Kiyevi apokalipsis gözləyir


Siyasət 08 Dek 2022 08:53:00 96 0

Kiyevi apokalipsis gözləyir

Rusiya Ukraynanın infrastrukturuna hücumlarını davam etdirərsə, bu qış Kiyevdə Hollivud filmlərindəki kimi apokalipsis baş verə bilər.

Son.az axar.az-a istinadən bildirir ki, bunu Kiyevin meri Vitali Kliçko deyib.

Onun sözlərinə görə, şəhərdə havanın temperaturu aşağı olduğundan yaşamaq mümkün olmayacaq.

"Kiyev elektrik enerjisini, suyu, istiliyi itirə bilər. Temperaturun aşağı olması səbəbindən evlərdə yaşamaq mümkün olmayacaq və Hollivud filmlərində olduğu kimi apokalipsis baş verə bilər", - Kliçko bildirib.