Türkiyədəki seçkilər qlobal prosesə çevrilir: Ərdoğan faktoru


Siyasət 29 Yan 2023 19:49:00 161 0

Türkiyədəki seçkilər qlobal prosesə çevrilir: Ərdoğan faktoru

Ərdoğan hakimiyyətinin yenidən qalıb gəlməsi həm Türkiyənin sürətlə yüksəlişi, həm də dünyada qüvvələr nisbətinin ciddi şəkildə dəyişməsi, eləcə də, Türk Dövlətləri coğrafiyasının yeni inkişaf mərhələsində irəliləməsi üçün həlledici strateji faktor rolunu oynaya bilər... Ona görə də, ABŞ və Qərbin, bütün dünyanın gələcək taleyinə birbaşa təsir göstərəcəyi artıq qətiyyən şübhə doğurmayan bu önəmli seçkiləri diqqətlə və həyəcanla izlənməsi o qədər də təəccüblü deyil...

Türkiyə bütün dünyanın diqqət mərkəzindədir. İndi rəsmi Ankaranın qəbul etdiyi prinsipial qərarlar beynəlxalq siyasi məkanda bir çox önəmli problemlərin həllində istiqamətləndirici rol oynayır. Və bu, heç avanqard beynəlxalq siyasi iradə mərkəzlərini məmnun etmir.

Hər halda, hazırda NATO-nun bəzi strateji hədəfləri, xüsusilə də, Rusiya sərhədlərinin tam qapadılması planları Türkiyənin nəzarəti altındadır. Belə ki, bu məsələ birmənalı şəkildə rəsmi Ankaranın siyasi iradəsinə və verəcəyi qərarlara bağlıdır. Və Türkiyə bu məsələ ilə bağlı yaxın vaxtlarda NATO-nu məmnun etməyə hazırlaşmır.

Təbii ki, hadisələrin belə inkişafı Rusiyaya nə qədər sərfəli olsa da, mövcud situasiyanın əsas günahkarı məhz NATO üzvlüyü üçün Türkiyə qarşısında götürdüyü öhdəlikləri ardıcıl və kobud şəkildə pozmaqda davam edən İsveç hesab olunur. Hər halda, İsveç prinsipial seçim etmək məcburiyyətindədir. Ya NATO-ya üzvlük üçün Türkiyə qarşısında öhdəliklərini yerinə yetirməlidir. Ya da "demokratiya və söz azadlığı" bəhanəsi ilə beynəlxalq terrorizmi dəstəkləməkdə davam etməlidir. Yəni, rəsmi Ankara İsveçi beynəlxalq terrorizmi dəstəklədiyi müddətdə NATO-nun qapısından içəri buraxmayacaq.

Son.az musavat.com-a istinadən bildirir ki, nə qədər qəribə də olsa, İsveç və Finlandiya, eləcə də, bu iki ölkənin NATO-ya üzvlüyünü dəstəkləyən ABŞ və Qərb indi Türkiyədə keçiriləcək seçkilərin nəticələrinə ümid bəsləyir. Hesab edirlər ki, mayın 14-də Ərdoğan hakimiyyəti seçkiləri uduzarsa, Türkiyə ABŞ və Qərbin qarşısında daha güzəştli mövqe tutan dövlətə çevriləcək. Halbuki, prezident Rəcəb Tayyib Ərdoğanın və onun tərəfdarlarının bu seçkini uduzmaq kimi bir niyyəti yoxdur. Və ən yüksək səviyyədə seçki hazırlığını davam etdirirlər.

Maraqlıdır ki, hazırda bir çox Qərb ölkələrinin nüfuzlu media qurumları prezident R.T.Ərdoğanı sərt şəkildə tənqid edən materiallar dərc edirlər. Onun Türkiyə cəmiyyətində nüfuzunu və siyasi dayaqlarını zəiflətməyə çalışırlar. Halbuki, Qərb siyasi dairələrinin prezident R.T.Ərdoğana qarşı əks təbliğat hücumu hazırda əvvəlki dövrlərdə olduğu kimi effektiv deyil. Çünki Türkiyə cəmiyyətində ABŞ və Qərbin maraqları və davranışları kəskin müqavimət doğurur. Və nəticədə prezident Rəcəb Tayyib Ərdoğan əleyhinə propoqanda əks effekt yaradır.

