Kuleba bu səbəbdən Ukraynanı daha çox silahla təmin etməyə çağırdı


Dünya 05 Dek 2022 22:38:00 118 0

Kuleba bu səbəbdən Ukraynanı daha çox silahla təmin etməyə çağırdı

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, ölkənin kritik infrastrukturuna yeni zərbələr endirilməsi ilə əlaqədar ölkəsi daha çox silah tədarük etməlidir.

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə o, özünün tviter səhifəsində yazıb.

"Rusiya bizim mühüm mülki infrastrukturumuza daha çox raket atıb... Rusiya nə qədər çox hərbi cinayət törədirsə, Ukraynaya bir o qədər çox silah verilməlidir", - Ukraynanın xarici işlər naziri qeyd edib.

Qeyd edək ki, dekabrın 5-də "Ukrenerqo" Ukraynada enerji infrastrukturu obyektlərinin zədələnməsi ilə əlaqədar elektrik enerjisinin fövqəladə kəsilməsinin başladığını bildirib.