“Tanımadığım adamlar məni şam yeməyinə dəvət edir” Sonaxanım Əliyeva FOTO


Şou-biznes 29 May 2023 18:24:00 154 0

“Tanımadığım adamlar məni şam yeməyinə dəvət edir”  Sonaxanım Əliyeva  FOTO

""Nə gözəldir bu dünya" filmində nəhəng aktyorlarla tərəf müqabili olmuşam. Həsən Turabov, Rasim Balayev, Yaşar Nuri ilə birgə çəkilmək, inanın ki, 24 yaşlı bir gənc aktrisa üçün çox məsuliyyətli bir iş idi. Görkəmli kinorejissor Eldar Quliyevin köməkçisi dedi ki, "sizi filan rola dəvət edirik, gəlin". Onlar mənim bir neçə filmimi görmüşdülər. Bu mənim üçün böyük bir şans idi. İncəsənət universitetinə qəbul olunanda dekanımız Məmmədşah müəllim mənə demişdi ki, "sən universitetin darvazasından içəri daxil olanda, mən həmişə deyirəm ki, Şəfiqə Məmmədovanın davamçısı gəlir". O fakturanı, o səs tembrini yəqin ki, oxşatmışdılar".   Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış aktrisa Sonaxanım Əliyeva deyib. Sənətçi bildirib ki, qızını heç vaxt aktrisa olmağa qoymaz.

"Qızımı aktrisa olmağa qoymaram. Amma nə xoş mənə ki, o mənim sənətimi, yolumu seçmədi. Çünki "Pərvanələrin rəqsi" serialında mənim həyatdakı qızım, roldakı qızımı da oynamışdı. Təcrübəsi olsa da, yuxusuz gecələr, çətinliklər onu qorxutdu. Aktyor hər bir şəraitə uyğunlaşmalıdır. İstidirsə istiyə, soyuqdursa soyuğa. Qızım mənə dedi ki, "ana, bəlkə də çoxları elə bilir ki, sizin sənətiniz asan sənətdir, amma ən əziyyətli və qiymətləndirilməyən sənətdir". Mən bu fikirlə razıyam. Tamaşaçılar məni sevir, hara gedirəmsə çox gözəl qarşılayıb, yola salırlar. Amma nə seriallarda, nə də ki, filmlərdə qonorarlar yüksək deyil. İnanıram ki, bu da düzələcək" deyə sənətkar bildirib.

Aktrisa bildirib ki, tanımadığı insanlardan şam yeməyinə dəvətlər də alır.

"Hər zaman mənə istər bəylər, istərsə də xanımlar tərəfindən böyük komplimentlər deyilir. Deyilən komplimentlərə təşəkkür edirəm. Bəzən də olur ki, şam yeməyinə dəvət edirlər, deyirəm ki, "təşəkkür edirəm, mən sizi tanımıram". Deyirlər ki, "tanış olarıq da". Hər insanla əlbəttə ki, şam edə bilmərəm" deyə aktrisa bildirib.

Aktrisa bildirib ki, şəxsi həyatı ilə gündəmə gəlmək istəməsə də, bəzən bu alınmır.

"Nəinki mənim, digər sənətçilərin də şəxsi həyatı insanlar üçün daha maraqlıdır. Jurnalistləri də başa düşürəm, tamaşaçı kütləsi yığmaq istəyirlər. Bu gün hər şeyi reytinq həll edir. Mənim sənətim göz qabağındadır. Hamı bunu görür, izləyir. Şəxsi həyatı gizli saxladığım üçün, ona görə də şəxsi həyatdan suallar verirlər. Heç kimdən nəsə gizlətmirəm" deyə o bildirib.

Aktrisa oynadığı mənfi rollardan da danışıb.

