Narkotikə pul tapmadı, DOSTUNU ÖLDÜRDÜ:


Kriminal 06 Dek 2022 11:48:00 83 0

Narkotikə pul tapmadı, DOSTUNU ÖLDÜRDÜ:

CİNAYƏT İŞİ 

Qısa arayış...

2021-ci il iyunun 17-də Binəqədi rayonu 6-cı mikrorayonda, "Pitomnik" adlanan ərazidə 1985-ci il təvəllüdlü Ramil Oruclu qətlə yetirilir. Onun çürüməyə məruz qalan meyiti 3 gün sonra, iyunun 20-də aşkarlanır. Dərhal hadisə ilə bağlı polis və prokurorluq əməkdaşları əraziyə cəlb olunaraq, araşdırmalara başlayırlar...  İstintaq-əməliyyat yolu ilə qətlin 1988-ci il təvəllüdlü Zeynal Zeynalov tərəfindən törədilməsi müəyyən edilib. Şübhəli şəxs yaşadığı evdə saxlanılaraq, bölməyə gətirilib və sorğu-sual zamanı dostunu öldürdüyünü etiraf edib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Son.az lent.az-a istinadən məlum qətl hadisəsinin istintaq materiallarını təqdim edir:

İstintaqla müəyyən edlib ki, Zeynal Zeynalov iyunun 17-i saat 16.30-da idarə etdiyi "Khazar" markalı 99 PC 486 dövlət qeydiyyat nişanlı avtomobildə tanışları Ramil Oruclu, Səttar Mehtiyev və Mikayıl Rzayevlə birlikdə hərəkətdə olduğu zaman, Ramil Oruclu narkotik vasitə almaq üçün pul lazım olduğunu bildirib. Zeynal Ramilə üzərində cəmi 7 manat olduğunu söylədikdə aralarında mübahisə yaranıb. Onu söydüyü üçün Ramili öldürmək qərarına gəlib. Maşını Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi 32/31 saylı binanın qarşısında saxlayaraq, salonun saxlanc yerindən götürdüyü bıçaqla Ramil Orucluya 2 dəfə zərbə endirib. Səttar Mehdiyev və Mikayıl Rzayev avtomobildən düşəndən sonra, o, maşını Binəqədi rayonu, 6-cı mikrorayon, Rəşid Behbudov küçəsində, "Pitomnik" adlanan əraziyə sürüb və Ramil Oruclunun meyitini otluq sahəyə ataraq, hadisə yerindən uzaqlaşıb.

İş üzrə dindirilmiş Zeynal Zeynalovun sözlərinə görə, 15 ildir ki, taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırıb. Ramil Oruclunu təxminən 20 ildir ki tanıyır: 

"Onunla "Xutor" qəsəbəsində kirayədə yaşadığım zaman tanış olmuşam. Dostluq edirdik. 2021-ci il iyunun 17-də günorta müştərim Səttar Mehdiyev zəng edərək "Xocahəsən" qəsəbəsinə getmək istədiyini bildirdi. Onunla "Moskva" univermağının yanında görüşdük. Bu zaman parkda olan Ramil Oruclu və Mikayıl Rzayev yanımıza gəldilər. Ramil avtomobilin qapısına söykənərək Səttarla narkotik vasitə necə əldə edə biləcəkləri barədə məsləhətləşdi. Daha sonra Ramil Mikayıla  avtomobilimə oturmasını dedi. Maşında Səttar yanımda, arxa oturacaqda Mikayılla Ramil əyləşdi. Hərəkətdə olarkən dostum özünə narkotik vasitə almaq üçün bizdən pul istədi. Üzərimdə olan 7 manatdan 4 manatı verə biləcəyimi deyəndə, Ramil həmişə "narkotik"çün pul yığılanda mənim belə etdiyimi bildirdi. Söyməməyini deyəndə, Ramil yol boyu dayanmadan ailə üzvlərimin ünvanına nalayiq ifadələr işlətdi".

Hadisə baş verən yerə yəni, Nəsimi rayon Dövlət Təhlükəsizliyi Xidmətinin inzibati binasının yanına gələnə kimi, avtomobili 3 dəfə yolun kənarında saxlayıb dostundan maşından düşməsini tələb edib. Lakin Ramil söyüş söyməkdən əlavə, arxadan başına bir dəfə yumruqla zərbə vurub:

"Əsəbləşib, maşının saxlanc yerindən bıçağı götürdüm. Oturduğum oturacaqdan qismən arxaya çönüb bıçağı dostuma doğru yönəltdim və söyüş söyməyi dayandırmasa, onu vuracağımı bildirdim. Lakin Ramil bıçağı vurmayanın ünvanına ağır təhqiramiz ifadə işlətdi. Bu zaman necə olduğunu billmədən gördüm ki, artıq dostunun boğazından qan axır. Səttarla Mikayıl mənə dərhal Ramili xəstəxanaya aparmasını bildirdilər. Dostumun boğazına əski parçasını sıxaraq, təzyiqlə axan qanın qarşısını almağa çalışdım. DTX-nın inzibati binasının önündə Səttar və Mikayıl avtomobildən düşdülər. Maşını 6-cı mikrorayona sürdüm. Yolda Ramil huşunu itirdi. "Pitomnik" adlanan əraziyə çatanda artıq onun öldüyünü gördüm. Özümdən asılı olmayaraq Ramilin meyitini avtomobildən çıxarıb otluq sahəyə atdım və ordan uzaqlaşdım".

Zeynal Zeynalov əlavə edib ki, bir neçə ildir ki, narkotik maddələr istifadə edir. Hadisəni törədərkən narkotik vasitənin təsiri altında olub. Törətdiyi əməldən çox peşmandır, zərərçəkmişi nəinki öldürmək, ona heç xəsarət yetirmək niyyəti olmayıb.