Seçki korluğu: Qərb mediasının Azərbaycana qarşı qərəzli mövqeyi haqqında


Siyasət 31 Mar 2023 13:54:00 185 0

Seçki korluğu: Qərb mediasının Azərbaycana qarşı qərəzli mövqeyi haqqında

Azərbaycan Respublikası Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi bir sıra Qərb mediası, təhlil mərkəzləri və ekspertlərinin Azərbaycana qarşı qərəzli münasibəti, xüsusən Qarabağ müharibəsinin təhrif olunmuş formada işıqlandırılması haqqında geniş hesabat dərc edib.

Hesabatda qeyd olunduğu kimi, Sovet İttifaqının süqutuna qədər Qərbdəki erməni diasporu müxtəlif ölkələrin intellektual, akademik, işgüzar və mədəni elitasına effektiv şəkildə inteqrasiya edərək yetərincə güclü və nüfuzlu mövqelər tutmağa müvəffəq olub.

"Bundan başqa, erməni diasporu özlərini "tarixən zülmə məruz" qalmış xalqlardan biri kimi təqdim edərək viktimizasiya haqqında nağılı faktiki olaraq daha qlobal səviyyədə liberal gündəliyə daxil etməyə nail olub. Uzun illər ərzində "soyqırımın tanınması" kampaniyalarına əhəmiyyətli resurslar, o cümlədən maliyyə və insan kapitalı ayrılıb. Bu propaqanda erməni lobbiisinin mühüm dərəcədə siyasi dəstək və maliyyə resursları əldə etməsinə səbəb olub ki, bunlar da Azərbaycana qarşı həm hərbi təcavüzə, həm də informasiya müharibəsinə yönəlib.

Qərbdəki Azərbaycan icması isə əksinə, SSRİ-nin süqutunadək demək olar ki, tanınmayıb və Qərb dünyasında nümayəndəliyi və ya birbaşa təmasları olmayıb. Azərbaycanın tarixən səsinin çıxmaması Qərb ictimai rəyində erməni nöqteyi-nəzərinin və nağıllarının dominantlığı ilə nəticələnib. Yalnız 1991-ci ildə müstəqillik əldə etdikdən sonra Azərbaycan cəmiyyəti Qərbin intellektual platformalarına və akademik institutlarına çıxış əldə edib, lakin azərbaycanlı ekspert və alimlərin gənc nəsli formalaşmış fikir və təsəvvürlər səbəbindən ciddi problemlərlə üzləşiblər. Onlar çox vaxt alternativ baxış nöqtəsinə adətən qərəzli münasibət göstərən Qərb akademik jurnal və mediasında öz yanaşmalarını dərc edərkən çətinliklərlə üzləşirlər", - materialda deyilir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin ekspertləri 2-ci Qarabağ müharibəsinədək Ermənistanla Azərbaycan arasındakı münaqişələr haqqında reportaj və şərhlərin böyük hissəsinin status-kvonun və Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalının haqlı çıxarılmasına yönəldiyini vurğulayırlar. Qərb mediasında bu cür "balanslaşdırılmış yanaşma" təcavüzkarla qurban arasında heç bir fərq qoymadan beynəlxalq hüququn təməl prinsiplərini görməzdən gəlirdi.

Hesabatda Azərbaycana qarşı qərəzli münasibətə, xüsusən Qarabağ müharibəsinin təhrif olunmasına dair bir sıra nümunələr gətirilir.

İkinci Qarabağ müharibəsi zamanı Qərbdə bir sıra tədbirlər keçirilib və burada erməni yanaşması təbliğ edilib. Məsələn 31 oktyabr 2020-ci ildə Los-Ancelesdəki Kaliforniya universiteti bir günlük ümumerməni konfransı keçirib və burada gözlənildiyi kimi, keçmiş və cari hadisələr haqqında ermənipərəst, birtərəfli məlumatlar təqdim olunub.

Digər bir hal isə Kolumbiya Universitetinin erməni mərkəzi tərəfindən noyabrın 5-də beş nəfər ermənin iştirakı ilə Qarabağdakı vəziyyətin mediada işıqlandırılması haqqında müzakirə keçirilməsi olub. Tədbirə bir nəfər də olsun azərbaycanlı məruzəçi dəvət edilməmişdi.

