Həkimlərin səhvi ucbatından cəsəd torbasında beş saat qaldı


Dünya 08 Dek 2022 05:31:00 103 0

Həkimlərin səhvi ucbatından cəsəd torbasında beş saat qaldı

Braziliyalı kişi Qoyas əyalət xəstəxanasının həkimləri səhvən onu ölü elan etdikdən və cəsəd torbasında meyitxanaya göndərdikdən beş saat sonra sağ tapılıb.

Son.az bildirir ki, bu barədə "New York Post" məlumat yayıb.

Həkimlər noyabrın 29-da 62 yaşlı Xose Ribeyro da Silvanın öldüyünü elan ediblər. Ölümün rəsmi səbəbi ağız xərçəngindən yaranan ağırlaşmalar olub. Kişinin ölüm xəbəri axşam saat səkkiz radələrində bacısına gəlib. Ailəyə ölüm şəhadətnaməsi və mərhumun cənazəsi təhvil verilib.

Da Silva cəsədlər üçün torbaya qoyulub və xəstəxanadan 100 kilometr aralıda, Rialma bələdiyyəsindəki dəfn evinə göndərilib. Ertəsi gün səhər saat birdə büro işçisi torbanı açıb və kişinin sağ olduğunu görüb: "ölü"nün gözləri açıq olub, çətinliklə də olsa nəfəs alıb. Hadisə yerinə təcili yardım çağırılıb və Da Silvanı yenidən xəstəxanaya çatdırıblar. "Bu inanılmazdır. Qardaşım beş saatı plastik torbada keçirdi", - kişinin bacısı Aparesida bildirib. O, vəziyyəti "tamamilə qəbuledilməz" adlandırıb və polisə ərizə yazıb.