Belə anlaşılır ki, Qərb propoqandasının Ərdoğan hakimiyyətini açıq hədəfə çıxartmaq cəhdləri əslində, Türkiyə liderinin nüfuzunu artırır, siyasi mövqelərini daha da gücləndirir. Böyük ehtimalla Türkiyəyə daha 7 il ABŞ və Qərbin maraqlarını nəzərə almayan müstəqil siyasət yürütmək şansı tanımaq istəmirlər. Nəticədə ciddi siyasi propoqanda səhvləri buraxaraq, Ərdoğan hakimiyyətinin işini daha da asanlaşdırdıqlarının fərqində belə, deyillər.

Digər tərəfdən, prezident Rəcəb Tayyib Ərdoğan da bu seçkilərə ciddi şəkildə hazırlaşır. Üstəlik, Türkiyə lideri siyasi rəqiblərindən fərqli olaraq, seçkiyə sadəcə, reallaşacağı şübhə doğuran vədlərlə deyil, məhz konkret nəticələr verən addımlarla irəliləyir. Müxalifət düşərgəsində artıq müşahidə olunmağa başlayan ziddiyyətlər isə Ərdoğan hakimiyyətini növbəti siyasi zəfərə daha da yaxınlaşdırır.

Məsələ ondadır ki, "altılar masası" vahid namizədi müəyyən etməkdə çətinlik çəkir. ABŞ və Qərb bu düşərgəyə böyük ümidlər bəsləsə də, CXP lideri Kamal Kılıcdaroğlunun vahid namizədlik iddiası "altılar masası"nda daxili narahatlığı artırır. Halbuki, CXP başqanı statusunda uzun illər ərzində partiyasını siyasi qələbəyə yaxınlaşdıra belə, bilməyən K.Kılıcdaroğlunun sosial-iqtisadi vədləri Türkiyə cümhuriyyətində çaşqınlıqla qarşılanır. Amerikalı iqtisadçını özünə müşavir təyin edən CXP başqanının vergi güzəştləri ilə bağlı vədləri reallıqdan uzaq hesab olunur. Və onun son ABŞ səfəri zamanı təxminən 8 saat ərzində naməlum şəraitdə yoxa çıxıb, sonra heç nə olmamış kimi yenidən peyda olması da ciddi cavabsız suallar doğurur.

Digər tərəfdən, CXP və "altılar masası"nın son illər ərzində Türkiyənin inkişafı ilə bağlı proseslərə müqavimət göstərməklə diqqəti çəkməsi də hazırda yenidən müzakirə mövzusuna çevrilməyə başlayıb. Çünki, bu düşərgə Türkiyənin faydasına ola biləcək bütün nəhəng layihələri etirazlarla qarşılayıb. Həmin nəhəng layihələrin reallaşdırılmasından sonra isə Türkiyə cəmiyyəti Ərdoğan hakimiyyətinin doğru yolda olduğuna əmin olub.

Nə qədər qəribə də olsa, CXP və "altılar masası" Türkiyənin Liviya ilə enerji müqaviləsi imzalamasına, Suriyada təhlükəsizlik bölgəsinin yaradılmasına, Azərbaycan və Türk Dünyası ilə hərbi-siyasi, iqtisadi-ticari inteqrasiya prosesinə kəskin şəkildə etiraz edib. Bunun əvəzində isə PKK/PYD-nin Türkiyədəki siyasi qolu olan HDP ilə səhnəarxası əməkdaşlığa xüsusi önəm verib. Yəni, Ərdoğan hakimiyyətini məğlub etmək üçün HDP-ni dəstəkləyən elektoratın səsləri naminə Türkiyənin milli maraqlarını təhlükə altına atmaqdan çəkinməyib.

