“Bayramovun səsləndirdiyi fikirlərə diqqətlə qulaq assın” Rəsmi Bakıdan İrana cavab


Siyasət 31 Mar 2023 15:48:00 159 0

“Bayramovun səsləndirdiyi fikirlərə diqqətlə qulaq assın”  Rəsmi Bakıdan İrana cavab

"Azərbaycan  xarici işlər naziri Ceyhun Bayramovun İsrail Dövlətinə səfəri çərçivəsində mətbuat brifinqinə istinadən İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənaninin 31 mart tarixində açıqladığı iddialarla əlaqədar mətbuat katibinə tövsiyə edirik ki, nazir Ceyhun Bayramovun səsləndirdiyi fikirlərə diqqətlə qulaq assın".

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani tərəfindən səslənmiş iddialara dair şərhində bildirib.

"Məlum olduğu kimi, xarici işlər naziri Ceyhun Bayramov İsrail xarici işlər naziri ilə mətbuat brifinqi zamanı İrana qarşı hər hansı bir mövqe səsləndirməyib. Bu xüsusda, İran Xarici İşlər Nazirliyi tərəfindən verilən bu açıqlamanı növbəti anti-Azərbaycan addım kimi qiymətləndiririk.

Bildiririk ki, Azərbaycan öz ərazisindən üçüncü dövlətlərə qarşı istifadəyə heç zaman imkan verməyib.

Bunun əksinə, son zamanlar İran ərazisindən Azərbaycana qarşı təhdidlər səsləndirilir və təxribatlara yol verilir. Bunlara misal olaraq, Azərbaycanın sərhədləri boyu İran tərəfindən hərbi təlimlərin keçirilməsini, sərhəd üzərindən hərbi uçuşların həyata keçirilməsini, İranın vəzifəli şəxsləri tərəfindən anti-Azərbaycan bəyanatlarının verilməsini, SEPAH kimi İranın təhlükəsizlik strukturları tərəfindən hətta uşaqları cəlb etməklə və Xudafərin körpüsünün yanında Azərbaycan əleyhinə təhdid dolu video çarxların çəkilməsi və nümayişini, Azərbaycanın İrandakı səfirliyinə qarşı terror hücumunu, Milli Məclisin üzvü Fazil Mustafaya qarşı həyata keçirilmiş terror aktının istintaqının ilkin izlərinin İrana dəlalət etməsini qeyd etmək olar.

Bu gün, İran-Ermənistan qardaşlığı bütövlükdə region üçün təhlükə olmaqda qalmaqdadır. Son 30 il ərzində İran faktiki olaraq, səssiz razılığı ilə, Ermənistanın Azərbaycan ərazilərinin işğalına göz yummuşdur. Qarabağ və Şərqi Zəngəzurun işğalı və bu ərazilərin talan edilməsinə, bu ərazilərdəki evlərdən sökülmüş daşların İran bazarlarında satılmasına, mövcud olmuş 67 məsciddən 65-in dağıdılması və təhqir edilməsinə İran tərəfindən əhəmiyyət verilməməsi yaxşı məlumdur.

Qeyd edilənlərlə əlaqədar, mətbuat katibi Nasir Kənaninin açıqlamasını qətiyyətlə pisləyirik. Bu açıqlama Azərbaycan-İran münasibətlərinin böhran vəziyyətinə salınmasında növbəti addımdır.

İran tərəfinin bu təhdidləri Azərbaycanı heç zaman qorxuda bilməz. İran ərazisindən Ermənistana göndərilən hərbi dəstəyə baxmayaraq, Azərbaycan ordusu 2020-ci ildə işğalçı Ermənistan ordusunu darmadağın etdi. Bundan sonra da, Azərbaycana qarşı hər hansı bir təcavüzün və təxribatın qarşısı qətiyyətlə alınacaqdır", - A. Hacızadə qeyd edib.

