Dünya ölkələrində qəribə


Digərləri 08 Dek 2022 09:00:00 100 0

Dünya ölkələrində qəribə

Dünya ölkələrində ədaləti təmin etmək üçün qanunlar tələb olunur. Bəzi ölkələrin isə vətəndaşlarına tətbiq etdiyi qadağalar olduqca maraqlı və bəzən də gülməlidir.

Son.az axar.az-a istinadən dünya ölkələrində tətbiq olunan maraqlı qadağaların siyahısını təqdim edir.

Amerikanın Pensilvaniya ştatında hamamda mahnı oxumaq qadağandır. Eyni zamanda, Pensilvaniyada toy mərasimində gəlin və bəy içkili olarsa, toy ləğv olunur. Fərqli qadağalar digər ştatlarda da davam edir.

Corciya ştatında toyuqların yolu keçməsi qadağandır. Bu gülməli qadağa toyuqlara olan qayğı ilə bağlıdır. Hətta toyuq əti yeyən insanlar "qayğı əlaməti" olaraq çəngəldən istifadə etmir, əlləri ilə yeyirlər.

Kanada kimi inkişaf etmiş ölkədə isə marqarin yağının sarı rəngdə satışı qadağandır. Çünki bəzi şəhərlərdə yağın sarı rəngdə olması üçün qida boyası əlavə edilir.

İtaliyada da maraqlı qadağa tətbiq olunur. Qoca senyorada dəniz sahillərində qumdan əşya düzəltmək qadağandır. Bu, ona görə tətbiq olunur ki, insanlar sahildə rahat hərəkət etsinlər.