Bundan başqa, Kolumbiya Universitetinin İnsan Hüquqlarının Tədqiqatı İnstitutununun sülh quruculuğu və hüquqlar üzrə proqramı çətçivəsində noyabrın 12-də "[dırnaqarası] "Artsax"da ("Dağlıq Qarabağ"da) insan hüquqları və xarici terrorçuluq fəaliyyəti" tədqiqat layihəsi başladılıb. Burada Azərbaycan tərəfində guya islam terrorçularının olduğuna dair əsassız iddialar əks olunub.

Əfsuslar olsun ki, Ermənistan-Azərbaycan münaqişəsindəki hadisələrə birtərəfli yanaşma təkcə akademik dairələrdə keçirilən tədbirlərlə məhdudlaşmır. Jurnalistlər və reportyorlar tərəfindən münaqişənin birtərəfli işıqlandırılması halları da var.

Kanadalı "jurnalist" və "analitik" Nil Hauer İkinci Qarabağ müharibəsini aktiv şəkildə Ermənistan mövqeyindən işıqlandırıb. Hauer dəfələrlə öz reportajlarında hadisələrə birtərəfli yanaşma nümayiş etdirib. Onun reportajları qərəzli və qeyri-mötəbər mənbə kimi bilinən, bütün müharibə dövründə erməni əhalisini regiondakı vəziyyətlə bağlı çaşqınlığa salan "WarGonzo" teleqram kanalı kimi mənbələrə əsaslanıb.

Daha bir psevdo-jurnalist daha əvvəl Yaxın Şərq regionu üzrə fəaliyyət göstərən və RPK (Kürdüstan Fəhlə Partiyası) və onunla əlaqədar digər terrorçu təşkilatları əlaqəli olmaqda şübhəli bilinən Lindsi Sneldir. 2016-cı ildə Suriya-Türkiyə sərhəddini qanunsuz keçdiyinə görə saxlanılan Snel saxlanılmasına görə Türkiyədən qisas almaq üçün istənilən fürsətdən, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsindən istifadə edir. O, münaqişəni birtərəfli işıqlandıraraq hətta "Human Rights Watch" təşkilatının Ermənistanın hərbi cinayətlərinə dair hesabatına da etiraz edib. Snel həmçinin ""Amnesty International"ın Azərbaycan tərəfindən rüşvətlə ələ alınması" ideyasını dəstəkləyib.

Amerika Sahibkarlıq İnstitutunun (AEI) elmi işçisi Maykl Rubin müxtəlif media vasitələrində, xüsusən "National Interest" və "Washington Examiner"də aktiv şəkildə Azərbaycan əleyhinə məqalələr dərc edir. Təkcə 2020-ci ilin noyabr ayında Rubin bu jurnallarda açıq şəkildə birtərəfli yanaşmanın əks olunduğu, anti-Azərbaycan nağılları çaşqınlığına aid olan 10 məqalə dərc edib. Onun materialları yalan məlumatlarla, o cümlədən Azərbaycanın beynəlxalq səviyyədə qəbul edilmiş ərazisi olan, 27 il ərzində erməni işğalı altında qalan ərazisində hərbi əks-əməliyyat apardığına dair əsassız iddialarla doludur.

"Azərbaycana qarşı, bütünlükdə Ermənistan-Azərbaycan münaqişəsinə qərəzli və birtəfəli yanaşma müxtəlif media vasitələrinin, idarə və jurnalistlərin nəşrlərində tez-tez müşahidə olunur. Azərbaycanın mövqeyinin istisna edilməsi bu media vasitələrinin, həmçinin müvafiq jurnalist və ekspertlərin qərəzsizliyini və dürüstlüyünü şübhə altında qoyur. Bu birtərəfli yanaşma Azərbaycanın məcburi köçkünlərinin hüquqlarına qarşı laqeydliklə birlikdə münaqişə haqqında bir çox yanlış təsəvvürlər doğurub və regional məsələlərin sülh yolu ilə həlli istiqamətində səyləri pozub. Bu səbəbdən regionu və Ermənistan-Azərbaycan sülh prosesini işıqlandıran bütün media platformaları və şəxslərin neytral olması və sülhün, barışığın və beynəlxalq hüquq normalarına hörmətin təminatını təbliğ etmələri son dərəcə vacibdir", - hesabatda deyilir.

