İrana zərbə endirən İsrail deyil, onlardır –


Siyasət 29 Yan 2023 19:24:00 147 0

İrana zərbə endirən İsrail deyil, onlardır –

Sosial mediada və mətbuatda İsrailin İrana hücum etməsindən bəhs olunur. Bunu yazanda İsrail və İran arasındakı coğrafi məsafəyə baxmaq lazımdır. İsraildən qalxan dron, yaxud aviasiya İran havadan müdaifə sistemi tərəfindən - nə qədər zəif olsa da - müəyyən oluna bilərdi.

Son.az axar.az-a istinadən bildirir ki, belə bir iddianı tarixçi alim Zaur Əliyev səsləndirib.

Onun sözlərinə görə, hadisənin baş verdiyi əraziləri tədqiq edib, belə qənaətə gəlmək olar ki, İranda hərbi bazaları və obyektləri vuran nə İsrail, nə də Amerikadır:

"Böyük ehtimalla bu hücum İran hakimiyyətinin ən böyük müxalif qruplarından sayılan İran Xalq Mücahidləri Təşkilatı tərəfindən edilib. Təşkilat İranda şahlıq dövründə, 1960-cı illərin sonunda yaradılıb, 1980-ci illərdə İran İslam Respublikasına qarşı silahlı mübarizə aparmağa başlayıb. Silahlı müqavimət məğlubiyyətə uğrayandan sonra İran Xalq Mücahidləri Təşkilatının minlərlə üzvü zindanlarda edam edilib, xeyli şəxs isə xarici ölkələrə mühacirət edib.

Avropa Birliyi və Böyük Britaniya İran Xalq Mücahidləri Təşkilatının adını 2008-ci ildə, ABŞ isə 2012-ci ildə terrorçu təşkilatlar siyahısından çıxarıb. 2018-ci ildən etibarən İran Xalq Mücahidləri Təşkilatının mənzil qərargahı Albaniyanın Adriatik dənizi sahilindəki Durres bölgəsinin Manez şəhərində yerləşməkdədir. Manezdə mekçilərə məxsus üç min nəfərlik xüsusi şəhərçik yaradılıb və şəhərcik Əşrəf düşərgəsinin şərəfinə Əşrəf-3 olaraq adlandırılmışdır. Təşkilata hazırda Məsud Rəcavinin üçüncü həyat yoldaşı Məryəm Rəcavi rəhbərlik edir.

Bu təşkilatın dəstəkçiləri arasında SEPAH, ETTELAAT generalları ilə yanaşı ruhanilər və siyasi partiyalar da var. Eyni zamanda, Xomeyni ideyaların üzdə qəbul edib, daxildə siyasi sistemi dəyişmək istəyən güclər təşkilat üzvlərinin gömrük, sərhəd və eyni zamanda sənədləşmə işlərini həll edirlər.

İran Xalq Mücahidlərİ Təşkilatı İsrail, Amerika, Britaniya və Səudiyyə ilə sıx əlaqədədir. Türkiyə MİT-inə əməkdaşlıq təklifi 80-ci illərdə etsələr də, türk dərin dövləti bunu məsləhət görməyib. Qeyd edim ki, dünyanın bir çox ölkəsində adamları olan bu təşkilat Azərbaycan və Türkiyə ərazisində yerləşə bilməyib. Maraqlısı budur ki, 2018-ci ildən təşkilat iranlı alimləri öz tərəfinə çəkməklə məşğuldur. Hətta əldə edilən məlumata görə, bu iş üçün 100 milyon dollar pul ayrılıb. Buna görə də İranın yeni hərbi sistemi barədə ilkin məlumatlara malikdirlər. Onların stolunun üstündə İranın bütün açıq və gizli obyektlərinin xəritəsi var. İranın dron istehsal edən zavodlarında adamları olan təşkilat güclü haker qrupu ilə onların beyinlərini oxuyan proqrama 50 milyon dollar pul verib.

İran Xalq Mücahidləri Təşkilatı hələlik bu hücumu üzərinə götürməsə də, 60-cı illərdən bu günə qədər onun fəaliyyətini izləyəndə eyni dəst-xətti görmək olar.

Ona görə də İsrailin dron, yaxud təyyarə ilə zərbə endirdiyi iddiası ilə razılaşmamaq olar, bəlkə də İsrail və Amerika bu təşkilata dəstək verib, amma reallıq budur ki, İranda baş verən partlayışları kənar güc yox, hakimiyyətdaxili güclərin bir-birlərinə qarşı savaşında axtarmaq lazımdır.

Çünki böyük güclər İranı parçalamaq əvəzinə hakimiyyəti sosial islamçılara vermək barədə düşünürlər. Hətta keçən il İran Xalq Mücahidləri Təşkilatının lideri Məryəm Rəcəvi deyib: "İranın Milli Müqavimət Şurası İslam Respublikası hakimiyyətinə alternativdir, onu əvəz edə bilər".

Hətta İranda hakimiyyətə qarşı başlanan etiraz aksiyalarında silahların olmasında bu təşkilatın adı hallanırdı. Etiraz aksiyaları zamanı bu təşkilatın üzvlərinin aparıcı olması fikrimizi təsdiq edə bilər...

