Qazan xanın yurd saldığı “Qazan köşkü” VİDEO FOTO


Digərləri 26 Mar 2023 03:22:00 223 0

Qazan xanın yurd saldığı “Qazan köşkü”  VİDEO  FOTO

Cəlilabad rayonunda yerləşən "Qazan köşkü" tarixi abidə olmaqla yanaşı, rayonda ən hündür ərazi hesab olunur. Buradan nəinki Cəlilabad, həmçinin qonşu əraziləri seyr etmək mümkündür.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Qazan köşkü" Cəlilabad şəhərindən 25-27 kilometr aralıda, Musalı kəndinin şimal-şərqində, Burovar silsiləsinin ən ucqar nöqtələrindən birində, dəniz səviyyəsindən min metr yüksəklikdə yerləşir.

Abidənin adındakı "köşk" sözü qala mənasında işlənir. "Qazan köşkü" dairəvi, ellips formasındadır. Ərazisi bir hektardan artıq sahəni əhatə edir. Azərbaycan arxeologiyasında "Qazan köşkü" abidəsi XIV əsrə aid edilir və Hülakü hökmdarı Qazan xanın (1295-1304) quruculuq fəaliyyəti ilə əlaqələndirilir.

Qalanın xan tərəfindən inşa edildiyi ehtimal olunur. Tarixçilərin sözlərinə görə, qala Qazan xanın yay iqamətgahlarından biri olub və buna görə də əhali həmin ərazini Qazan köşkü adlandırıb.

Tarixçi Ələsgər Mirzəzadənin sözlərinə görə, qalanın coğrafi üstünlüyü onun strateji mövqeyi ilə bağlıdır. Qala yeraltı və yerüstü hissələrdən ibarətdir. Abidənin yerüstü hissəsi, demək olar, tamamilə dağılıb. Amma qalanın tikintisində istifadə olunan qırmızı kərpiclər günümüzə qədər gəlib çıxıb. Səidəli Kazımbəyoğlu öz kitabında Elxani hökmdarı Qazan xanın burada yurd salması haqqında ətraflı qeydlər edib. Burada arxeoloji qazıntılar aparılarsa, Azərbaycan tarixi üçün böyük bir mənbə üzə çıxar.

Qalanın üst tərəfi kirəc məhlulundan istifadə olunmaqla, qırmızı kərpicdən tikilib. Kərpiclərin ölçüləri 21x21x5 santimetr, 21,5x21,5x5 santimetr olsa da, çəkiləri arasında fərqlərin olması diqqəti çəkir.

"Qazan köşkü" ərazisində gildən hazırlanmış məişət qabları - dörd ədəd gil qoç fiqurları, quş rəsmli saxsı cam (piyalə), bəzək əşyaları tapılıb. Tədqiqatçı-tarixçi Elşad Əmənov tərəfindən tapılan bu maddi mədəniyyət nümunələri Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyinə verilib.

Azərbaycan arxeologiyasında "Qazan köşkü" XIV əsr abidəsi kimi ehtimal olunsa da, qala və qala ətrafında tapılan mədəniyyət nümunələrinə əsaslanan yerli tədqiqatçılar onun XIV əsrdə deyil, ondan 600-800 il əvvəl tikildiyini təxmin edirlər.

"Qazan köşkü" XIV əsrə aid ölkə əhəmiyyətli arxeoloji abidə kimi qeydə alınaraq dövlət mühafizəsinə götürülüb.

Normal yuxu rejimi necə tənzimlənməlidir? like
  • 26 Mar 00:44  
Digərləri Normal yuxu rejimi necə tənzimlənməlidir?

Yuxu hər bir insan orqanizmi üçün ən vacib rejimdir. Bəzən müşahidə ap

arrow Ətraflı
Günün qoroskopu: Güzəştlərə getmək gərəkdir like
  • 26 Mar 00:01  
Digərləri Günün qoroskopu: Güzəştlərə getmək gərəkdir

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
"Kardeşlerim" ulduzu evlənir  FOTO like
  • 25 Mar 23:57  
Digərləri "Kardeşlerim" ulduzu evlənir FOTO

"Kardeşlerim" serialında Oğulcan rolunu canlandıran aktyor Cihan �

arrow Ətraflı
Netanyahunun oğlu: “Dövlət Departamenti İsraildəki etirazları maliyyələşdirir” like
  • 25 Mar 23:51  
Dünya Netanyahunun oğlu: “Dövlət Departamenti İsraildəki etirazları maliyyələşdirir”

"ABŞ Dövlət Departamenti İsraildə məhkəmə islahatlarına qarşı h�

arrow Ətraflı
Boşanma xəbərlərini lağa qoydu  FOTO like
  • 25 Mar 23:45  
Digərləri Boşanma xəbərlərini lağa qoydu FOTO

Seda Sayan özündən 25 yaş kiçik həyat yoldaşı Çağlar Öktenlə ayrılm

arrow Ətraflı
Rusiyada güclü partlayış baş verdi like
  • 25 Mar 23:39  
Dünya Rusiyada güclü partlayış baş verdi

Rusiyanın Rostov vilayətinin Azov şəhərində güclü partlayış baş verib

arrow Ətraflı
Polşa Ukraynaya 2 milyard avroluq silah verib like
  • 25 Mar 23:33  
Dünya Polşa Ukraynaya 2 milyard avroluq silah verib

Polşa Ukraynaya tədarük etdiyi 2 milyard avro dəyərində silahların sənə

arrow Ətraflı
Ermənilərdən Türkiyə ilə oyunda şok pankart like
  • 25 Mar 23:27  
Dünya Ermənilərdən Türkiyə ilə oyunda şok pankart

Türkiyə və Ermənistan milli komandaları arasında bu gün İrəvanda baş t

arrow Ətraflı
"Efirdə şir, pələng, canavardırlar"  Səidə like
  • 25 Mar 23:21  
Şou-biznes "Efirdə şir, pələng, canavardırlar" Səidə

Bir müddət əvvəl müğənni Səidə Sultan verilişlərin birində söylədi

arrow Ətraflı
Orucun sağlamlıq üçün faydaları like
  • 25 Mar 23:15  
Digərləri Orucun sağlamlıq üçün faydaları

Elmi tədqiqatlar göstərir ki, oruc bədən üzvlərinin dincəlməsinə və o

arrow Ətraflı
Nura Suri: "Şəbnəm gündəm üçün mənimlə qalmaqal edir"  VİDEO like
  • 25 Mar 23:10  
Şou-biznes Nura Suri: "Şəbnəm gündəm üçün mənimlə qalmaqal edir" VİDEO

"Əslində çox gözəl fikir bildirdim. Dedim ki, Şəbnəmin canlı ifas�

arrow Ətraflı
Qərb Rusiyanın dondurulmuş aktivlərinin investisiyasından 2,6% gəlir gözləyir like
  • 25 Mar 23:04  
Dünya Qərb Rusiyanın dondurulmuş aktivlərinin investisiyasından 2,6% gəlir gözləyir

Avropa Komissiyası (AK) Rusiya Federasiyası Mərkəzi Bankına məxsus Qərbin

arrow Ətraflı
Putindən etiraf: Bu, həqiqətən də təhlükə yaradır like
  • 25 Mar 22:43  
Dünya Putindən etiraf: Bu, həqiqətən də təhlükə yaradır

Qərbin Ukraynaya verdiyi silahlar təhlükə yaradır.

arrow Ətraflı