Prezident 4 yaşayış məntəqəsini birləşdirən yolun tikintisinə 6,7 milyon manat ayırıb like
  • 31 Mar 13:49  
Siyasət Prezident 4 yaşayış məntəqəsini birləşdirən yolun tikintisinə 6,7 milyon manat ayırıb

Prezident İlham Əliyev Zaqatala rayonunun Yevlax-Zaqatala-Gürcüstanla dövl�

arrow Ətraflı
Qaydaları heçə saydı, dəhşətli qəzaya səbəb oldu like
  • 31 Mar 13:41  
Digərləri Qaydaları heçə saydı, dəhşətli qəzaya səbəb oldu

Ötən gün Göyçayda baş verən zəncirvari yol-nəqliyyat hadisəsinin gör�

arrow Ətraflı
Prezident İlham Əliyevə "Togg" avtomobili təqdim ediləcək like
  • 31 Mar 13:21  
Siyasət Prezident İlham Əliyevə "Togg" avtomobili təqdim ediləcək

Prezident İlham Əliyevə Türkiyə istehsalı olan "Togg" avtomobili

arrow Ətraflı
Stoltenberq: İsveçin NATOya üzvlüyünə nail olacağam like
  • 31 Mar 13:19  
Dünya Stoltenberq: İsveçin NATOya üzvlüyünə nail olacağam

Məqsədim İsveçin alyansa üzvlüyünü Türkiyədə keçiriləcək seçkidə

arrow Ətraflı
“WhatsApp”da yeni funksiya ilə bağlı detallar like
  • 31 Mar 13:08  
Digərləri “WhatsApp”da yeni funksiya ilə bağlı detallar

"WhatsApp"ın beta versiyasında "Newsletter" (xəbər büll

arrow Ətraflı
Görkəmli xanəndə Əlibaba Məmmədovun xatirə gecəsi keçirilib like
  • 31 Mar 13:01  
Kriminal Görkəmli xanəndə Əlibaba Məmmədovun xatirə gecəsi keçirilib

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, görkəmli xanəndə  Əlibaba

arrow Ətraflı
Külək və yağıntı nə vaxt kəsəcək? like
  • 31 Mar 12:58  
Digərləri Külək və yağıntı nə vaxt kəsəcək?

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti aprelin 1-i axş

arrow Ətraflı
Rəşad Dağlı ilə bağlı YENİ XƏBƏR like
  • 31 Mar 12:57  
Kriminal Rəşad Dağlı ilə bağlı YENİ XƏBƏR

Meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) cinayət işi məhkəməyə gön

arrow Ətraflı
Dövlət Xidmətinin vəzifəli əməkdaşı 43 yaşında like
  • 31 Mar 12:38  
Digərləri Dövlət Xidmətinin vəzifəli əməkdaşı 43 yaşında

Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı Ceyhun Zeynalabdiyev 43

arrow Ətraflı
Aftandil İsrafilovun qızı: “Vəziyyəti yaxşı deyil" like
  • 31 Mar 12:35  
Şou-biznes Aftandil İsrafilovun qızı: “Vəziyyəti yaxşı deyil"

Tanınmış qarmon ifaçısı, Xalq artisti Aftandil İsrafilovun səhhəti ilə

arrow Ətraflı
Eyvazov ona yeni vəzifə verib, Türkiyəyə göndərdi like
  • 31 Mar 12:24  
Digərləri Eyvazov ona yeni vəzifə verib, Türkiyəyə göndərdi

Azərbaycanın Gürcüstandakı səfirliyinin nəzdində Daxili İşlər Nazirli

arrow Ətraflı
Mehriban Əliyeva: "Xalqımıza qarşı törədilmiş cinayətləri unutmayacağıq"  FOTO like
  • 31 Mar 12:13  
Siyasət Mehriban Əliyeva: "Xalqımıza qarşı törədilmiş cinayətləri unutmayacağıq" FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabın

arrow Ətraflı
"Toyumuzdan 21 gün keçmişdi. Dedi ki..." like
  • 31 Mar 12:13  
Şou-biznes "Toyumuzdan 21 gün keçmişdi. Dedi ki..."

"Sənsiz keçən 57 bomboş gün! Toyumuzdan 21 gün keçmişdi. Dedi ki, s

arrow Ətraflı