Qorxaq Tehran rejimi özünü like
  • 31 Mar 15:46  
Siyasət Qorxaq Tehran rejimi özünü

İstisnasız olaraq bütün qonşu dövlətlərə qarşı özünü meqagüc, heg

arrow Ətraflı
AzərbaycanABŞ Yaşıl Enerji Forumu keçiriləcək like
  • 31 Mar 15:44  
Digərləri AzərbaycanABŞ Yaşıl Enerji Forumu keçiriləcək

3 aprel 2023-cü il tarixində Bakı Biznes Mərkəzində Energetika Nazirliyi v

arrow Ətraflı
“Xəzər”in canlı efirinə pələng gətirildi  VİDEO like
  • 31 Mar 15:42  
Digərləri “Xəzər”in canlı efirinə pələng gətirildi VİDEO

Xəzər TV-nin canlı efirində maraqlı anlar yaşanıb.

arrow Ətraflı
Azərbaycan Qızıl Aypara Cəmiyyəti “LUMUN” holdinq ilə qarşılıqlı əməkdaşliğa başladı like
  • 31 Mar 15:35  
Digərləri Azərbaycan Qızıl Aypara Cəmiyyəti “LUMUN” holdinq ilə qarşılıqlı əməkdaşliğa başladı

30 Mart 2023-cü il tarixində, IFRC dəstəyi ilə - Azərbaycan Qızıl Aypara

arrow Ətraflı
Azərbaycanlı məşhur aktyor teatrda dava edib like
  • 31 Mar 15:31  
Şou-biznes Azərbaycanlı məşhur aktyor teatrda dava edib

"Teatr heç vaxt rahatlığını tapmayacaq. Baxmayaraq ki, bizim məmlək�

arrow Ətraflı
Azərbaycanda benzin ucuzlaşacaqmı? like
  • 31 Mar 15:20  
Digərləri Azərbaycanda benzin ucuzlaşacaqmı?

Dünya bazarında neftin qiyməti ucuzlaşıb. Hazırda bazarda neftin bir barel

arrow Ətraflı
Meyxanaçı Kərimdən YENİ XƏBƏR like
  • 31 Mar 15:09  
Şou-biznes Meyxanaçı Kərimdən YENİ XƏBƏR

Meyxanaçı Kərimin vəziyyəti stabil ağır olaraq qalır. 

arrow Ətraflı
Aprelin hava proqnozu açıqlandı like
  • 31 Mar 15:07  
Digərləri Aprelin hava proqnozu açıqlandı

Aprel ayına olan hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Aynişan ŞriLankada fili ÇİMİZDİRDİ like
  • 31 Mar 14:58  
Şou-biznes Aynişan ŞriLankada fili ÇİMİZDİRDİ

Əməkdar artist Aybəniz Haşımovanın bloqer qızı Aynişan paylaşımı il�

arrow Ətraflı
Qərbi Azərbaycan İcması 31 Mart  Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb like
  • 31 Mar 14:51  
Siyasət Qərbi Azərbaycan İcması 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb

Qərbi Azərbaycan İcması 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü i

arrow Ətraflı
Putinin Moldova planı: like
  • 31 Mar 14:47  
Digərləri Putinin Moldova planı:

Rusiya Moldova ərazisində 50 min nəfərlik hərbi dəstə yaratmağa qadirdir

arrow Ətraflı
Ərdoğanı dəstəkləməyənlər Türk Dünyasına xəyanət edir like
  • 31 Mar 14:39  
Siyasət Ərdoğanı dəstəkləməyənlər Türk Dünyasına xəyanət edir

"Bu gün, qardaş Türkiyədə prezident seçkiləri gedən bir ərəfədə

arrow Ətraflı
“Bayraktar Kızılelma” 20 min fut yüksəklikdə... like
  • 31 Mar 14:36  
Digərləri “Bayraktar Kızılelma” 20 min fut yüksəklikdə...

Türkiyənin "Bayraktar Kızılelma" dronu 20 min fut yüksəkliyə qa

arrow Ətraflı
Lavrov Abdullahianı aşağıladı like
  • 31 Mar 14:25  
Digərləri Lavrov Abdullahianı aşağıladı

Mart ayının 30-da İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın

arrow Ətraflı