“ZAESə nəzarətin üçüncü tərəfə verilməsindən söhbət gedə bilməz”


Dünya 05 Dek 2022 23:57:00 121 0

“ZAESə nəzarətin üçüncü tərəfə verilməsindən söhbət gedə bilməz”

"Zaporojya AES-in Rusiyanın nəzarətindən çıxarılmasından və ya ona nəzarətin hansısa üçüncü tərəfə verilməsindən söhbət gedə bilməz".

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Zaxarova vurğulayıb ki, hazırda stansiya Rusiya ərazisində yerləşir və tamamilə Rusiyanın nəzarətindədir.

Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru Rafael Qrossi daha əvvəl bildirmişdi ki, Zaporojya AES-in ərazisindən silahların çıxarılması Kiyev və Moskva arasında agentliklə imzalanmış razılaşmanın tərkib hissəsi olacaq.