş "Hepsi" qrupunun üzvü Cemre Kemer illər sonra yeni etirafl

arrow Ətraflı
İsxak Hersoq: Azərbaycana səfər etmək mənim və millətim üçün həyata keçən arzudur like
  • 30 May 16:44  
Siyasət İsxak Hersoq: Azərbaycana səfər etmək mənim və millətim üçün həyata keçən arzudur

Azərbaycana səfər etmək mənim üçün və millətim üçün həyata keçən

arrow Ətraflı
Ceyranbatan su anbarına tökülən kanal antisanitar vəziyyətdədir  VİDEO like
  • 30 May 16:40  
Digərləri Ceyranbatan su anbarına tökülən kanal antisanitar vəziyyətdədir VİDEO

Samur-Abşeron kanalına zibillər tökülüb və təmiz su məhz bu tullantıla

arrow Ətraflı
Kənan MM nazirliyə müraciət etdi  "Böyrəyimi satıram" like
  • 30 May 16:28  
Şou-biznes Kənan MM nazirliyə müraciət etdi "Böyrəyimi satıram"

Kinorejissor, aktyor Kənan MM (Mahmudov) böyrəyini satdığını bildirib.

arrow Ətraflı
Saatlıda ailə üzvləri hamilə qadını döydü like
  • 30 May 16:10  
Digərləri Saatlıda ailə üzvləri hamilə qadını döydü

Saatlı rayonunda hamilə qadın döyülüb.

arrow Ətraflı