İran terrora hər il bu qədər xərcləyir Faktlar


Dünya 27 Yan 2023 23:07:00 222 0

İran terrora hər il bu qədər xərcləyir  Faktlar

İran adına törədilən terror aktlarının əksəriyyəti Hizbullah və HƏMAS tərəfindən təşkil edilir, SEPAH (İran İnqilab Keşikçiləri Korpusu) isə onlara dəstək verir. Amma faktlar göstərir ki, terror aktlarının planlaşdırılması və gerçəkləşdirilməsi üçün İranın bütün mərkəzi dövlət qurumları əlaqələndirilmiş formada çalışır, vahid bir mexanizm halında birləşirlər.

Son.az axar.az-a istinadən bildirir ki, bu sözləri tarixçi alim Zaur Əliyev deyib.

O bildirib ki, İran terror qruplarına hər il 16 milyard dollar vəsait ödəyir:

"1979-cu ildən etibarən İranda dövlət maraqlarının təmin edilməsi üçün terror aktlarından istifadəyə rəsmən razılıq verilib. ABŞ Dövlət Departamenti tərəfindən tərtib edilən, "Beynəlxalq qanunları pozan İran rejiminin dağıdıcı hərəkətlərinin tarixi" adlı 48 səhifəlik hesabatda göstərilir ki, İran hər il Suriya, Yəmən və İraqda terror aktlarının gerçəkləşdirilməsi üçün ən azı 16 milyard dollar vəsait xərcləyir".

Alim İranın terror dövləti olmasını sübut edən faktları bu cür sıralayıb:

1. "Hüseyniyyun" terror təşkilatının axtarışda olan və Azərbaycanda onlara cinayət işi açılmış üzvləri - Orxan Məmmədov, Tohid İbrahimbəyli, İsgəndər Hüseynzadə və Rövşən Əsədovu himayə edir;

2. 1985-ci ildən sonra Suriya ilə münasibətləri korlanan ASALA Bekaa vadisindəki silahlılarını İrana köçürüb. ASALA İranla əlaqələrini daha da irəli apararaq Beyrutda Amerika və Fransa əsgərlərinə qarşı bombardmanlar həyata keçirən radikal şiə Xomeyni tərəfdarı tərəfindən qurulan "İslami Cihad" terror təşkilatını dəstəklədiyini açıqlayıb;

3. ASALA və Hizbullaha rəsmi dəstək verir. ASALA İranda dini çevriliş etmiş Xomeyninin Fransada sürgündə yaşadığı Neauphle le Chateau kəndində mühafizə edib. Onu İrana gətirən təyyarədə qoruyub və bu günə qədər də İran dini lderlərinin mühafizələrin həyata keçirir;

4. İranın yeni Prezidenti İbrahim Rəisi "Ayətullah Edam" ləqəbi ilə tanınır və həbsxanalarda azərbaycanlıların dindirləməsində birbaşa özü iştirak edib. O, məhbuslara tövbə etməyi təklif edir, tövbədən imtina edən məhbusları başqalarından ayırırdı. Bununla da minlərlə günahsız məhbus qısa bir zaman kəsiyində güllələnib və ya dar ağacından asılıb. Edam edilənlərin cəsədləri isə gecələr yük maşınlarında iri şəhərlərin ətrafında qazılmış kütləvi məzarlıqlara daşınaraq gizli şəkildə basdırılıb;

5. İran ənənəvi türk düşmənçiliyi və regionda növbəti güc olmaq şansı əldə etmək üçün PKK-ya silah, pul dəstəyi verir və onların əməliyyatlarına hərbi kömək edir;

6. 1992-ci ilin may-iyun aylarında İrandan Ermənistana keçən 40 terrorçu keçmiş Dağlıq Qarabağa yönəlir, burada Ağdərə və Ağdam istiqamətlərində Azərbaycana qarşı vuruşur, dinc əhaliyə qarşı xüsusi vəhşilik və amansızlıqları ilə seçilirlər;

7. İranda islam inqilabı edən Ruhullah Mustafavi Musəvi Xomeyni Fransada kəşfiyyat orqanları tərəfindən hazırlanan zaman onun qarşısında duran planlardan biri də Azərbaycan məsələsi olub. Xüsusilə Sovetlərin nəzarətində olan Şimalı Azərbaycan Fransa və gələcək İranın dini rəhbəri olan Ruhullah Mustafavi Musəvi Xomeyninin diqqət mərkəzində idi. Hələ İranda hakmiyyətə gəlməzdən öncə Azərbaycanla bağlı gələcək İranın strategiyasına daxil idi:

