Sevgilisi ilə görüntülənən Aleyna söhbəti belə dəyişdi FOTO


Şou-biznes 06 Dek 2022 00:44:00 124 0

Sevgilisi ilə görüntülənən Aleyna söhbəti belə dəyişdi  FOTO

Erkən yaşlarında qazandığı şöhrəti və sosial şəbəkə paylaşımları ilə tanınan 22 yaşlı müğənni Aleyna Tilki haqqında Türkiyənin şou gündəmində yeni xəbərlər dolaşır.

Son.az lent.az-a istinadən xəbər verir ki, onun maşında bərabər əyləşdiyi cavan bir oğlanla görüntüləri diqqət çəkib.

Oğlanın Aleynanın bu il dəyişdirdiyi üçüncü sürücüsünün olduğu üzə çıxıb. Jurnalistlərin "Bu şəxs kimdir? Yeni sevgilinizdir?" - suallarına "O, uşaqlıq dostumdur. Sürücüm işdən çıxdığı üçün mənə kömək edir. Maşınımı o sürür", -  cavabını verib.

Qeyd edək ki, Aleyna Tilki bundan öncə yeni sürücüsü ilə məkanların birindən çıxarkən görünüb və həmin şəxsin kimliyi barədə sualları cavabsız qoymuşdu.