Prezident Rəcəb Tayyib Ərdoğan isə hakimiyyətdə olduğu 20 il ərzində Türkiyəni "borc bataqlığı"ndan çıxararaq, iqtisadiyyati dünyanın avanqard ölkələrinə yaxınlaşan güclü dövlətə çevrilməyi bacarıb. İndi onun hakimiyyətinə qədər Ağ Evdən göndərilən təlimatları icra edən Türkiyə artıq yoxdur. Bunun əvəzində hazırda Türkiyə dünya siyasət məkanında qlobal güc mərkəzinə çevrilib. Daxili və xarici siyasəti müstəqildir, iqtisadi inkişaf resursları ölkənin perspektivlərinə istiqamətləndirilib. Hətta prezident R.T.Ərdoöanın strateji strateji planları sayəsində Türkiyə indi dünyanın önəmli enerji dövlətinə çevrilmək şansı da qazanıb.

Türkiyə liderinin seçki sürprizləri onun rəqiblərini - "altılar masası"nı elə indidən ciddi şəkildə narahat edir. Belə ki, "altılar masası" seçkilərdə Ərdoğan hakimiyyətini məğlub etmək üçün maliyyə-iqtisadi böhrana, yüksək infilyasiya təhlükəsinə böyük ümidlər bəsləyirdi. Ancaq Türkiyə liderinin çevik maliyyə-iqtisadi manevrləri siyasi rəqiblərin bu ümidlərini puça çıxarır. Belə ki, BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər, Cənubi Koreya və s. ölkələrlə imzalanan son maliyyə-depozit anlaşmaları sayəsində bu ilin ilk üç ayı ərzində Türkiyəyə 40 milyard dollar həcmində maliyyə vəsaiti daxil olacaq. Yəni, maliyyə-iqtisadi böhran və infilyasiyaya ümid bəsləyənlər yenə məyus olacaqlar.

Nəhayət, Türkiyə iqtisadiyyatının sürətlə böyüyərək, 850 milyard dollara yaxınlaşması da daxili və xarici rəqibləri ciddi şəkildə narahat edir. Çünki belə davam edərsə, tezliklə Türkiyənin trilyonluq iqtisadiyyatla dünyanın aparıcı ölkələri sırasına yerləşməsi qaçılmaz olacaq. Bu haldasa, hərbi sənaye kompleksi də sürətlə inkişaf edən, silah alan ölkədən hərbi texnika satan ölkəyə çevrilən Türkiyə ilə beynəlxalq rəqabət o qədər də asan olmayacaq. Və bu baxımdan, Türkiyənin yaxın illərdə dünyanın aparıcı ölkələri sırasında ilk beş dövlət arasında yer alması artıq qətiyyən fantastik ehtimal kimi görünmür.

Bütün bunları nəzərə aldıqda, Türkiyədə keçiriləcək seçkilərdə Ərdoğan hakimiyyətinin qalıb gəlməsi böyük önəm daşıyır. Bu seçkilər həm Türkiyənin sürətlə yüksəlişi, həm də dünyada qüvvələr nisbətinin ciddi şəkildə dəyişməsi, eləcə də, Türk Dövlətləri coğrafiyasının yeni inkişaf mərhələsində irəliləməsi üçün həlledici strateji faktor rolunu oynaya bilər. Ona görə də, Türkiyədə keçiriləcək seçkilərin bütün dünya tərəfindən diqqətlə və həyəcanla izlənməsi qətiyyən təəccüblü deyil. Hər halda, bu seçkilərin yalnız Türkiyənin deyil, həm də bütün dünyanın, eləcə də Türk Dövlətləri coğrafiyasının gələcək taleyinə birbaşa təsir göstərəcəyi şübhə doğurmur. İndi Ərdoğan faktoru beynəlxalq əhəmiyyət daşıyır.

Qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq like
  • 29 Yan 19:47  
Digərləri Qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq

Yanvarın 30-da Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntıl

arrow Ətraflı
SEPAH zabiti Çexiyada like
  • 29 Yan 19:46  
Digərləri SEPAH zabiti Çexiyada

Çexiya polisi İran hökumətinə müxalif qadın jurnalist Məsih Əlinejada q

arrow Ətraflı
Serotonin nədir? like
  • 29 Yan 19:45  
Digərləri Serotonin nədir?

Depressiya dərmanlarından və antidepressantlardan söz düşdükdə ilk növb

arrow Ətraflı
“İsfahan şəhərinə dron hücumu uğurlu olub” like
  • 29 Yan 19:44  
Siyasət “İsfahan şəhərinə dron hücumu uğurlu olub”

Rəsmi Afinadan gələn qalmaqallı açıqlamalarla Egeydəki gərginlik artmağ

arrow Ətraflı
"Bezos məni hər gün ruhlandırır" like
  • 29 Yan 19:43  
Dünya "Bezos məni hər gün ruhlandırır"

"Amazon"un rəhbəri Ceff Bezosun sevgilisi Lauren Sançez, "Mən

arrow Ətraflı
Almaniya acınacaqlı vəziyyətə like
  • 29 Yan 19:42  
Dünya Almaniya acınacaqlı vəziyyətə

Almaniya ordusu Ukraynaya yardıma görə heç vaxt olmadığı qədər acınaca

arrow Ətraflı
Rusiyadan İrana edilən hücumlarla bağlı like
  • 29 Yan 19:29  
Siyasət Rusiyadan İrana edilən hücumlarla bağlı

İranın hava hücumundan müdafiə sistemləri PUA-ların bir qismini zərərsi

arrow Ətraflı
İsrail İranda niyə nüvə yox, dron mərkəzini like
  • 29 Yan 19:27  
Siyasət İsrail İranda niyə nüvə yox, dron mərkəzini

Kremlə yaxın ekspertlər iddia edirlər ki, İsrailin İrana zərbə endirməs

arrow Ətraflı
İranda zəlzələ oldu, Naxçıvanda da like
  • 29 Yan 19:26  
Dünya İranda zəlzələ oldu, Naxçıvanda da

İranın Xoy şəhəri yaxınlığında 4,5 bal gücündə zəlzələ olub.

arrow Ətraflı
İsrail şəhidimizin qisasını alır: Ancaq like
  • 29 Yan 19:26  
Siyasət İsrail şəhidimizin qisasını alır: Ancaq

Gərək İzraildən xahiş edək ki, Təbrizi vurmasın! Bizə Təbriz abad şə

arrow Ətraflı
Qadını oyandıran 5 erogen bölgə like
  • 29 Yan 19:25  
Digərləri Qadını oyandıran 5 erogen bölgə

Qadınlara erogen bölgələrinin (sevişmə impulsunu artıran, həzz verən b�

arrow Ətraflı
İrana zərbə endirən İsrail deyil, onlardır – like
  • 29 Yan 19:24  
Siyasət İrana zərbə endirən İsrail deyil, onlardır –

Sosial mediada və mətbuatda İsrailin İrana hücum etməsindən bəhs olunur.

arrow Ətraflı
Qərb kəşfiyyatı: İran itkilərini like
  • 29 Yan 19:23  
Siyasət Qərb kəşfiyyatı: İran itkilərini

Qərbin kəşfiyyatı hesab edir ki, İranın İsfahan şəhərində hərbi anba

arrow Ətraflı
ŞKTC lideri SON SÖZÜNÜ DEDİ  Ya iki dövlət, ya da like
  • 29 Yan 19:22  
Siyasət ŞKTC lideri SON SÖZÜNÜ DEDİ Ya iki dövlət, ya da

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) prezidenti Ersin Tatar İngiltərə

arrow Ətraflı
İndi də Qarabağdakı axçilər Azərbaycanın üstünə gəlir like
  • 29 Yan 19:21  
Siyasət İndi də Qarabağdakı axçilər Azərbaycanın üstünə gəlir

Qarabağ separatçıları Azərbaycana yönəlik daha bir iftiraya əl atıblar.

arrow Ətraflı