Çox maraqlıdır ki, bu təşkilatın üzərinə gedən yeganə dövlət Fransadır və Paris Avropa dövlətlərinin bu təşkilatı terrorçular siyahısından çıxarılmasına etiraz edirlər. İran və Fransa hakimiyyəti bu təşkilata qarşı mübarizə aparan yeganə dövlətlərdir.

Fransa İranı qorumaq üçün bütün gücünü ortaya qoysa da, artıq böyük güclər qərara gələcəklər yəgin.

İran parçalanmayacaq, sadəcə hakimiyyəti sosialist islamçılara verəcəklər".

Qərb kəşfiyyatı: İran itkilərini like
  • 29 Yan 19:23  
Siyasət Qərb kəşfiyyatı: İran itkilərini

Qərbin kəşfiyyatı hesab edir ki, İranın İsfahan şəhərində hərbi anba

arrow Ətraflı
ŞKTC lideri SON SÖZÜNÜ DEDİ  Ya iki dövlət, ya da like
  • 29 Yan 19:22  
Siyasət ŞKTC lideri SON SÖZÜNÜ DEDİ Ya iki dövlət, ya da

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) prezidenti Ersin Tatar İngiltərə

arrow Ətraflı
İndi də Qarabağdakı axçilər Azərbaycanın üstünə gəlir like
  • 29 Yan 19:21  
Siyasət İndi də Qarabağdakı axçilər Azərbaycanın üstünə gəlir

Qarabağ separatçıları Azərbaycana yönəlik daha bir iftiraya əl atıblar.

arrow Ətraflı
Əsr namazı nə zaman qəzaya düşür? like
  • 29 Yan 19:20  
Digərləri Əsr namazı nə zaman qəzaya düşür?

Namaz vaxtları məxsusi və müştərək olmaqla iki hissəyə bölünür. Məx

arrow Ətraflı
Üçüncü intifada başlayır  İsrailə like
  • 29 Yan 19:17  
Siyasət Üçüncü intifada başlayır İsrailə

İsraildə yeni il ərəfəsi ərəfəsində artan gərginlik ölkə tarixində

arrow Ətraflı
Əsəbilik ürək xəstəliyindəndir? like
  • 29 Yan 19:15  
Digərləri Əsəbilik ürək xəstəliyindəndir?

Müasir dünyamızda baş verən stresslər, psixi-emosional hadisələr əsəb

arrow Ətraflı
İblisin vəsvəsələrindən necə amanda qalaq? like
  • 29 Yan 19:10  
Digərləri İblisin vəsvəsələrindən necə amanda qalaq?

llah Təala günah və günahkarlar haqqında buyurur: "Aşkar və gizlin g

arrow Ətraflı
800 yaşı olan monax resepti  Ürəyi cavanlaşdırır like
  • 29 Yan 19:05  
Digərləri 800 yaşı olan monax resepti Ürəyi cavanlaşdırır

Bu reseptin müəllifi 800 il əvvəl yaşamış rahibə Hilderqard fon Binqendi

arrow Ətraflı
Astmatik status like
  • 29 Yan 19:01  
Digərləri Astmatik status

Astmatik status - bronxial astmanın ağır tutmasıdır, adi bronxolitiklərlə

arrow Ətraflı
Qərb kəşfiyyatının əlində İsfahana hücum ilə bağlı like
  • 29 Yan 18:56  
Digərləri Qərb kəşfiyyatının əlində İsfahana hücum ilə bağlı

İranın İsfahan şəhərinə dron hücumu uğurlu olub, hərbi obyektdə ən a

arrow Ətraflı
Şəhid Elvin Şükürlünün anım mərasimi keçirildi  FOTO like
  • 29 Yan 18:48  
Digərləri Şəhid Elvin Şükürlünün anım mərasimi keçirildi FOTO

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksəl

arrow Ətraflı
Şaxtalı hava Əfqanıstanda 170 nəfərin həyatına son qoyub like
  • 29 Yan 18:40  
Dünya Şaxtalı hava Əfqanıstanda 170 nəfərin həyatına son qoyub

Güclü qar və şaxta Əfqanıstanda uşaqlar və qadınlar da daxil olmaqla, 1

arrow Ətraflı
36 yaşlı aktrisa 84 yaşlı ərindən like
  • 29 Yan 18:32  
Şou-biznes 36 yaşlı aktrisa 84 yaşlı ərindən

Özündən 48 yaş böyük amerikalı Patrik adlı şəxslə evlənən türk akt

arrow Ətraflı
Goranboyda küçədən körpə meyiti tapıldı like
  • 29 Yan 18:24  
Digərləri Goranboyda küçədən körpə meyiti tapıldı

Goranboyda küçədən körpə meyiti tapılıb.

arrow Ətraflı
"Vardövlət oxumaqladırsa, mən niyə edə bilmirəm?" like
  • 29 Yan 18:16  
Şou-biznes "Vardövlət oxumaqladırsa, mən niyə edə bilmirəm?"

"Bu sahədə bilirsiniz nə iblizlər var? İçləri qurtludur. Gəlin, oxu

arrow Ətraflı