Qadın həşəratları odla qorxutmaq istədi, ölümcül yanıqlar aldı


Dünya 08 Dek 2022 03:31:00 100 0

Qadın həşəratları odla qorxutmaq istədi, ölümcül yanıqlar aldı

https://lenta.ru/news/2022/12/06/petrol_explosion/

ABŞ-ın Florida ştatından olan Nikol Foltz həşəratları qorxutmaq üçün od yandırıb və ölümcül yanıqlar alıb.

Son.az bildirir ki, bu barədə "ABC Action News" xəbər verib.

Hadisə Nikol və əri Ceffin həyətində baş verib. 38 yaşlı qadın ailəsi və ən yaxın rəfiqəsi ilə söhbət edib və yanğını izləyib. "Nikol odun üstünə başqa bir taxta atdı və üstünə benzin tökdü. Birdən əlindəki kanistr alovlandı və partladı, Nikol təşviş içində qaçdı", - Ceff deyib. Daha sonra Nikol dayanıb, yerə yıxılıb və yuvarlanaraq yanğını söndürməyə çalışıb.

Bədəninin demək olar ki, 100 faizi yanıq xəsarəti alan qadın xəstəxanaya çatdırılıb. O, üç gün sonra ölüb. Həmin gün Nikolun 11 yaşlı oğlu da yaralanıb. O, 12 gün xəstəxanada olub və hazırda ikinci və üçüncü dərəcəli yanıqlardan evdə sağalır.