Vəzifəmiz rus neftinin bazara axınını təmin etməkdir


Digərləri 06 Dek 2022 08:53:00 111 0

Vəzifəmiz rus neftinin bazara axınını təmin etməkdir

Qulaq asın, Rusiyanın bu cür reaksiya və bu cür bəyanatları bizi təəccübləndirmir.

Son.az axar.az-a istinadən bildirir ki, bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer Rusiyanın neftinə tətbiq olunan qiymət limitinə reaksiyasına münasibət bildirərkən deyib.

"Bizim vəzifəmiz Rusiya neftinin dünya bazarına axınını təmin etməkdir", - Pyer qeyd edib.

Rəsminin sözlərinə görə, Vaşinqton hesab edir ki, G7 ölkələri və Avstraliyanın bir barrel üçün 60 dollar təyin etdiyi qiymət tavanı Moskvanın neftini digər ölkələrə ixracını davam etdirmək üçün kifayətdir.