Toy zamanı FACİƏ:


Dünya 08 Dek 2022 04:31:00 108 0

Toy zamanı FACİƏ:

Hindistan sakini, 21 yaşlı Şivanqi Şarma Malihabad şəhərində toy zamanı huşunu itirərək dünyasını dəyişib.

Son.az bildirir ki, bu barədə "OpIndia" məlumat yayıb.

Şarma və onun nişanlısı Vivekin toyu dekabrın ikisi, cümə günü baş tutub. Mərasimdən sonra gəlin gələcək ərinə gül çələngi taxmaq üçün səhnəyə çıxıb. Yeni evlənənlərin şəklini çəkərkən Şarma qəfil huşunu itirib və yerə yıxılıb.

Təcili olaraq yerli xəstəxanaya çatdırılan qız travma mərkəzinə köçürülməsinə qərar verilib, lakin o, yolda dünyasını dəyişib. Sonradan məlum olub ki, qəfil ölümün səbəbi infarkt olub.

Qeyd olunub ki, 15-20 gün ərzində qızın hərarəti və təzyiqi yüksək olsa da, toya bir həftə qalmış sağalıb. Mərasim günü Şarma özünü yenidən pis hiss edib və xəstəxanaya gedib. Həkimlər ona dərman veriblər və təzyiqi normallaşdıqdan sonra evə göndəriblər.

İrfan Vəliyev Son.az