Yunanıstanda polisin gənci yaralaması iğtişaşa


Dünya 06 Dek 2022 08:43:00 108 0

Yunanıstanda polisin gənci yaralaması iğtişaşa

Yunanıstanın Saloniki şəhərində polisin qaraçı millətindən olan gənci yaralaması iğtişaşa səbəb olub.

Son.az APA-ya istinadən xəbər verir ki, polis yanacaqdoldurma məntəqəsinə ödəniş etməyən 16 yaşlı gənci təqib edərək atəş açıb. Hadisə nəticəsində yaralanan oğlan xəstəxanaya çatdırılıb.

Hadisə qaraçı icması arasında ciddi narazılıq yaradıb. Onlar gecə saatlarında Saloniki küçələrində təkərlərə və tullantı qablarına od vurublar. İğtişaş zamanı mağazaların vitrinləri sındırılıb.

Təhlküəsilik qüvvələri Molotov kokteylindən istifadə edən kütləni dağıtmaq üçün gözyaşardıcı qaz və səs bombaları tətbiq edib.