"Mənfi rolları oynamaq daha çətindir. İstənilən rolu oynaya bilərəm. Aktyor plastilindir. Hətta bir dəfə erməni qızını da oynamışdım. Erməni qızını o rolla yerla-yeksan etdim. Elə bil o qadını sağa-sola vurub, yer süpürdüm. Sanki o rolda bütün nifrətimi tökdüm. Çox təhlükəli rol idi. Məlik Dadaşov "Fəryad" filmində erməni rolunu oynayandan sonra bilirsiniz də başına nə gəldi. Tamaşaçılar elə bilirlər ki, biz oynadığımız roldakı insanıq" deyə sənətçi bildirib.

Ukrayna bu silahla bütün hədəfləri vurdu like
  • 29 May 18:12  
Dünya Ukrayna bu silahla bütün hədəfləri vurdu

Britaniyanın uzaq mənzilli "Storm Shadow" silahlarının bütün zə

arrow Ətraflı
"Ukraynaya bərpa üçün 400 milyard dollar lazım olacaq" like
  • 29 May 18:10  
Dünya "Ukraynaya bərpa üçün 400 milyard dollar lazım olacaq"

Ukraynaya müharibədən sonra bərpa üçün 400 milyard dollar lazım olacaq.

arrow Ətraflı
Selena Qomez Beyonsun konsertində dava saldı  VİDEO like
  • 29 May 17:48  
Şou-biznes Selena Qomez Beyonsun konsertində dava saldı VİDEO

Müğənni Selena Qomezin yayılan videosu hər kəsi təəccübləndirib.

arrow Ətraflı
Bu yay bağ evlərində qiymətlər "od tutub yanacaq"  VİDEO like
  • 29 May 17:36  
Digərləri Bu yay bağ evlərində qiymətlər "od tutub yanacaq" VİDEO

Yay mövsümü ərəfəsində bağ evlərinin kirayəsində bahalaşma müşahid

arrow Ətraflı
“İstəmirəm qızım məşhur olsun” like
  • 29 May 17:12  
Şou-biznes “İstəmirəm qızım məşhur olsun”

Müğənni Sevda Yahyayeva qızı Aylanın üzünü gizlətməyinin səbəbini a

arrow Ətraflı
Bu zavodun rəisi 3500 manat like
  • 29 May 16:52  
Digərləri Bu zavodun rəisi 3500 manat

Biləsuvar-Bəhrəmtəpə yolunun 3-cü kilometrliyində fəaliyyət göstərən

arrow Ətraflı
Son sutkada 1 nəfər koronavirusa yoluxdu like
  • 29 May 16:44  
Digərləri Son sutkada 1 nəfər koronavirusa yoluxdu

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanl

arrow Ətraflı
Nigar doğum üçün saatları sayır... like
  • 29 May 16:28  
Şou-biznes Nigar doğum üçün saatları sayır...

Stilist Nigar İbrahimova bu günlərdə ana olacaq.

arrow Ətraflı
Laçının Aqro və Sənaye Parkında 46 müəssisə fəaliyyət göstərəcək like
  • 29 May 16:16  
Digərləri Laçının Aqro və Sənaye Parkında 46 müəssisə fəaliyyət göstərəcək

Laçın şəhərində istehsalat, xidmət və tədris müəssisələrinin yarad�

arrow Ətraflı
Rusiya Xarkovu “İsgəndər”lə vurdu  VİDEO like
  • 29 May 16:10  
Dünya Rusiya Xarkovu “İsgəndər”lə vurdu VİDEO

Rusiya qoşunları Xarkov vilayətinin, Kupyanski rayonunun Kovşarka qəsəbəs

arrow Ətraflı
Naxçıvanda rus helikopterinin vurulması…  Tonoyandan şok like
  • 29 May 16:04  
Digərləri Naxçıvanda rus helikopterinin vurulması… Tonoyandan şok

Ermənistanın həbsdə olan müdafiə naziri David Tonoyan 10 noyabr bəyanatı

arrow Ətraflı
Oktay Kaynarcanın fanatlarına pis xəbər like
  • 29 May 15:52  
Şou-biznes Oktay Kaynarcanın fanatlarına pis xəbər

Türkiyəli məşhur aktyor Oktay Kaynarca qidadan zəhərlənib.

arrow Ətraflı