Şagirdinə cinsi əlaqə təklif edən müəllim


Dünya 06 Dek 2022 04:44:00 123 0

Şagirdinə cinsi əlaqə təklif edən müəllim

Böyük Britaniyada 54 yaşlı aktyor müəllimi keçmiş şagirdi ilə cinsi əlaqədə olduğu üçün işindən qovulub.

Son.az bildirir ki, bu barədə "The Mirror" məlumat yayıb.

Məlumdur ki, 2004-cü ildən 2010-cu ilə kimi həmin şəxs məktəbin direktor müavini olub. Bu müddət ərzində o, şagirdlərin telefon nömrələrini toplayıb ki, onlarla ünsiyyət qura bilsin. Eyni zamanda o, qızlardan birinə intim xarakterli mesajlar yazıb və nəticədə şagird məktəbi bitirdikdən sonra ona cinsi əlaqədə olmaq təklif edib.

2007-ci ildə keçmiş məktəbli qızla evli müəllim arasında münasibət başlayıb. Qız müəllimin evinə gəlib. Qeyd olunub ki, kişi qıza narkotik aldırıb.

12 ildən sonra qadın münasibətləri haqqında danışıb - o zaman kişi şəhər şurasında işləyib. Nəticədə komissiya onun şəxsi və peşə davranış qaydalarını pozduğu, hərəkətlərinin məqsədyönlü və hesablanmış olduğu qənaətinə gəlib. Nəticədə müəllimi ömürlük peşə fəaliyyətlərindən uzaqlaşdırıblar.

İrfan Vəliyev Son.az