• Azərbaycanda ziyalılara qarşı terror törətmək

• Azərbaycanda partlayışlar etmək

ABŞdan Azərbaycan səfirliyinə hücumla bağlı like
  • 27 Yan 23:02  
Siyasət ABŞdan Azərbaycan səfirliyinə hücumla bağlı

ABŞ Dövlət Departamenti yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyi

arrow Ətraflı
Səlcuq Bayraktar Azərbaycana başsağlığı verib like
  • 27 Yan 22:57  
Siyasət Səlcuq Bayraktar Azərbaycana başsağlığı verib

Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Səlcuq Bayraktar

arrow Ətraflı
Mollaların düyməsindən asılanlar: üzüqara Tehranın like
  • 27 Yan 22:54  
Siyasət Mollaların düyməsindən asılanlar: üzüqara Tehranın

Ölkəmizin İrandakı səfirliyinə qarşı törədilən terror aktı, səfirli

arrow Ətraflı
Xomeyninin evinə bomba ilə hücum edildi like
  • 27 Yan 22:52  
Dünya Xomeyninin evinə bomba ilə hücum edildi

İranın Qum şəhərində etirazçı gənclər Xomeyninin evinə əldəqayırma

arrow Ətraflı
Nəsib Məhərrəmov vəfat edib like
  • 27 Yan 22:47  
Kriminal Nəsib Məhərrəmov vəfat edib

Əməkdar mədəniyyət işçisi Nəsib Məhərrəmov vəfat edib.

arrow Ətraflı
Misir Prezidenti Azərbaycanın işgüzar dairələri ilə görüşüb  FOTO like
  • 27 Yan 22:35  
Digərləri Misir Prezidenti Azərbaycanın işgüzar dairələri ilə görüşüb FOTO

Misir Prezindeti Əbdülfəttah əs-Sisi Azərbaycanın işgüzar dairələri il

arrow Ətraflı
Rumıniya Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumu qəti şəkildə pisləyir like
  • 27 Yan 22:29  
Siyasət Rumıniya Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumu qəti şəkildə pisləyir

Rumıniya Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumdan dərin tə�

arrow Ətraflı
İran rus səfiri də eyni bəhanə ilə öldürmüşdü like
  • 27 Yan 22:24  
Siyasət İran rus səfiri də eyni bəhanə ilə öldürmüşdü

1829-ci ildə Tehrandakı Rusiya səfirliyinə hücum, səfir Qriboyedovun qətl

arrow Ətraflı
Aİ İrandakı səfirliyə hücumla bağlı Azərbaycan dilində paylaşım edib like
  • 27 Yan 22:17  
Siyasət Aİ İrandakı səfirliyə hücumla bağlı Azərbaycan dilində paylaşım edib

Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə üzrə Ali Nümayənd

arrow Ətraflı
Bakının bu küçəsində hərəkət like
  • 27 Yan 22:12  
Digərləri Bakının bu küçəsində hərəkət

Paytaxtın Səbail rayonu Ziya Yusifzadə küçəsində yolun bir hissəsi bağl

arrow Ətraflı
Diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir like
  • 27 Yan 22:06  
Siyasət Diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir

Bu gün Azərbaycanın Tehrandakı səfirliyinə hücum nəticəsində həlak ol

arrow Ətraflı
Erməni hərbçinin meyiti qarşı tərəfə verildi like
  • 27 Yan 21:54  
Siyasət Erməni hərbçinin meyiti qarşı tərəfə verildi

Azərbaycan Ermənistan hərbçisinin meyitinin qalıqlarını qarşı tərəfə

arrow Ətraflı
450 min sənədsiz evlə bağlı ŞAD XƏBƏR  “Qeydiyyata alınması üçün…” like
  • 27 Yan 21:47  
Digərləri 450 min sənədsiz evlə bağlı ŞAD XƏBƏR “Qeydiyyata alınması üçün…”

Azərbaycanda qanunsuz tikilmiş 450 min sənədsiz evlə bağlı qanun layihəs

arrow Ətraflı