İmişlidə 69, Abşeronda 21 yaşı şəxs dəm qazından boğularaq ölüb


Digərləri 09 Dek 2022 09:07:00 94 0

İmişlidə 69, Abşeronda 21 yaşı şəxs dəm qazından boğularaq ölüb

İmişlidə 69 yaşlı kişi dəm qazından zəhərlənib.

Son.az xəbər verir ki, Bəhrəmtəpə qəsəbəsində yaşayan, 1953-cü il təvəllüdlü Muxtarəli Həsənov yaşadığı evdə qaz sobasından sızan dəm qazından boğularaq ölüb.

Abşeronda isə 21 yaşlı qız dəm qazından boğularaq ölüb. Aşağı Güzdək qəsəbəsində yaşayan 2001-ci il təvəllüdlü Tahirə Qaraçayeva evin hamam otağında dəm qazından boğularaq ölüb.

Hər iki hadisə ilə bağlı araşdırma aparılır.

Son.az